Mədəniyyət - Yenixeberorg.biz - Oxu, xəbərin olsun

Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib
Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinə müavin təyin edilib.

Yenixeberorg.biz xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev sərəncam imzalayıb. Sərəncama əsasən, Fazil Məmmədov Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini təyin edilib.

Qeyd edək ki, o, bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini vəzifəsində çalışıb.

“Şeyx, sənin tormozun tutmur, Əlinin qadasını alırdın, Ruhəngiz, indi...” -
“Eşitmişəm Şeyx deyib ki, Əlinin tormozu tutmur. Şeyx, sənin də tormozun tutmur! Sən də hərdən tormoz et! İlişib qalarsan yollarda! Ay mənim məhəllə uşağım, mən öz işimi yaxşı bilirəm. Sən yaxşı olar ki, aktyorluğunla məşğul olasan.

Yenixeberorg.biz: Bu mənim sahəmdir, sən müğənnillikdən niyə danışırsan?! Sən gözəl aktyorsan! O bizimlə eyni məhəllədə böyüyüb. Əhmədlidə yaşamışıq”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Əli Mirəliyev deyib.

O daha sonra bildirib ki, Ruhəngiz Musəvi onun haqda sosial şəbəkələrdə rəy yazır:

“Ruhəngizdir də. Məni dəli adlandırıb. Bir də görürsən başlayır ağlamağa, bir də görürsən gülür. Dəli mənəm yoxsa o?! Əlinin qadasını alırdın ay Ruhəngiz, nə oldu?! Biz dost olmuşuq. Bir yerdə 10-15 duet oxumuşuq. Onun xasiyyətinə bələdəm. Sadəcə xətrini istəyirəm, yaxşı oxuyur. Yaxşı da insandır. Amma danışanda təntiləyir” deyə o bildirib.

Əli Mirəliyev bildirib ki, Əməkdar artist Fərqanə Qasımovaya zəng edərək, ona iradını bildirib:

“Cahangir Cahangirovun mahnılarını Hindistan tərzində oxuyur. Atan gül kimi muğam oxuyur, sən niyə “Durnalar” əsərini hind ladında aranjiman etmisən?! Zəng edib dedim ki, “qızım, sən Alim Qasımovun qızısan, atan muğamı ilə camaatı heyran edib, sən niyə bu əsəri belə oxumusan?”. Cahangir Cahangirov ölüb, amma Əli sağdır. Dedi ki, “məni camaat buna görə sevir”. Səid Rüstəmovun, Cahangir Cahangirovun, Hacı Xanməmmədovun əsərlərini sizə kim icazə verib ki, korlayasız?! Bu musiqini bilən də var axı. Mən danışmayım, sən danışma bəs kim danışsın?! Mən danışıram, adım da pis qalır. Heç kimin deyə bilmədiyini mən deyirəm. Mənim danışıqlarım sosial şəbəkələrdə paylaşılır, görün altından bir dənə mənfi rəy yazan kimsə var?” deyə o bildirib.

Daşkənddə "Qaynana" tamaşası nümayiş olunacaq
Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında Daşkənddə "Qaynana" tamaşası təqdim ediləcək.

Yenixebeorg.biz xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov "X" sosial media hesabında paylaşım edib.

Səfir bildirib ki, tamaşa Azərbaycan teatr və kino aktrisası Nəsibə Zeynalovanın 110 illik yubileyinə həsr olunacaq.

Qeyd edək ki, tamaşa oktyabrın 8-i saat 18:00-da Muqimiy adına Özbəkistan Dövlət Akademik Musiqili Teatrında ödənişsiz nümayiş olunacaq.

"Harmoniya" sənədli filmi bu gün Romada təqdim olunacaq
İtaliyanın paytaxtı Romada "Harmoniya" sənədli filminin bu gün təqdimat mərasimi keçiriləcək.

Yenixebeorg.biz: Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Dövlət Komitəsinin, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə tərəfdaşlığı ilə ərsəyə gələn filmin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevadır.

"Harmoniya" fərqli dinlərə mənsub üç rəfiqənin gündəlik həyatı və qarşılıqlı münasibətləri nümunəsində Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizm mühitini işıqlandırır. Qəhrəmanların ailə həyatı, dini ibadətləri və illərdir davam edən dostluq münasibətləri fonunda qarşılıqlı anlayış, etimad, hörmət və sülh mədəniyyəti tamaşaçıya çatdırılır.

Vurğulanıb ki, filmin çəkilişləri Azərbaycanın ayrı-ayrı bölgələrində yerləşən dini ibadətgahlarda, eləcə də ölkəmizdə formalaşmış dinlərarası harmoniyanı və mədəni müxtəlifliyi özündə ehtiva edən məkanlarda aparılıb.

Təqdimat mərasimində Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Müqəddəs Taxt-Tacın dövlət rəsmilərinin, diplomatik korpus və dini icmaların təmsilçilərinin, din xadimlərinin iştirakı gözlənilir. Həmçinin Azərbaycanın zəngin dini-mədəni irsini və multikultural dəyərlərini təcəssüm etdirən fotostend də nümayiş olunacaq.

Qeyd edək ki, tolerantlıq, qarşılıqlı hörmət, həmrəylik və dinc birgəyaşayışın əhəmiyyətindən bəh edən "Harmoniya" sənədli filmi beynəlxalq festivallarda və müxtəlif kino platformalarında da təqdim olunur.

Robert De Niro təltif edildi...
Fransa Prezidenti Emmanuel Makron məşhur amerikalı aktyor Robert De Niro və rejissor Martin Skorsezeni Fəxri Legion ordeni ilə təltif edib.

Yenixeberorg.biz: Bu barədə “Ouest-France” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, sənətçilər vizual incəsənət təhsilinə və müstəqil audiovizual yaradıcılığa sadiqliklərinə görə təltif olunublar.

Mərasimdə Hollivudun daha bir məşhur aktyoru Leonardo Di Kaprio da iştirak edib.

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılacaq
Türk Dünyası Bəstəkarlar Birliyi yaradılacaq.

Yenixeberorg.biz: Bunu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türk Dünyası Bəstəkarlarının I Qurultayı zamanı jurnalistlərə açıqlamasında deyib.

O deyib ki, bu gün Türk Dünyası Bəstəkarlar Birliyinin təsis edilməsi barədə Bakı Bəyənnaməsi imzalanacaq.

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür.

1885-ci il sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəyli dünyaya gəlib.

Yenixeberorg.biz: Bu tarix Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur və 2009-cu ildən başlayaraq Ü.Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir.

Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 118 il əvvəl tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə başlanıb. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış "Leyli və Məcnun" yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşidbanu", "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) kimi milli operalar yazıb.

Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət "Ər və arvad"dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.

Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimizi qazandıqdan sonra xalqımıza azadlıq şərafəti çatdıran ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.

Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.

Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb.

Yenixeberorg.biz: Bu barədə Mərkəzi Neftçilər Xəstəxanası məlumat yayıb.

Qeyd olunub ki, Xalq artistinin müalicəsi ev şəraitində davam etdirilir.

Xatırladaq ki, Xalq artisti Zaur Rzayev sentyabrın 5-də Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunmuşdu. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu qoyulmuşdu.

Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib
Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

Yenixeberorg.biz-in məlumatına görə, bu, barədə qərar ittifaqın bugünkü konfransında səsvermə nəticəsində qəbul edilib.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş sədri Xalq artisti Rasim Balayev olub. O, bu ilin martında vəfat edib.

"Yaşıl Teatr" və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Yenixeberorg.com xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb.

Azərbaycan Respublikasının İqtisadiyyat və Mədəniyyət nazirlikləri və Bakı Şəhər İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etməlidirlər.