Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Zelenski: Ukrayna müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan qaz almağı planlaşdırır

 

Ukrayna müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan təxminən 2 milyard ABŞ dolları məbləğində qaz almağa hazırdır.

Yenixeber.org xəbər verir ki, bunu ölkə Prezidenti Volodimir Zelenski bildirib.

"Əlavə qazı Yunanıstandan da ala bilərik, biz bu ölkənin Baş naziri Kiriakos Mitsotakislə razılaşmışıq. Digər ölkələrlə də anlaşma və razılaşmalarımız var. Azərbaycanla da var. Hamı bunun üzərində işləyir. Qazla bağlı məsələ həll olunacaq", - o qeyd edib.

V.Zelenskinin sözlərinə görə, Ukrayna çox çətin vəziyyətdə bu məbləğdə qaz tapmağa hazır olmalıdır və tranşın bir hissəsini - 100 milyon ABŞ dolları məbləğində qrantı Norveç təmin edəcək və yanvarda daha bir tranş ayıracaq.

O qeyd edib ki, Ukraynanın Baş naziri Yuliya Sviridenko Slovakiya, enerji naziri Svetlana Qrinçuk isə ABŞ-nin enerji şirkətləri ilə müvafiq müsbət razılaşmalara malikdir.

Prezident həmçinin qeyd edib ki, ABŞ-dən mayeləşdirilmiş təbii qaz tədarükü ilə bağlı razılaşmalar mövcuddur. Əgər Kiyev qaz almağa qərar verərsə, Ukraynaya tədarük Polşa terminalı vasitəsilə həyata keçirilə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam