Region - Yenixeberorg.biz - Oxu, xəbərin olsun

Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib
Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Xankəndi şəhərləri, Lənkəran və Şamaxı rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Yenixeberorg.biz xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Araşdırma zamanı Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində, Xankəndi şəhəri ərazisində, Lənkəran rayonu Havzava və Şamaxı rayonu Qaleybuğurd kəndlərində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 32 min 950 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Cəbrayılda mina partlayıb -
İşğaldan azad edilmiş Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində 8 oktyabr tarixində mina partlayışı hadisəsi baş verib.

Yenixeberorg.biz xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin məlumatında bildirilib.

Məlumata görə, 2000-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Qəhrəmanov Orxan Əşrəf oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb. Hadisə zamanı Qəhrəmanov Orxan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır.

Qəbələdə həkimlərin “KRESLO DAVASI”:
TƏBİB-in səhiyyə sistemində apardığı struktur dəyişiklikləri və “yeni idarəetmə” pafosu reallıqda vətəndaşın sağlamlığına xidmət etmək əvəzinə, regionlarda əsl xaos və anarxiyaya yol açıb. Bunun ən acınacaqlı mənzərəsi bu gün Qəbələ Rayon Mərkəzi Xəstəxanasında yaşanmaqdadır.

Yenixeberorg.biz: Qurumun baş direktorunun vəzifədən getməsi ilə sözün əsl mənasında xəstəxanada hakimiyyət boşluğu yaranıb və bu idarəsizlikdən istifadə edən bəzi məmurlar böyük bir tibb ocağını intriqa meydanına çeviriblər.

Hazırda ölkənin ən böyük regional xəstəxanalarından biri tamamilə başsız qalıb. Buna səbəb isə xəstəxananın iki əsas fiqurunun – Poliklinika şöbəsinin müdiri Səbuhi Şirinovla baş həkim Fikrət Cəfərovun xəstələrin dərdi ilə maraqlanmaq əvəzinə, baş direktor kürsüsü uğrunda açıq savaşa çıxmasıdır. Bu iki şəxsin şəxsi ambisiyaları və qeyri-sağlam “kreslo” ehtirasları xəstəxananı iflic vəziyyətinə salıb. Qurum daxilində tam bir ikitirəlik, hərc-mərclik hökm sürür, bütün tibbi personal isə bu mənasız qruplaşmaların girovuna çevrilərək öz əsas işindən yayınır.

Vəziyyət o qədər absurd həddə çatıb ki, tərəflər bir-birini sıradan çıxarmaq üçün hər cür şantaj və donosbazlıqdan belə çəkinmirlər.

Əldə edilən məlumatlara görə, Səbuhi Şirinov və Fikrət Cəfərov mütəmadi olaraq müxtəlif yuxarı instansiyalara, dövlət qurumlarına bir-birləri haqqında qarayaxma kampaniyaları təşkil edir, kəşfiyyatçı kimi danoslar yazır və süni ictimai rəy yaratmağa çalışırlar. Onların əsas fəaliyyəti indi xəstə müalicə etmək yox, ancaq Bakı yollarında qalaraq müxtəlif qapalı qapılar arxasında gizli görüşlər keçirmək, TƏBİB rəhbərliyindəki yeni idarəçilərlə “dil tapmaq” və hətta Qəbələ Rayon İcra Hakimiyyətindən öz çirkin məqsədləri üçün dəstək qoparmaqdan ibarətdir.

Bu hakimiyyət davasının isə tək bir qurbanı var: Qəbələ əhalisi. Açıq mənbələrdə və sosial şəbəkələrdə onsuz da Qəbələ RMX-nın fəaliyyətindən, pasiyentlərə səhlənkar münasibətdən, süründürməçilik hallarından şikayətlər aşıb-daşır. Belə bir biabırçı fonda rəhbərliyin tək dərdi xəstəxananın inkişafı yox, direktor kreslosunu zəbt etməkdirsə, deməli, həmin rayonda səhiyyə sistemi artıq komadadır. Vətəndaş xəstəxana dəhlizlərində şəfa tapmaq əvəzinə, həkim cildinə girmiş idarəçilərin şəxsi xudbinliyinin əziyyətini çəkir, xəstəxanada isə xidmət səviyyəsi günü-gündən dağ kimi böyüyən problemlərin altında məhv olur.
Əgər TƏBİB doğrudan da hansısa inkişafdan, səhiyyədə modernləşmədən dəm vurursa, Qəbələdəki bu rəzalətə dərhal və ən sərt şəkildə son qoymalıdır. Strateji əhəmiyyətli bir rayonun mərkəzi xəstəxanası nə Səbuhi Şirinovun, nə də Fikrət Cəfərovun at oynadacağı, şəxsi eqolarını təmin edəcəyi gəlir obyekti deyil. Aidiyyəti qurumlar dərhal bu yersiz “kreslo” davasının iştirakçılarını yerinə oturtmalı, xəstəxananı intriqa yuvasından yenidən xalqa xidmət edən tibb müəssisəsinə çevirməlidir. Əks halda, aidiyyəti qurumların bu susqunluğu Qəbələ səhiyyəsini tamamilə bərpaolunmaz bir uçuruma yuvarlayacaq.

Qeyd: Məşhur atalar sözümüz var: Qız evində toydur, oğlan evinin xəbəri yoxdur. Bəlkə də TƏBİB bu xəstəxanaya tamamilə başqa şəxsi göndərəcək. Bu iki şəxs də çəxardıqları hoqqalarla xatırlanacaqlar.(Yenicag)

Sabah Masallının 5 kəndində qaz olmayacaq
Sabah Masallı rayonunun bəzi kəndlərinin qaz təchizatında fasilə yaranacaq.

Yenixeberorg.biz: Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Masallı rayonunun Qəriblər, İsilər, Məmmədrzaküçə, Əzizabad və Qodman kəndlərinin qaz təchizatında müvəqqəti dayandırılacaq.

Naxçıvanda oktyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb
Naxçıvan Muxtar Respublikası (MR) üzrə oktyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb.

Yenixeberorg.biz xəbər verir ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının pensiya ödənişi başa çatdırılıb.

Qubada iki avtomobil toqquşub -
Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenixeberorg.biz-in məlumatına görə, "VAZ-2106" və "Toyota Prado" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində bir nəfər aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib
Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinə müavin təyin edilib.

Yenixeberorg.biz xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev sərəncam imzalayıb. Sərəncama əsasən, Fazil Məmmədov Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini təyin edilib.

Qeyd edək ki, o, bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini vəzifəsində çalışıb.

Naxçıvanda qeyri-filiz faydalı qazıntı yataqlarının istismarından büdcəyə daxil olan vəsait açıqlanıb
2023–2026-cı illərdə Naxçıvan Muxtar Respublikasında qeyri-filiz faydalı qazıntı yataqlarının istismara verilməsi məqsədilə 17 hərrac keçirilib, nəticədə dövlət büdcəsinə 1,1 milyon manatdan çox vəsait daxil olub.

Yenixeberorg.biz xəbər verir ki, bu barədə Naxçıvanda dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı keçirilmiş iclasda məlumat verilib.

İclas muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələrlə bağlı keçirilib. Nazir Xanlar Mustafayev Dövlət Proqramının əsas məqsəd və prioritetləri barədə məlumat verib.

Bildirilib ki, son dövrlərdə Naxçıvanda yerin təkindəki mineral-xammal ehtiyatlarının öyrənilməsi və qiymətləndirilməsi istiqamətində məqsədyönlü işlər aparılır. Mövcud geoloji məlumatların yenilənməsi, əvvəlki tədqiqatların müasir üsullarla yenidən qiymətləndirilməsi, perspektivli sahələrin müəyyənləşdirilməsi və resurs potensialının dəqiqləşdirilməsi əsas istiqamətlərdəndir.

Qeyd olunub ki, "Parağaçay" və "Qapıcıq" molibden, "Gümüşlü" polimetal yataqlarında geoloji-qiymətləndirmə işləri aparılıb. Beynəlxalq təcrübəyə malik mütəxəssislərin iştirakı ilə mövcud geoloji məlumatlar, əvvəlki tədqiqatların nəticələri və laborator göstəricilər təhlil edilib.

Yataqlarda filizləşmənin 300–500 metrədək dərinlikdə yayılma potensialının müəyyənləşdirilməsi məqsədilə ümumilikdə 3800 p.m. qazma işi həyata keçirilib. Bununla yanaşı, "Parağaçay" yatağında 4, "Qapıcıq" yatağında 2, "Gümüşlü" yatağında isə 3 geoloji-kəşfiyyat quyusu qazılıb.

İclasda Ordubad rayonunun Ağdərə–Nəsirvaz sahəsində aparılan geoloji qiymətləndirmə işləri barədə də məlumat verilib. Sahədə ümumi dərinliyi 900 p.m. olan 4 quyu qazılıb, laborator tədqiqatlar üçün 194 kern nümunəsi götürülüb. Həmçinin 24 xəndək və 38 şurf qazılıb. Çöl-geoloji kəşfiyyat işləri yekunlaşdırılıb və ərazinin perspektivli olduğu müəyyənləşdirilib.

Bildirilib ki, Babək rayonundakı Xal-Xal təzahüründə də geoloji tədqiqatlar davam etdirilir. Layihə çərçivəsində 1500 p.m. həcmində 5 quyu, 2500 kubmetr xəndək və 220 p.m. şurf qazılması nəzərdə tutulub.

"AzerGold" QSC-nin Ortakənd sahəsində apardığı geoloji-kəşfiyyat işləri də diqqətə çatdırılıb. Məlumata görə, 199 kəşfiyyat quyusu üzrə 35 542,87 p.m. qazma həyata keçirilib. "Ortakənd" yatağında qızıl resursunun 246 min unsiya olduğu hesablanıb. Yataqda ilk istehsalın 2029-cu ildə başlanması planlaşdırılır.

Tədbirdə qeyri-filiz faydalı qazıntıların öyrənilməsi istiqamətində görülən işlər də müzakirə olunub. 2023–2024-cü illərdə Naxçıvan ərazisində 55 qeyri-filiz yatağı üzrə təftiş-qiymətləndirmə işləri aparılıb, yataqların CİS bazasında rəqəmsal xəritəsi hazırlanıb. Daha 6 qeyri-filiz sahəsində tədqiqat aparılaraq onların yataqlaşdırılması və dövlət balansına alınması təmin edilib.

Sonda Dövlət Proqramından irəli gələn vəzifələrin Naxçıvanda icrası, geoloji tədqiqatların genişləndirilməsi, mineral-xammal potensialının müasir yanaşmalar əsasında qiymətləndirilməsi və ehtiyatlardan səmərəli istifadə imkanlarının araşdırılması ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib.

Cəbrayılda növbəti Şəhər Günü keçirilib -
Oktyabrın 4-ü Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində ilk böyük qalibiyyətin qazanıldığı – Cəbrayıl şəhərinin işğaldan azad olunduğu gündür.

Yenixeberorg.biz: Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə Prezident İlham Əliyev tərəfindən 31 iyul 2023-cü il tarixində sərəncam imzalanıb. Sərəncamla 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olunub.

Artıq üçüncü ildir ki, Mədəniyyət Nazirliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə

Cəbrayıl şəhərində silsilə bayram tədbirləri keçirilir.

Builki Şəhər Günündə ilk olaraq uşaqlar üçün tamaşa nümayiş etdirilib.

Şəhərdəki Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbinin zalında təqdim olunan tamaşanı doğma yurda qayıtmış uşaqlar və valideynlər izləyiblər.

Müstəqil “Səyyar kukla teatrı”nın “Doğma yer – Vətən” adlı interaktiv kukla tamaşasında nağıllar aləmindən gələn Makku sehrli qutunun ipucları ilə uşaqları qızıl, toxum, torpaq, ev və ailə üzərindən bizim üçün ən dəyərli olanı axtarmağa dəvət edir. Uşaqların fəal iştirakı ilə baş tutan tamaşanın sonunda ən böyük xəzinənin, dəyərin doğma yer, Vətənimiz olduğu fikri məlum olur...

Aytac Qəmbərovanın müəllifi olan tamaşa uşaqlar tərəfindən maraqla qarşılanıb. Səhnə işinin bir parçasına çevrilən uşaqlar böyük sevinc yaşayıblar.

Bu torpaqlar Kərəm Həsənova PEŞKƏŞ EDİLİB? -
Cəlilabad rayonunda sakinlərin torpaq sahələri ilə bağlı şikayətləri davam edir.

Yenixexeberorg.biz: Kənd sakinləri bildirirlər ki, Sovet dövründən qalan bir sıra obyektlərin əraziləri onların iddiasına görə sonradan qanunsuz şəkildə özəlləşdirilərək ayrı-ayrı şəxslərin adına keçirilib.

Sakinlərin sözlərinə görə, onların əsas narazılıqlarından biri “Rus qəbiristanlığı” kimi tanınan ərazi ilə bağlıdır. Onlar iddia edirlər ki, həmin ərazi satışa çıxarılıb və bunun arxasında Günəşli kənd icra nümayəndəsi İlqar Həsənovun dayandığını bildirirlər.

Sakinlər həmçinin iddia edirlər ki, torpaq sahələrinin bir hissəsi Prezidentin köməkçisi Kərəm Həsənovun qohumlarının adına rəsmiləşdirilib. Onlar həmin torpaqların qanuni əsaslarının araşdırılmasını və sakinlərə qaytarılmasını tələb edirlər.

Müraciətdə qeyd olunur ki, sakinlər problemlərini aidiyyəti qurumlara çatdırmaqda çətinlik çəkirlər və məsələnin araşdırılmasını istəyirlər.

Qeyd edək ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovdur.(bizimesr.info)