Təhsil - Yenixeberorg.biz - Oxu, xəbərin olsun

BŞTİ-dən QANUNSUZLUQ: Saxta şəkildə... -
Az qala hər gün mediada qalmaqallı hadisələrlə xatırlanan BŞTİ-nin adı daha çox məhkəmə çəkişmələrində, müxtəlif kriminal olaylarda hallandırılır. Adam bilmir nə desin, paytaxtın qosqoca təhsil idarəsi zamanın nəbzini tutaraq gündəmdə qalmağı bacarır. “Filan məktəb direktoru BŞTİ-ni məhkəməyə verdi”, “ Məhkəmə BŞTİ-nin hesablarına həbs qoydu”, “Paytaxt məktəbində əlbəyaxa dava” kimi xəbərləri oxuduqca təhsilimizin kosmik sürətlə irəlilədiyinin şahidi oluruq. Amma hara irəliləyir, bu artıq başqa söhbətin mövzusudur.

Yenixeberorg.biz: Elə bu yaxınlarda BŞTİ-nin bank hesablarına məhkəmənin qərarı ilə həbs qoyulması xəbəri günlərlə medyanın manşet xəbəri oldu. Direktorların , müavinlərin işə qəbulu bir tamaşadırsa, işdən çıxarılması başqa tamaşadır. 288 saylı məktəbdə baş verənlər əslində paytaxtın təhsil sistemi üçün bir utanc idi. Məktəbin direktor müavini qanunsuz olaraq işdən azad olunmuş, nəticədə iş Ali Məhkəməyə qədər gedib çıxmış və hüquqları pozulan müəllim işinə bərpa olunmuşdu. Hətta məhkəmə BŞTİ-nin bank hesablarına da həbs qoymuşdu. Düşünmək olardı ki, bəlkə bundan sonra paytaxtın təhsil sistemində yüksək mövqe tutan cənablar öz işlərində dönüş yaradarlar. Amma “BŞTİ-nin sözü bir olar” prinsipi ilə işləyənlər növbəti fiaskoya imza atıblar. Bu dəfə 98 saylı uşaq baxçasında baş verənlər tamaşanın növbəti pərdəsidir.
Yəqin ki, bir müddət öncə bağça tərbiyəçilərinin nəzarətində olan azyaşlılardan birinin qanında psixotrop maddə aşkarlandığı barədə məlumatları xatırlayırsınız. O zaman bu hadisəsosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. Lakin aidiyyatlı qurumlar, polis orqanları tərəfindən aparılan araşdırmalarda bu hadisə öz təsdiqini tapmadı. Düşünmək olardı ki, yalan informasiyadır, çünki günümüzdə belə hadisələr tez-tez baş verir. Amma sən saydığını say, gör BŞTİ nə sayır. Yaranmış fürsəti dərhal dəyərləndirən BŞTİ yetkililəri, konkret olaraq Nərminə Hüseynova , Anar Qədimalıyev və baxçalardan yetkili olan Rəna xanım növbəti direktor ovuna start verdilər. Baxçanın direktoru Elnurə Əliyeva heç bir əsas olmadan vəzifəsindən azad olundu.
Verilən məlumatlarda bildirilir ki, BŞTİ rəhbərliyi 98 saylı baxçanı lap çoxdan gözaltı edibmiş. Bir kiçik bəhanə lazımmış ki, direktorla haqq-hesabı çürütsünlər. Baxçanın 2 hektara yaxın ərazisi var. Rəvadırmı bu boyda ərazini uşaqlara verəsən. Hər sotu milyonlar olan bu boyda ərazidə nələr etmək olmaz? Heç boşalan direktor yerinə yeni təyinatdan danışmırıq. Məşədi İbad demişkən bunun bir ambar toy xərci də var hələ...

Beləcə baş verənlərdən heç bir nəticə çıxarmayan BŞTİ növbəti “direktor əməliyyatı” keçirərək yeni bir qanunsuzluğa imza atıb. Baxmayaraq ki, 98 saylı körpələr evi-uşaq baxçasının ilk həmkarlar təşkilatı məsələni müzakirə edərək qərara etiraz edib. Eyni qərar ETİHİ Yasamal rayon Komitəsi tərəfindən də qəbul edilmiş, Elnurə Əliyevanın qüsursuz işləməsi, heç bir xəbərdarlıq, şiddətli töhmət almadan bir başa işdən azad olunması düzgün hesab edilməyib. Bildirilib ki, baş verən pozuntu baxça müdiri məzuniyyətdə olduğu dövrdə işçilər tərəfindən törədilib və E.Əliyeva həmin işçilərə töhmət verib və sistemdən kənar uşaqlar baxçadan kənarlaşdırılıb. Nəticədə ETİHİ Yasamal rayon Komitəsi E.Əliyeva ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddısinin “Ç” bəndinə əsasən xitam verilməsinə etirazını bildirib. Amma bütün bu etirazların heç bir nəticəsi olmayıb, nədən ki, “BŞTİ-nin sözü bir olar” prinsipi dəyişməzdir. Baxmayaraq ki, qərarın heç bir hüququ əsası yoxdur, E.Əliyevanın təqsiri sübut olunmayıb, o məzuniyyətdə olub, yenə də heç nə dəyişməyib. BŞTİ qanunlara məhəl qoymur, əməllərinə saxta don geyindirməklə öz bildiyini edir. Guya nöqsanlara qarşı tədbir görüldü görüntüsü yaratmaq adıyla daha böyük nöqsana yol verilir. Görünür BŞTİ artıq məhkəmə çəkişmələrinə bir növ adətkar olub. Yəqin bu dəfə məhkəmənin qərarı ilə İdarənin bütün hesabları dondurular. Ta o zamana qədər ki, onların qaranlıq əməllərinə gün işığı düşər, çox mətləblər aydınlığa çıxar....
MÖVZU DİQQƏTİMİZDƏDİR

Nicat Mahmudov

115 nömrəli məktəbdə elektron qolbaqlı müəllimə dərs keçir? -
Bakının Binəqədi rayonunda yerləşən Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbdə baş verdiyi iddia olunan hadisə ciddi suallar doğurub.

Yenixeberorg.biz: Məktəbdə çalışan Sevinc İbrahimova adlı müəllimə barəsində cinayət işi üzrə məhkəmə qərarı çıxarılıb və onun ayağına elektron nəzarət vasitəsi taxılıb. Buna baxmayaraq, həmin şəxsin məktəb rəhbərliyi tərəfindən dərsə buraxıldığı iddia olunur. Mənbənin iddiasına görə, sözügedən məktəbdə üç müəllimə barəsində,Yasəmən Mansurova,Tərəanə Hüseynova və Sevinc İbrahimova ilə bağlı eyni iş üzrə araşdırma aparılıb. Həmin şəxslərin təhsil müəssisəsində müəllimlik fəaliyyətindən kənar olaraq qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduqları iddia edilir. Əsasən də Təranə Hüseynovanın bu işdə daha aktiv olduğu iddia edilməkdədir.

Bu iddialar təsdiqini tapacağı halda, məsələ həm məktəbdə əmək münasibətləri, həm də təhsil müəssisəsində pedaqoji fəaliyyətə dair tələblər baxımından araşdırılmalı suallar yaradır.

Elektron qolbaq nə deməkdir?

Elektron nəzarət vasitəsinin tətbiqi şəxsin üzərinə məhkəmə və ya qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlərin qoyulduğunu göstərə bilər. Lakin elektron qolbağın mövcudluğu öz-özlüyündə şəxsin məhkum edildiyi və ya pedaqoji fəaliyyətlə məşğul olmasının avtomatik qadağan edildiyi anlamına gəlmir.

Bu baxımdan, konkret şəxsin məktəbdə dərs deməsinin qanuniliyini müəyyənləşdirmək üçün onun barəsində qəbul edilmiş məhkəmə qərarının məzmunu, tətbiq olunan məhdudiyyətlər və əmək münasibətlərinin hüquqi əsasları araşdırılmalıdır.

Əgər müəllim barəsində pedaqoji fəaliyyətinə mane olan hər hansı hüquqi məhdudiyyət mövcuddursa, həmin şəxsin məktəbdə fəaliyyətini davam etdirməsi məsələsinə ayrıca hüquqi qiymət verilməlidir.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin, eləcə də digər aidiyyəti dövlət qurumlarının mövqeyini verməyə hazırıq.(vətəninfo.az)

3, yoxsa 1 medal, İlqar Bayramlı? - Şanxaya şəkil çəkdirməyə getmək dövlətə neçəyə başa gəldi? -
Peşə Təhsili üzrə Dövlət Agentliyi Azərbaycanın “WorldSkills Shanghai 2026” beynəlxalq yarışında 3 mükafata layiq görüldüyünü açıqlayıb. Lakin yarışın rəsmi nəticə cədvəlində Azərbaycan iştirakçılarının nəticələri Agentliyin yaydığı məlumatla tam uyğun gəlmir.

Yeiceberorg.biz: Agentliyin məlumatına əsasən, kibertəhlükəsizlik üzrə Əli Məhərrəmli və Yusif Kazımlı 702 bal toplayaraq “Medal of Excellence”, elektronika üzrə Orxan Mustafayev isə “Best of Nation” mükafatına layiq görülüb.
Lakin “WorldSkills Shanghai 2026”nın rəsmi nəticə bazasında Azərbaycan üzrə 7 iştirakçının nəticələri fərqli şəkildə təqdim olunur.

Rəsmi cədvələ əsasən, nəticələr belədir:

Elsevər Yaqublu – dəmir yolu nəqliyyat vasitələri texnologiyası – 9-cu yer, 673 bal;
Əli Məhərrəmli və Yusif Kazımlı – kibertəhlükəsizlik – 10-cu yer, 702 bal, Medal for Excellence;
Orxan Mustafayev – elektronika – 13-cü yer, 686 bal;
Emil Hüseynov– veb texnologiyaları – 26-cı yer, 685 bal;
Cahid Güləhmədov – qaynaq – 30-cu yer, 658 bal;
Çarkaz Vəliyev – avtomobil texnologiyası – 33-cü yer, 665 bal;
Cavid Məmmədov – yemək bişirmək – 41-ci yer, 638 bal.

Cədvəldə medal göstəricisi yalnız Əli Məhərrəmli və Yusif Kazımlının nəticəsinin qarşısında qeyd olunub. Bu isə Peşə Təhsili üzrə Dövlət Agentliyinin açıqladığı “3 mükafat” məlumatının necə hesablandığını böyük sual altına alır. 1, yoxsa 3 medal?

Xüsusilə Orxan Mustafayevin “Best of Nation” mükafatına layiq görüldüyünün açıqlanması diqqət çəkir. Onun WorldSkills-in rəsmi nəticə cədvəlində nəticəsi 13-cü yer və 686 bal olaraq göstərilir, lakin medal bölməsində müvafiq qeyd yer almır.

Yəni, Azərbaycan Peşə Təhsili üzrə Dövlət Agentliyinin məlumatına əsasən, kibertəhlükəsizlik üzrə Əli Məhərrəmli və Yusif Kazımlının birgə fəaliyyəti nəticəsində 1 “Medal for Excellence” əldə olunub. Sadəcə həmin medal iki iştirakçının adına qeyd edilib. Bəs digər 2 medal haradadır, hörmətli İlqar Bayramlı? Göstərə bilərsinizmi həmin 2 medalı?
Digər tərəfdən, yarışda Azərbaycan nümayəndə heyətinin kifayət qədər geniş tərkibdə iştirak etdiyi məlumdur. Şanxayda Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları ilə yanaşı, müxtəlif peşə təhsili müəssisələrinin rəhbər və digər nümayəndələrinin də iştirak etdiyi görünür.
Dövlət vəsaiti hesabına həyata keçirilən səfərin nəticələri nə oldu? Bu yarışda iştiraka nə qədər dövlət vəsaiti xərcləndi? Niyə bu qədər direktor və direktor müavini Şanxaya aparılmışdı? Sadəcə gəzməyə, şəkil çəkdirməyə?
Azərbaycanın bölgələrdəki peşə məktəblərinin hansı vəziyyətdə olduğunu İlqar Bayramlı hamıdan yaxşı bilir. Bu vəsaiti peşə məktəblərinin heç olmasa bir qisminin təmirinə xərcləmək olmazdımı? Nə qazandıq? Kİmlərsə gəzdi və şəkil çəkdirdi, vəssalam? Peşə məktəblərinin direktor və direktor müavinlərinin beynəlxalq tədbirdə iştirakının Azərbaycan peşə təhsilinə hansı konkret nəticələri verdiyi, hansı yeni əməkdaşlıq və layihələrin əldə olunduğu barədə Agentlik niyə məlumat açıqlamır? Şəkil çəkdirməyəmi getmişdilər?
Nəticə etibarilə, bir tərəfdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin “3 mükafat” açıqlaması, digər tərəfdə isə WorldSkills-in rəsmi nəticə cədvəlində əks olunan nəticələr dayanır.
Azərbaycanın “WorldSkills Shanghai 2026”da qazandığı 3 mükafat konkret olaraq hansılardır və bu mükafatlar WorldSkills-in rəsmi nəticə sistemində niyə eyni şəkildə əks olunmur? Həmçinin, Peşə Təhsili üzrə Dövlət Agentliyi bu tədbir üçün nə qədər vəsait xərcləyib?
Bu suallara aydınlıq gətirmək Elm və Təhsil naziri Emin Əmrullayevə düşür.(tehsilmedia.org)
Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinin mövqeyini dərc etməyə hazırıq.

322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası:
Bakı şəhəri Xəzər rayonu, Albalılıq yaşayış massivində yerləşən 322 nömrəli tam orta ümumtəhsil məktəbində qanunsuz pul yığılması, işə qəbul zamanı pul tələb edilməsi və məsələni ictimailəşdirən vətəndaşa təzyiq göstərilməsi ilə bağlı ciddi iddialar səsləndirilir.

Yenixeberorg.biz: Redaksiyamıza müraciət edən Nicat Fərzəliyev bildirir ki, məktəbdə müxtəlif bayramlar ərəfəsində valideynlərdən mütəmadi şəkildə pul yığılır. Onun təqdim etdiyi yazışmalarda ayrı-ayrı şagirdlərin adlarının qarşısında 10 manat məbləğinin qeyd edildiyi görünür.
Nicat Fərzəliyevin iddiasına görə, 8 Mart ərəfəsində şagirdlərdən 10 manatlıq yığım həyata keçirilib. 5 oktyabr - Müəllimlər Günü ərəfəsində isə hər şagird üçün artıq 30 manat tələb olunduğu bildirilir.
Məsələnin miqyasını anlamaq üçün rəqəmləri hesablamaq kifayətdir.
Məktəblə bağlı təqdim edilən məlumatda şagird sayı 3221 nəfər göstərilir. Əgər Nicat Fərzəliyevin iddia etdiyi 10 manatlıq yığım bütün 3221 şagirdə şamil olunubsa:

3221 × 10 manat = 32 210 manat.

Müəllimlər Günü ilə bağlı iddia olunan 30 manatlıq yığım da bütün şagirdlər üzrə həyata keçirilibsə:

3221 × 30 manat = 96 630 manat.

Beləliklə, yalnız iki bayram — 8 Mart və Müəllimlər Günü üzrə iddia edilən ümumi məbləğ:

32 210 + 96 630 = 128 840 manat edir.

128 min 840 manat heç bir halda kiçik məbləğ hesab edilə bilməz.

Üstəlik, Nicat Fərzəliyev məktəbdə hazırda faktiki olaraq 4 mindən artıq şagirdin təhsil aldığını iddia edir. Əgər bu göstərici təsdiqlənərsə, 4 min şagird üzrə 10 manatlıq yığım 40 min manat, 30 manatlıq yığım isə 120 min manat edir. Bu halda yalnız iki bayram üzrə söhbət minimum 160 min manatlıq ehtimal olunan vəsaitdən gedir.
Burada xüsusi qeyd olunmalıdır ki, təqdim edilən yazışmalar bütün 3221 və ya 4 mindən artıq şagirdin hər birindən pulun faktiki alınmasını özlüyündə sübut etmir. 128 840 və 160 min manat rəqəmləri şikayətçinin “yığım bütün məktəb üzrə aparılıb” iddiası doğru olduğu halda ortaya çıxan riyazi hesablamadır. Məhz buna görə məsələ hərtərəfli və sənədlərlə araşdırılmalıdır.
Nicat Fərzəliyev pul yığımında iştirak etdiyini iddia etdiyi şəxslərin adlarını da açıq şəkildə çəkir. Onun sözlərinə görə, vəsaitlərin toplanmasında Nuranə Abbasovanın vasitəçi olduğu, müəyyən pulların isə məktəbdə qapıçı işlədiyi bildirilən Mehriban xanımın əli ilə yığıldığı iddia edilir.
Şikayətçi məktəbin direktoru Taleh Şahbaxovun rəhbərliyi dövründə baş verdiyini bildirdiyi bu halların təsadüfi olmadığını, müxtəlif vaxtlarda təkrarlandığını iddia edir.
İddiaların daha ağır hissəsi işə qəbul məsələsi ilə bağlıdır.

Nicat Fərzəliyev bildirir ki, həyat yoldaşının 322 nömrəli məktəbdə işə qəbul edilməsi zamanı əvvəlcə 200 manat, daha sonra isə direktor üçün 500 manat verilməsinin vacib olduğu onlara bildirilib. O, ümumilikdə 700 manat verdiyini iddia edir.

Bu, təsdiqlənəcəyi halda, artıq sadəcə valideynlərdən pul yığılması məsələsi deyil, işə qəbul prosesində qeyri-qanuni ödəniş tələb edilməsi barədə ciddi ittihamdır.

Nicat Fərzəliyev bütün bu məsələləri açıq şəkildə sosiallaşdırdığını, konkret adlar çəkdiyini, yazışmalar təqdim etdiyini və aidiyyəti dövlət qurumlarına dəfələrlə müraciət etdiyini bildirir.

Onun sözlərinə görə, məsələləri gündəmə gətirdikdən sonra isə təzyiqlərlə üzləşib. Şikayətçi Mehriban xanımın oğulları tərəfindən ona hədə-qorxu gəldiyini və müxtəlif formalarda təzyiq göstərildiyini iddia edir.

Əgər vətəndaş öz adı və soyadı ilə ortaya çıxır, işə qəbul zamanı pul verildiyini bildirir, pul yığımında iştirak etdiyini iddia etdiyi şəxslərin adlarını açıqlayır, yazışmalar təqdim edir və dövlət qurumlarına rəsmi müraciətlər göndərirsə, aidiyyəti qurumların məsələyə münasibəti daha ciddi olmalıdır.

Nicat Fərzəliyev bildirir ki, Elm və Təhsil Nazirliyinə məsələ ilə bağlı rəsmi müraciət edib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun rəhbərlik etdiyi qurum ümumi təhsil müəssisələrində proseslərə nəzarət edən dövlət strukturlarından biridir. Belə olan halda haqlı sual yaranır:

- Vətəndaşın dəfələrlə etdiyi müraciət niyə nəticəli və şəffaf araşdırma ilə yekunlaşmayıb?

- Əgər Elm və Təhsil Nazirliyinə daxil olan müraciət aidiyyəti üzrə MÜTDA-ya və ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinə göndərilibsə, araşdırmanın nəticəsi haradadır?

- İddialarda adı çəkilən şəxslərdən izahat alınıbmı?

- Valideyn qruplarındakı yazışmalar araşdırılıbmı?

- Pul yığılması ilə bağlı valideynlərdən açıqlama alınıbmı?

- Vəsaitlərin kim tərəfindən toplandığı və kimə təqdim edildiyi müəyyənləşdirilibmi?

- İşə qəbul zamanı 700 manat verilməsi barədə iddia yoxlanılıbmı?

- Şikayətçiyə qarşı hədə-qorxu iddiası aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim edilibmi?

Məsələdə daha bir ciddi ziddiyyət də mövcuddur.

Nicat Fərzəliyevin sözlərinə görə, ona verilən rəsmi cavabların birində yığılan pulların geri qaytarıldığı bildirilib. Şikayətçi isə bu məlumatı qəti şəkildə təkzib edir və pulların geri qaytarılmadığını deyir.

- Əgər qurum vətəndaşa “pul qaytarılıb” cavabı veribsə, bu məlumat hansı sənədə əsaslanır?

- Pulları geri alan valideynlərin siyahısı varmı?

- Hansı tarixdə, hansı məbləğlər, kim tərəfindən və kimlərə qaytarılıb?

- Təhvil-təslim aktı, qəbz, imza və ya başqa təsdiqedici sənəd mövcuddurmu?

- Əgər belə sənədlər yoxdursa, vətəndaşa “vəsait geri qaytarılıb” məzmunlu cavab hansı araşdırmanın nəticəsində təqdim olunub?

Ortada artıq yalnız 10 və ya 30 manatlıq “sinif yığımı” söhbəti yoxdur.
Söhbət cəmi iki bayram üzrə 128 840 manatlıq ehtimal olunan yığımdan, şikayətçinin iddiasına əsasən faktiki şagird sayı götürüldükdə isə 160 min manatı keçə biləcək məbləğdən, işə qəbul zamanı 700 manat verilməsi iddiasından, konkret şəxslərin adlarının çəkilməsindən, hədə-qorxu iddialarından və bütün bunlarla bağlı dövlət qurumlarına edilmiş rəsmi müraciətlərdən gedir.
İddiaların doğru olub-olmamasına hüquqi qiyməti jurnalist deyil, səlahiyyətli dövlət qurumları verməlidir. Lakin məsələ bu qədər açıq şəkildə ictimailəşdirilir, şəxslərin adları çəkilir və vətəndaş rəsmi müraciət etdiyini bildirirsə, qurumların susması və ya formal cavabla kifayətlənməsi yeni suallar yaradır.
Vətəndaş daha nə etməlidir ki, onun müraciəti tam, şəffaf və nəticəli şəkildə araşdırılsın?
322 nömrəli məktəbin direktoru Taleh Şahbaxovun, Nuranə Abbasovanın, Mehriban xanımın, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və digər adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Səsləndirilən iddiaların hər biri araşdırılmalı, nəticə isə ümumi ifadələrlə deyil, konkret faktlar və sənədlərlə ictimaiyyətə açıqlanmalıdır.(BakuNews.az)

"Yenixeberorg" olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.

Şagirdlərin məlumatı qiymətləndirmək və tənqidi düşünmək qabiliyyəti zəifləyir
Şagirdlərin məlumatı qiymətləndirmək, müxtəlif mənbələr arasında əlaqə qurmaq və tənqidi düşünmək qabiliyyəti zəifləyir.

Yenixeberorg.biz xəbər verir ki, bunu PISA-nın yaradıcısı Andreas Şleyxer "Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu"na videobağlantı zamanı deyib.

O qeyd edib ki, şagirdlərin məlumatı qiymətləndirmək, müxtəlif mənbələr arasında əlaqə qurmaq və tənqidi düşünmək qabiliyyəti zəifləyir:

"Mütaliə etmək göstəriciləri aşağı düşür və rəqəmsal mütaliəyə doğru meyil artır. Yəni hər hansı bir kitabı vərəqləmək, bir romanı oxumaqdan zövq almaq əvəzinə, sosial şəbəkə lentlərini səthi vərəqləmək daha cəzbedici gəlir. Bu, müasir dünyada ehtiyac duyduğumuz fundamental bacarıqların zəifləməsinə səbəb ola bilər".

A.Şleyxer bildirib ki, PISA məlumatlarına əsasən, mətnləri xülasə etmək kimi tapşırıqlar üçün süni intellekt çatbotlarından istifadə edən şagirdlər bu alətlərdən istifadə etməyənlərlə müqayisədə adətən daha aşağı oxuma nəticələri göstərirlər:

"Bu, xüsusilə dərin idrak proseslərini və daxili motivasiyanı tələb edən işlərdə daha qabarıq görünür. Hər şey süni intellektdən real olaraq necə istifadə edilməsindən asılıdır. Lakin əsas məqam çox sadədir. Biz idman oyunlarına baxmaqla fiziki formaya düşmürük, biz idmanla məşğul olaraq formaya düşürük. Eynilə, öyrənmək də prosesə birbaşa qoşulmaq deməkdir".

O həmçinin əlavə edib ki, süni intellektdən öyrənmənin qısa yolu və ya hazır cavablar almaq vasitəsi kimi deyil, təfəkkürü və öyrənməni gücləndirmək üçün pedaqoji məqsədlərlə istifadə olunan bir alət kimi faydalanmaq lazımdır.

Müəllimlik peşəsinin əsas missiyası həm də savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir
Müəllimlik peşəsinin əsas missiyası yalnız bilik vermək deyil, həm də savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir.

Yenixeberorg.biz xəbər verir ki, bu fikir elm və təhsil naziri Emin Əmrullayevin 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bağlı təbrikində yer alıb.

O qeyd edib ki, müəllimlik ən çətin, eyni zamanda, ən şərəfli peşələrdən biridir:

"Bu peşənin əsas missiyası yalnız bilik vermək deyil, savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir. Gənc nəslin cəmiyyətdə layiqli yer tutmasında və vətənpərvər vətəndaş kimi formalaşmasında sizin fədakar əməyiniz danılmazdır. Hər birinizə təşəkkür edir, işlərinizdə uğurlar və əməyinizin nəticələrindən daim qürur duymağı arzulayıram".

Bu gün Beynəlxalq Müəllimlər Günüdür
5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür.

Yenixeberorg.biz xəbər verir ki, bu gün Azərbaycanda da müəllimlərin peşə bayramı qeyd olunur.

Belə ki, 1966-cı il oktyabrın 5-də UNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini müəyyən edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb.

1994-cü ildən isə həmin tarix UNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix həmçinin BMT-nin beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunmasında məqsəd müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət yetirməkdir.

Qeyd edək ki, "Müəllimlər günü" hazırda 100-dən çox ölkədə ümumdünya səviyyədə, bəzi ölkələrdə isə müxtəlif tarixlərdə milli səviyyədə qeyd edilir.

Azərbaycanda isə bu gün 1993-cü ildən qeyd olunur.

Ağstafada müəllimlər dərs üstündə dalaşdı -
Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb.

Yenixeberorg.biz xəbər verir ki, sözügedən məktəbin ibtidai sinif müəllimi 1981-ci il təvəllüdlü P.Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, P.Məmmədova müəllim yoldaşı S.Əhmədova ilə məktəbdə dərs bölgüsü üstündə mübahisə ediblər. Zərərçəkən P.Məmmədovanın sözlərinə görə, onu məktəbdə müəllim yoldaşı olan S.Əhmədova döyərək xəsarət yetirib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bilidirilib ki, müraciətlərlə bağlı Ağstafa Rayon Polis Şöbəsində müvafiq ekspertiza təyin edilməklə araşdırma aparılır.(APA)

Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kollec) boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub.
Yenixeberorg.biz: Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, müsabiqədə iştirak etmək üçün 2393 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1818 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.
Xatırladaq ki, abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından, eləcə də "iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki "7 rəqəmli kod"u bütün mobil operator nömrələrindən 7727-yə göndərməklə öyrənə bilərlər.

158 saylı məktəbdə qalmaqal:
158 nömrəli məktəbin direktoru Esmira Ağayeva haqqında redaksiyamıza şikayət məktubu daxil olub.

Yenixeberorg.biz: Şikayətçilərin cumhuriyyet.az-a bildirdiyinə görə sözügedən direktor məktəbi idarə edə bilmir. Müəllim kollektivi tamamilə çarəsiz qalıb. İddiaya görə E. Ağayeva ona müraciət edən müəllimlərin problemini dinləmir, onlarla kobud rəftar edir və qeyri etik davranış sərgiləyir. Müəllim otağında müəllimlərin çay içmək üçün şərait yaratma təklifinə rədd cavabı verən direktor öz kabinetində özü üçün ayaqyolu və mətbəx tikdirib.
Şikayətçilərin sözlərinə görə artıq sentyabr ayının sonu yaxınlaşsa da, hələ də dərs cədvəli hazır deyil. Müəllimlərin əksəriyyəti dərs cədvəlindən narazıdı. Dərs cədvəlindəki boşluqlar ucbatından məktəbdə xaos yaranıb, dərslər tez- tez boş keçir. Onu da bildirək ki, E.Ağayev 114 və 20 saylı məktəblərə rəhbərlik etdiyi dövrlərdə də adı bir neçə qalmaqalda hallanıb.