İqtisadiyyat - Yenixeberorg.biz - Oxu, xəbərin olsun

Qazdan qardaş payı -
Azərbaycanın sürətlə inkişaf edən enerji sektoru, ildən-ilə artan qaz hasilatı və ixrac coğrafiyası fonunda Bakı ilə Ankara arasındakı qaz tərəfdaşlığı xüsusi yer tutur. Rəsmi rəqəmlərə, tarixi müqavilələrə və bazar mexanizmlərinə əsaslanan təhlil göstərir ki, bu əməkdaşlıq qarşılıqlı iqtisadi maraqlara, dəqiq hüquqi sazişlərə və strateji güzəştlərə söykənir.

Yenixeberorg.biz: Son illərdə Azərbaycan Avrasiyanın əsas enerji təchizatçılarından birinə çevrilib. Ölkədə həyata keçirilən irimiqyaslı layihələr – xüsusilə “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” və “Abşeron” yataqlarının işlənməsi nəticəsində mavi yanacaq hasilatı davamlı olaraq artır. Rəsmi statistikaya görə, son ildə Azərbaycanda ümumi təbii qaz hasilatı 51,5 milyard kubmetrə çatıb.

Bu həcmin əhəmiyyətli bir hissəsi (illik təqribən 25 milyard kubmetrdən çox) bir çox xarici bazarlara, o cümlədən Avropa İttifaqı ölkələrinə və qonşu dövlətlərə ixrac olunur. İxrac coğrafiyasının şaxələnməsində və Azərbaycan qazının Qərb bazarlarına çatdırılmasında isə Türkiyə bazarı və onun infrastrukturu mərkəzi həlqə rolunu oynayır.

Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) hesabatları və rəsmi mənbələr təsdiqləyir ki, Azərbaycan boru kəməri qazı idxalında qardaş ölkənin əsas təchizatçısıdır. Bu münasibətlər illər ərzində mərhələli şəkildə formalaşan ciddi, tənzimlənən kommersiya sazişlərinə və uzunmüddətli hökumətlərarası müqavilələrə əsaslanır.

Xatırladaq ki, Azərbaycan qazının Türkiyə bazarına rəsmi çıxışı 12 mart 2001-ci il tarixində Türkiyənin BOTAŞ şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanan 15 illik “Doğal Gaz Alım-Satım Anlaşması” ilə başlanıb. Həmin sazişə əsasən, “Şahdəniz” yatağının 1-ci mərhələsindən Türkiyəyə illik təqribən 6,6 milyard kubmetr qaz nəqli nəzərdə tutulmuşdu.

İkinci mühüm mərhələ 26 dekabr 2011-ci il tarixində Ankarada imzalanan strateji hökumətlərarası sazişlər və TransAnadolu Boru Kəməri (TANAP) layihəsi ilə reallaşdı. Bu çərçivədə Türkiyəyə əlavə 6 milyard kubmetr qazın nəql edilməsi hüquqi müstəviyə bağlandı və tədarük müddəti uzunmüddətli perspektivi (25 il) əhatə etdi.

2024-cü ilin iyun ayında Bakı Enerji Həftəsi çərçivəsində imzalanan yeni sənədlərlə mövcud tədarük mexanizmləri yeniləndi. BOTAŞ ilə Azərbaycan Qaz Təchizat Şirkəti arasında başa çatmaqda olan əsas tədarük müqavilələrinin müddəti 2030-cu ilin sonuna qədər uzadıldı, tranzit və qaz mübadiləsi (swap) əməliyyatları tənzimləndi.

Növbəti mərhələdə imzalanan sazişlərə əsasən, 2029-cu ildən etibarən 15 il müddətinə “Abşeron” yatağının işlənməsi çərçivəsində Türkiyəyə ümumilikdə 33 milyard kubmetr (illik təqribən 2,25 milyard kubmetr) əlavə təbii qazın ixrac edilməsi təsbit olundu.

Azərbaycan uzun illərdir sabit həcmdə qaz nəql edir və illik göstəricilər bazardakı konyunktura uyğun olaraq tənzimlənir. Məsələn, müvafiq illərdə Azərbaycandan Türkiyəyə ümumilikdə 8,71 milyard kubmetr və sonrakı mərhələlərdə təqribən 9,6 – 10,2 milyard kubmetr qaz ixrac edilib.

Avropa bazarında qiymətlərin kəskin artdığı dövrlərdə belə, Türkiyəyə yönəldilən həcmlərin sabit saxlanılması Bakının bu istiqamətə verdiyi strateji önəmi göstərir. Məlum olduğu kimi, enerji bazarının təhlili zamanı ən çox diqqətçəkən məqam qiymət siyasətidir. Qlobal bazarlarda qiymətlərin kəskin dəyişməsinə baxmayaraq, Azərbaycanın Türkiyəyə tətbiq etdiyi qiymət mexanizmi açıq-aydın güzəştli xarakter daşıyır. Belə ki, Avropa istiqamətinə ixrac olunan min kubmetr qazın orta qiyməti bazarda pik hədlərdə 550–560 dollar ətrafında dəyişdiyi halda, Türkiyə bazarına tətbiq olunan orta ixrac dəyəri nəzərəçarpacaq dərəcədə aşağı – təqribən 270–280 dollar civarında formalaşır.

Bu yarıbayı qiymət fərqi onu göstərir ki, Azərbaycan Türkiyə bazarının sabitliyini təmin etmək üçün müəyyən maliyyə qazancından imtina edir. İqtisadi baxımdan bu, Azərbaycanın qardaş ölkənin daxili enerji təhlükəsizliyinə və sənayesinin rəqabət qabiliyyətliliyinə etdiyi mühüm geoiqtisadi investisiyadır.

Enerji məsələləri üzrə ekspert İlham Şaban bu münasibətləri şərh edərkən bildirir ki, Azərbaycanın qaz siyasətində Türkiyə bazarı əsas tranzit qapısı olmaqla yanaşı, həm də sabit qiymət mühitinə malik uzunmüddətli bazardır:

“Azərbaycan qazının Avropaya çıxışı (TANAP vasitəsilə) məhz Türkiyə ərazisindən asılıdır. Ona görə də tətbiq olunan güzəştli qiymətlər həm də sabit tranzit mühitinin və siyasi müttəfiqliyin ticarət müqabilidir.

Qlobal birjalardakı şoklardan qorunmaq üçün uzunmüddətli müqavilələr və sabit həcmlər hər iki tərəfə iqtisadi proqnozlaşdırıla bilənlik qazandırır”.

Beləliklə, Azərbaycanın ildən-ilə artan 50 milyard kubmetrdən çox ümumi qaz hasilatı fonunda Türkiyəyə yönələn ixrac xətti xüsusi çəkiyə malikdir. Azərbaycan-Türkiyə qaz ticarəti emosional formullardan kənar, iqtisadi və geosiyasi hesablamalara dayanır. Azərbaycanın illik milyardlarla kubmetr qazı bazar qiymətlərindən xeyli aşağı – təqribən yarıbayı qiymətə Türkiyəyə təslim etməsi Bakının Ankaraya etdiyi ən böyük strateji ticarət güzəştidir. Hüquqi təməlləri 2001-ci ilə gedib çıxan və yeni sazişlərlə 2030-cu illərə qədər uzadılan bu əməkdaşlıq iki ölkə arasındakı münasibətlərin dərinliyini praktik müstəvidə sübut edən əsas amildir.(Pressklub)

Azərbaycan nefti 5 dollara yaxın bahalaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,51 ABŞ dolları və ya 3,74 % artaraq 125,19 ABŞ dolları təşkil edib.

Yenixeberorg.biz: Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 129,09 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,68 ABŞ dolları və ya 4,25 % artaraq 114,56 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.

“KƏNDAHAR” MMC-yə şübhəli yollarla gəlir əldə etməyə kimlər şərait yaradır? -
Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti Hacıqabul rayonu, Nəvahi qəsəbəsində 17 ədəd fərdi yaşayış evlərinin bərpası üzrə 11.08.2026-cı ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “KƏNDAHAR” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 397.236,17 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 05.10.2026-cı ildə dərc edilib.

Yenixeberorg.biz: İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmada “KƏNDAHAR” MMC barəsində heç bir məlumat əldə edə bilmədik. Şirkətin fəaliyyəti, işçi heyəti, texniki imkanları və həyata keçirdiyi layihələr barədə ictimaiyyətə açıq geniş məlumat yoxdur.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KƏNDAHAR” (VÖEN: 2007800261) Məhdud Məsuliyyətli Cəmiyyətinin 17.01.2023-cü il tarixdə 2 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının ABŞERON RAYONU, QOBU QƏSƏBƏSİ, QOBU QƏSƏBƏSİ, ev.42, m.25, qanuni təmsilçisi kimi isə Paşayeva Mətanət Əlhəmpaşa qızı olduğu qeyd olunub.

“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində yerləşdirilmiş məlumatlara görə MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya 05.05.2025-ci ildə verilib.

Göründüyü kimi MMC dövlət qeydiyyatına alındıqdan cəmi 5 ay sonra müvafiq lisenziya alıb.

Nazirlər Kabinetinin 21.12.2018-ci il tarixli 556 saylı qərarı ilə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müəyyən edilib. Bu bölgüyə əsasən mikro sahibkarlara 1 – 10 nəfər işçisi olub, illik gəliri 200 min manata qədər olan müəssisələr aid edilirlər. Bölgüyə görə 11 – 50 nəfər işçisi olub, illik gəliri 200 min manatdan 3 milyon manatadək olan müəssisələr kiçik sahibkarlıq subyektinə aid edilirlər. Qərara görə 51 – 250 nəfər işçisi olub, illik gəliri 3 milyon manatdan 30 mln. manatadək olan müəssisələr orta sahibkarlıq subyektinə aiddirlər.

“KƏNDAHAR” Məhdud Məsuliyyətli Cəmiyyəti sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına görə kiçik sahibkarlıq kateqoriyasına aiddir. Yəni MMC-nin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi ilə çalışan 11 – 50 nəfər işçisi var.

Maraqlıdır, bu işçi qüvvəsi ilə Hacıqabul rayonu, Nəvahi qəsəbəsində 17 ədəd fərdi yaşayış evlərinin bərpasını nə vaxta həyata keçirəcək?

Qeyd edək ki, MMC bundan əvvəl Ağdam rayon İcra Hakimiyyəti ilə rayon ərazisində subartezian quyularının əsaslı təmiri işləri üzrə 190.000,06 manat dəyərində, rayon ərazisində abadlıq işlərinin görülməsi üzrə 220.494,8 manat dəyərində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə olan Müəssisələr Müdriyyəti ilə Bakı şəhəri ərazisində məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işlərinin satınalınması üzrə 430.610,91 manat dəyərində, sözügedən dövlət qurumunun Mənzil İstismar Departamenti ilə Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmiri üzrə 799.054,11 manat dəyərində satınalma müqavilələri bağlayıb.

Buradan suallar yaranır. Sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına görə kiçik sahibkarlıq kateqoriyasına aid olan bu MMC belə iri həcmli dövlət sifarişlərini yerinə yetirmək iqtidarındadırmı?

MMC-nin belə iri həcmdə işləri həyata keçirmək üçün hansı maddi-texniki bazaya və işçi potensialına malik olduğu isə əlavə suallar yaradır. Belə satınalmaların qalibi seçilərkən sifarişçi dövlət qurumları MMC-nin texniki imkanlarının və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi ilə çalışan profesional işçi qüvvəsini və Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 494 nömrəli Qərarı ilə müəyyən edilmiş uyğunluğun qiymətləndirilməsinin digər meyarlarını necə müəyyən edirlər.

Məsələn, Azərbaycan Memarlıq və İnşaat Universiteti 28.08.2026-cı ildə “KƏNDAHAR” MMC ilə 2026-cı ildə Universiteti bitirmiş tələbələrin xüsusi tədbirinin keçirilməsi üzrə 85.963 manat dəyərində müqavilə bağlayıb.

Sual yaranır. Təmir-tikinti işləri üzrə ixtisaslaşmış bir şirkətin tələbələrin xüsusi tədbirinin keçirilməsi üzrə tenderdə iştirakına necə yol verilib?

Göründüyü kimi, “KƏNDAHAR” MMC yalnız 2026-cı ildə ümumi dəyəri milyon manatdan çox olan bir neçə tenderin qalibi seçilib ki, hamısı şübhəli məqamlarla doludur. Sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına görə kiçik sahibkarlıq kateqoriyasına aid olan bu MMC-yə belə iri həcmli dövlət sifarişlərininin qalibi olmağa kimlər şərait yaradır?

MMC-nin fəaliyyəti, işçi heyəti, texniki imkanları və həyata keçirdiyi layihələr barədə ictimaiyyətə açıq geniş məlumatların olmaması MMC-nin podratçı şirkətlərlə işlədiyini deməyə əsaslar verir. Yəni dövlət qurumlarının keçirdiyi tenderlərdə qalib çıxdıqdan sonra MMC işə başqa ixtisaslaşmış şirkətləri cəlb edir və onlarla subpodrat müqavilələr bağlayır. Nəticədə heç bir iş görmədən dövlət büdcəsindən kifayət qədər ciddi məbləğlərdə gəlirlər əldə edir. Təbii ki, MMC -yə yaradılan bu şəraitin arxasında gizli qüvvələrin olması istisna deyil.(aktualinfo.net)

“Ziraat Bank” Türkiyəni çalxalayan “birja”ya 600 milyon dollar pul buraxıb? –
Türkiyənin köklü banklarından sayılan və Azərbaycanda da filialı olan “Ziraat Bank”la bağlı sensasiyalı iddia yayılıb.

Yenixeberorg.biz:Türkiyə mətbuatı xəbər verir ki, adıçəkilən bankın adı ölkəni çalxalayan və bir çox iş adamı, siyasilərin həbs olunduğu qanunsuz birja (borsa/Fond) qalmaqalında hallanmağa başlayıb. Məlumata görə, bu bank “Tera Investment”ə 600 milyon dollarlıq “kredit” verib.
İddialar var ki, bu pul müəyyən şəxslərlə gizli danışıqlardan sonra hazrda istintaqa cəlb olunan qrupları hesablarına köçürüb, lakin həmin pul geri qaytarılmayıb.
Bu gün isə “Ziraat Bank” iddialarla münasibət bildirib. Bank iddiaların tamamilə əsassız olduğunu və “Tera Investment”in bankla heç bir nağd və ya nağdsız riskinin olmadığını bildirib.
“Ziraat Bank” açıqlamasında “Tera Investment”ə 600 milyon dollarlıq kredit verildiyi, bu “fond”un da müəyyən şəxslərə və qruplara həmin pulu köçürdüyü və hələ də o pulun banka geri qaytarılmadığı iddialarını tamamilə əsassız sayıb:
“Ziraat Bank”da “Tera Investment”in bankda heç bir nağd və ya nağdsız aktivi olmayıb. Nə də bu quruma kredit verilməyib. Bir sözlə, Bankımızın “Tera Investment”a 600 milyon dollarlıq kredit verməsi, bu maliyyənin müəyyən şəxslərə və qruplara köçürülməsi, daha sonra isə kreditin geri qaytarılmadığı iddiaları tamamilə əsassızdır”.
Xatırladq ki, “Ziraat Bank”la balı bu iddianı Yeni Partiyanın parlamentdəki faksiyasının sədr müavini Murat Emir səsləndirib. Partiyanın İstanbuldan deputatı Özgür Karabat, “Ziraat Bankı”nın “Tera”ya verdiyi zəmanətli kreditin üç ayda 26 dəfə artaraq 585 milyon TL-yə çatdığını bəyan edib.
Onu da bildirək ki, bu “fond qalmaqalı”na görə, Prezident Ərdoğanın AKP-də müavini olan sabiq nazir Fatma Betül Sayan da istefaya göndərilib, onun və ailəsinn əmlaklarına həbs qoyulub. Hazırda barəsində araşdırma aparılır. (mia.az)

Rial hər gün “ölür” -
İran üçün pis dövr: neft itirilir, dollar bahalaşır, idxal bahalaşır, inflyasiya artır, düşür, dollara tələbat artır və rial daha da qiymət itirir

Yenixeberorg.biz: Rial artıq sadəcə zəif bir valyuta deyil. O, İran modelində sistemli bir böhranın göstəricisinə çevrilir. Dollar sərbəst bazarda 2,53 milyon riala yüksəldikdə, sual artıq milli valyutanın nə qədər daha dəyərsizləşə biləcəyində deyil. Sual budur ki, Tehran bazarın rialın sabit dəyərinə olan inamını bərpa edə biləcəkmi?

Bu, fundamental bir dönüş nöqtəsidir. İran on illərdir sanksiyalar altında mövcuddur: məhdudiyyətləri aşmağı, mürəkkəb sxemlər vasitəsilə neft satmağı, vasitəçilərdən istifadə etməyi və Çinə güvənməyi öyrənib. Lakin hazırkı böhran əvvəlkilərdən fərqlidir. İndi təkcə İranın qlobal bazarlara çıxışı deyil, həm də nefti valyutaya çevirməyin fiziki mexanizmi təhlükə altındadır.

ABŞ 14 iyulda dəniz blokadasını yenidən tətbiq etdikdən sonra İranın neft ixracı görünməmiş təzyiq altında qalıb. “Kpler”in məlumatına görə, İranın neft yükləmələri kəskin şəkildə azalıb: iyul ayında gündə 893 min bareldən avqustun ortalarına qədər 156 min barelə düşüb. Sentyabr ayına qədər Hörmüz boğazından təzə göndərişlər demək olar ki, dayanmışdı. Valyuta gəlirlərinin əhəmiyyətli bir hissəsini neft ixracından əldə edən bir ölkə üçün bu, təkcə ticarət balansına deyil, həm də iqtisadiyyatının can damarına zərbədir.

Bu, rialın çöküşünü anlamağın açarıdır. Ölkənin idxal, büdcə, bank sistemi və daxili bazarı dəstəkləmək üçün dollara ehtiyacı var. Neft gəlirləri azaldıqda, Mərkəzi Bank müvəqqəti olaraq kəsiri ehtiyatlar, inzibati məhdudiyyətlər və valyuta nəzarəti ilə kompensasiya edə bilər. Lakin bu, sonsuza qədər davam edə bilməz. Bazar bunu rəsmi statistikadan əvvəl bilir və gələcəkdə dollar çatışmazlığını bugünkü məzənnəyə daxil etməyə başlayır.

Bu, inzibati tədbirlərlə dayandırılması çətin olan bir mexanizmi işə salır: əhali rialları boş yerə satır, müəssisələr ödənişləri və alışları sürətləndirir, dollara və qızıla tələbat artır, qiymətlər əslində bahalaşmadan əvvəl də artır və hər yeni devalvasiya dalğası ən pis gözləntiləri təsdiqləyir.

İran yalnız inflyasiya ilə deyil, həm də milli valyutasına inam böhranı ilə üzləşir. Rəsmi və bazar məzənnələri arasındakı fərq xüsusilə diqqət çəkir. Hökumət dolları bir qiymətə təklif etdikdə, lakin bazar onu tamamilə fərqli qiymətləndirdikdə, iki iqtisadi reallıq ortaya çıxır. Biri rəsmi məzənnə, büdcə hesablamaları və inzibati mexanizmlərdir. Digəri isə idxalın, malların, aktivlərin və əmanətlərin real qiymətidir.

Bu boşluq nə qədər geniş olarsa, hökumətin iqtisadiyyatı idarə etməsi bir o qədər çətinləşir. Valyuta arbitrajı üçün stimullar yaranır, büdcəyə təzyiq artır, biznes əməliyyatları daha da mürəkkəbləşir və ucuz valyutaya çıxış ayrı bir iqtisadi resursa çevrilir.

Bu vəziyyətdə inflyasiya artıq böhranın nəticəsi deyil, müstəqil sürətləndiricisi olur. Rəsmi nöqtədən nöqtəyə inflyasiya səviyyəsi sentyabr ayında 84,4%-dən 83,8%-ə düşdü, lakin qiymətlər ay ərzində artmağa davam etdi. İnflyasiya bu səviyyədə olduğu üçün faizin onda bir hissəsi qədər fərq fundamental məqamı dəyişdirmir: İran iqtisadiyyatı elə bir zonadadır ki, sadəcə qiymət artımı gözləntisi qiymət artımlarının hərəkətverici qüvvəsinə çevrilir.

Ona görə də inflyasiyanın 80, 90 və ya 100 faizdən çox olub-olmadığı ilə bağlı müzakirələr insanların davranışındakı dəyişikliklərdən daha az əhəmiyyətlidir. Vətəndaşlar maaşlarını aldıqda və demək olar ki, dərhal onları dollara, qızıla, daşınmaz əmlaka və ya mallara çevirdikdə, milli valyuta əsas funksiyalarından birini - dəyər saxlama funksiyasını itirir.

Valyuta dəyər saxlama vasitəsi olmaqdan çıxdıqda, dövlət sadə bir devalvasiyadan daha dərin bir problemlə üzləşir. Bu, iqtisadi zamanın məhv edilməsi məsələsidir. İnsanlar bir ildə nə qədər qazanacaqları barədə düşünməyi dayandırır və rial hələ də müəyyən qədər dəyərlidirsə, nə ala biləcəkləri barədə düşünməyə başlayırlar. Bizneslər illərlə planlaşdırmağı dayandırır və mal yığmağa başlayırlar. İstehsalçılar gələcək devalvasiyanı nəzərə alırlar. Beləliklə, iqtisadiyyat tədricən inkişaf rejimindən sağ qalma rejiminə keçir.

Valyuta böhranı burada sosial böhrana çevrilir. Orta təbəqənin real gəliri azalır. İdxal daha da bahalaşır. Ərzaq, dərman, avadanlıq və xammal xərcləri artır. Şirkətlər istehsalı azaldır. Büdcə neft gəlirlərinin bir hissəsini itirir. Dövlət əlavə maliyyələşdirmə mənbələri axtarmağa məcbur olur. Əgər pul çapı belə bir mənbəyə çevrilərsə, inflyasiyanı daha da sürətləndirir.

Bu, pis bir dövrdür: neft itirilir, dollar bahalaşır, idxal bahalaşır, inflyasiya artır, düşür, dollara tələbat artır və rial daha da qiymət itirir.

Lakin mövcud böhranın İranın daxili iqtisadiyyatından daha da kənara çıxan başqa bir ölçüsü var. Bu, Hörmüz boğazı və Amerikanın Tehrana təzyiq strategiyasıdır. Onilliklərdir ki, boğaz İran üçün həm iqtisadi, həm də geosiyasi bir vasitə olub. Lakin Vaşinqton indi bu asılılığı tərs vasitəyə çevirməyə çalışır: Tehranın neft ixrac etmək qabiliyyətini məhdudlaşdırmaq, xarici valyuta axınını azaltmaq. Bunlar İranı münaqişənin iqtisadi xərcləri və diplomatik güzəştlər arasında seçim etməyə məcbur etmək üçündür.

Ona görə də, Amerikanın İrana qarşı siyasəti hazırda təzyiq və danışıqlar pəncərəsinin kombinasiyası kimi görünür. Bir tərəfdən, Vaşinqton sanksiyalar çərçivəsini gücləndirməyə davam edir. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, 29 sentyabrda ABŞ İranın hərbi təchizat zənciri ilə əlaqəli on şəxs və təşkilata qarşı yeni məhdudiyyətlər elan edib. Əvvəllər yeni sanksiyalar artıq mülki aviasiya da daxil olmaqla, İran qurumları ilə işləyən beynəlxalq şirkətlərə təsir etmişdi.

Digər tərəfdən, Vaşinqton diplomatik razılaşma ehtimalını qoruyub saxlayır. ABŞ və İran vasitəçilər vasitəsilə dolayı danışıqlar aparır və blokadanın qaldırılması, Hörmüz boğazının açılması, neft sanksiyaları, dondurulmuş aktivlər və nüvə proqramına diqqət yetirirlər.

Məhz bu, Amerika strategiyasını rialın taleyi üçün xüsusilə vacib edən şeydir. Vaşinqton təkcə İranın xarici ticarətinə deyil, həm də bazar gözləntilərinə təsir göstərir. Bazar iştirakçıları təzyiqin davam edəcəyinə inanırlarsa, onlar valyuta məzənnəsinə uzun müddət davam edən valyuta kəsirini daxil edirlər. Razılaşma perspektivi yaranarsa, gözləntilər hətta İran neftinin ilk əlavə bareli bazara qayıtmazdan əvvəl də dəyişə bilər.

Buna görə də, Amerika siyasəti faktiki olaraq İran valyutasının qiymətinin müəyyənləşdirilməsi mexanizmlərindən birinə çevrilir. Tehranın Hörmüz boğazının açılmasını Amerika siyasətindəki dəyişikliklə əlaqələndirdiyi açıq-aydın görünür. İran Amerika blokadasına son qoymaq, neft sanksiyalarını yumşaltmaq və hərbi əməliyyatların dayandırılması müqabilində boğazı yeddi gün ərzində açmağı təklif etdi. 26 sentyabrda Donald Tramp bu təklifi rədd etdiyini açıqladı. Lakin 29 sentyabra qədər iki tərəf vasitəçilər vasitəsilə danışıqlara davam etdi.

Beləliklə, Amerika strategiyasının iki bir-biri ilə əlaqəli komponenti var: Vaşinqtonun daha geniş güzəştlər əldə etməyə ümid etdiyi diplomatik variantı qoruyarkən İranı iqtisadi manevr imkanından məhrum etmək.

Bu, rial üçün çox vacibdir. Sanksiyaların davamlı yumşaldılması və blokada təzyiqi bazar gözləntilərini tez bir zamanda yaxşılaşdıra bilər. Lakin danışıqlar uğursuz olarsa və məhdudiyyətlər qalsa, valyuta kəsiri müvəqqəti şok deyil, struktur problemə çevrilir. Məhz buna görə də mövcud çöküşü yalnız Tehranın daxili səhvləri ilə izah etmək olmaz. İran həqiqətən də böyük struktur disbalansı toplayıb, lakin Amerika siyasəti onların təsirini kəskin şəkildə artırır. Sanksiyalar təkcə İran iqtisadiyyatı üçün bütün problemləri yaratmayıb, lakin sanksiyaların, maliyyə və hərbi təzyiqlərin hazırkı kombinasiyası Tehranın əvvəllər zəif cəhətlərini kompensasiya edə biləcəyi məkanı daraldır.

Və burada İran üçün hekayənin ən ağrılı hissəsi başlayır. Digər Fars körfəzi neft dövlətləri tədricən uyğunlaşır. Səudiyyə Ərəbistanı, BƏƏ və digər istehsalçılar alternativ marşrutlardan, boru kəmərlərindən, yük daşımalarından və toplanmış infrastruktur imkanlarından istifadə edirlər. Onların indi vəzifəsi yalnız dünyanı Hörmüz boğazından əvvəlki asılılığına qaytarmaq deyil, həm də onun məhdud ötürücülük qabiliyyəti ilə yaşamağı öyrənməkdir.

Lakin İran əks mövqedədir. Boğazdan keçən nəqliyyatın pozulması nə qədər uzun davam edərsə, onun ixrac modelinə təzyiq bir o qədər artır. Bu, artıq sadəcə müvəqqəti itki deyil. Uzunmüddətli böhran İranın ənənəvi olaraq əhəmiyyətli təsirə malik olduğu regionun enerji konfiqurasiyasını dəyişdirə bilər.

Çin xüsusilə vacibdir. Pekin İran neftinin əsas xarici alıcısı olaraq qaldı və bu da Tehrana sanksiya təzyiqinin əhəmiyyətli bir hissəsini kompensasiya etməyə imkan verdi. Lakin hazırkı böhran bu modelin məhdudiyyətlərini göstərdi. Alıcı mövcud ola bilər, neft mövcud ola bilər və müqavilələr mövcud ola bilər, amma logistika bloklanarsa, neft sövdələşməsi valyuta gəlirlərinə çevrilmir.

Çin İranın açıq Hörmüz boğazını əvəz edə bilməz. Buna görə də mövcud böhrana sadəcə Vaşinqton və Tehran arasındakı qarşıdurmanın başqa bir epizodu kimi baxmaq olmaz. Bu, həmçinin İranın son illərdə sanksiyalara uyğunlaşmasını qurduğu bütün sistemin dayanıqlığının sınağıdır.

Əgər Hörmüz nisbətən normal səviyyəyə qayıdarsa, neft tədarükü bərpa olunarsa və bəzi valyuta likvidliyi bazara qayıdarsa, rial dirçələ bilər. Lakin dirçəliş iqtisadi dirçəliş demək deyil. Bu, ilk növbədə likvidliyin qayıtması deməkdir.

Problemlər qalacaq: yüksək inflyasiya, büdcə kəsiri, sanksiya məhdudiyyətləri, milli valyutaya aşağı inam, köhnəlmiş infrastruktur və zəif investisiya. Buna görə də əsas sual Tehranın rialın ucuzlaşmasını müvəqqəti olaraq dayandıra bilib-bilməməsi deyil. Bu, texniki cəhətdən mümkündür. Cavablandırılması daha çətin olan sual İranın iqtisadi proqnozlaşdırıla bilənliyi bərpa edib-etməməsidir.

İnvestorların proqnozlaşdırıla bilən xarici ticarətə ehtiyacı var. Bizneslərin isə proqnozlaşdırıla bilən məzənnəyə ehtiyacı var. Əhalinin əmək haqlarının bir ay ərzində təsirlənməyəcəyinə əmin olması lazımdır. Dövlətin proqnozlaşdırıla bilən neft gəlirlərinə ehtiyacı var. Və bütün bunlar artıq birbaşa Amerika-İran siyasəti ilə bağlıdır.

Ona görə də rial bu gün böhranın səbəbi və ya hətta əsas mənbəyi deyil. Bu, onun göstəricisidir. Hər yeni tarixi aşağı səviyyə İran dövlətinin imkanları ilə iqtisadiyyatının tələbləri arasındakı fərqi göstərir. Amerika təzyiqi, blokada və danışıqlar ətrafındakı qeyri-müəyyənlik nə qədər uzun sürərsə, gələcək bərpa xərcləri bir o qədər yüksək olacaq.

İndi sual əslində dolların iki, iki yarım və ya üç milyon rial dəyərində olub-olmayacağı deyil. Sual İranın iqtisadiyyatına yenidən bərpa imkanı verəcək xarici şəraitdə dəyişiklik əldə edə biləcəyi və bu bərpanın qiymətinin Tehranın ödəyə biləcəyindən daha yüksək olub-olmayacağıdır. Məhz buna görə də bugünkü məzənnə öz-özlüyündə vacib deyil. Bu, müharibənin, Amerika sanksiyalarının, neftin, Hörmüz boğulmasının və milli valyutaya inam böhranının bir nöqtədə - İran valyutasının qiymətində - bir araya gəldiyini göstərir.(AYNA)

Zaur Nurməmmədov

Azərbaycan nefti cüzi ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,75 ABŞ dolları və ya 0,6 % azalaraq 124,01 ABŞ dolları təşkil edib.

Yenixeberorg.biz: Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 126,96 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,59 ABŞ dolları və ya 2,2% azalaraq 114,74 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.

Arxalı olmasa “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” MMC iki ilə 250 milyonluq tender uda bilərdimi? -
“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi tərəfindən 05 may 2026-cı il tarixində Zəngilan rayonu, Zəngilan kənd yaşayış məntəqəsində fərdi yaşayış evləri, çoxmənzilli binalar və mühəndis kommunikasiya sistemlərinin tikinti-quraşdırma işlərinin satın alınması üçün keçirilən açıq tenderdə “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunmuş və həmin şirkətlə 72.676.870,15 AZN (yetmiş iki milyon altı yüz yetmiş altı min səkkiz yüz yetmiş manat, 15 qəpik) məbləğində müvafiq satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub. Məlumat satınalmaların portalında 01.10.2026-cı ildə dərc edilib.

Yenixeberorg.biz: Qeyd edək ki, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Zəngilan rayonu, Zəngilan kənd yaşayış məntəqəsində qeyri-yaşayış binalarının tikinti-quraşdırma işlərinin satın alınması üzrə 27.02.2026-cı ildə başlanmış açıq tenderdə də “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” MMC-ni qalib seçib. Tərəflər arasında 9.057.060,71 manat dəyərində müqavilə 15.09.2026-cı ildə bağlanılıb.

Ümumiyyətlə isə, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti 23.04.2024-cü ildən 19.09.2025-ci ilə qədər “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” MMC ilə ümumi dəyəri 172 435 175 manat olan 4 satınalma müqaviləsi bağlayıb.

Bundan 114.499.593,2 manat dəyərində müqavilə KESZ Group Azerbaijan MMC və 19 Saylı Tikinti Təmir İdarəsi MMC konsorsiumu ilə bağlanııb. Qeyd edək ki, “KESZ GROUP AZERBAİJAN” MMC-nin hüquqi ünvanı CƏBRAYIL RAYONU, CƏBRAYIL şəhəridir. Nizamnamə kapitalı 50000 manat olan MMC-nin qanuni təmsilçisi Macarıstan vətəndaşı IZSO OTTO -dur.

Göründüyü kimi “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi son iki ildə “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” MMC ilə ümumi dəyəri 250 milyon manatdan çox müqavilələr bağlayıb.

Bəs dövlət qurumunun qalib seçdiyi “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlı nə kimi məlumatlar var? Bəs MMC bu dövlət sifarişlərini həyata keçirmək iqtidarındadırmı?

MMC-nin yaxınlarda yaradılan 19tti.az portalında yerləşdirilən məlumatlarda bildirilir ki, şirkətimizin əsas fəaliyyət sahəsi olaraq yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi və təmiri, qazanxanaların və nasosxanaların tikintisi və avadanlıqlarla təchizatı, binaların elektrik xətlərinin, təsərrüfat-məişət kanalizasiya şəbəkəsinin, sahədaxili və sahəxarici su xətlərinin çəkilməsi, abadlıq-yaşıllaşdırma işlərinin görülməsi və digər bütün növ tikinti quraşdırma işlərini qeyd edə bilərik.
“19 saylı Tikinti Təmir İdarəsi” MMC yüksək peşəkarlığa malik işçi kollektivinə, mühəndis-texniki heyətə və böyük maddi-texniki bazaya malik olmaqla yanaşı, eyni zamanda inşaat və memarlıq sahəsində baş verən bütün yenilikləri yaxından izləyərək tikinti prosesində özünəməxsus metod və texnologiyalardan istifadə edir.

Rəsmi mənbələrdə, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” (VÖEN:4700367351) Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.04.2011-ci ildə 3 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 890 000 manat olan MMC-nin hüquqi ünvanının QUSAR RAYONU, QUSAR Ş, KARL MARKS, ev 67, (MMC-nin faktiki hüquqi ünvanı Bakı şəhəri. Ələsgər Qayıbov küç 17-də yerləşir)qanuni təmsilçisinin isə Aslanov Loğman Fərəc oğlu olduğu göstərilir. Hüquqi şəxslərin reyestrinə daxil edilmiş məlumatlarda Qarayev Ramil İsmayıl oğlu, Məmmədoğlu Ramil Ramiz oğlu, İsmayılov Elçin Mail oğlu da müxtəlif vaxtlarda MMC-nin qanuni təmsilçiləri olub.

Qeyd edək ki, MMC-nin bir şübhəli tərəfi qeydiyyatda olduğu hüquqi ünvanla bağlıdır. Dövlət Vergi Xidmətinin məlumatlarında MMC-nin hüquqi ünvanı QUSAR RAYONU, QUSAR Ş, KARL MARKS, ev 67 göstərilir. Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında Qusar rayonu, Qusar şəhəri Karl Marks (hazırda Rövşən Nurullayev) küçəsi 67 ünvanında MMC-nin müxtəlif vaxtlarda qanuni təmsilçiləri olmuş Qarayev Ramil İsmayıl oğlu, Məmmədoğlu Ramil Ramiz oğlu, İsmayılov Elçin Mail oğlu və Aslanov Loğman Fərəc oğlunun heç biri burada seçicilərin siyahısında yoxdur və ümumiyyətlə olmayıb.

Göründüyü kimi “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi sadəcə Qusar şəhərində dövlət qeydiyyatına alınmış, lakin Qusar şəhərinə heç bir bağlılığı olmayan şəxslərin başçılıq etdiyi şirkətlə işbirliyi qurub. Ucqar bir rayonda qeydiyyata alınmasına baxmayaraq sözügedən şirkətin arxasında daha güclü şəxslər dayanmasa belə iri həcmli layihələrdə iştirakı mümkün olmaz.

Qeyd edək ki, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Xidmətin Müşahidə Şurası tərəfindən təyin edilmiş Növrəs Qəhrəman oğlu Cəfərovdur.(aktualinfo.net)

Azərbaycan neftinin qiyməti 5 %-ə yaxın artıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,5 ABŞ dolları və ya 4,61 % artaraq 124,76 ABŞ dolları təşkil edib.

Yenixeberorg.biz: Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 127,11 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 5,04 ABŞ dolları və ya 4,48 % artaraq 117,33 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.

Azərbaycan nefti bahalaşıb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Yenixebeorg.biz xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.04 dollar və ya 0,88% artaraq 119.26 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 118.22 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Azərbaycan neftinin qiyməti 118 dollara düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,27 ABŞ dolları və ya 3,48 % azalaraq 118,22 ABŞ dolları təşkil edib.

Yenixeberorg.biz: Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 119,09 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,23 ABŞ dolları və ya 3,66 % azalaraq 111,45 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.