Ədəbiyyat - Yenixeberorg.biz - Oxu, xəbərin olsun

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum olub
2026-cı ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı kimdir?. Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum olub.

Yenixeberorg.biz xəbər verir ki, Enn Karson sözügedən sahə üzrə 2026-cı ilin laureatı elan edilib.

O bu mükafata niyə layiq görülüb?

O bu mükafata klassik ənənə ilə oynaq dialoq quraraq müasir ədəbiyyat üçün yeni formalar yaradan cəsarətli və yenilikçi yaradıcılığına görə layiq görülüb.

Ədəbiyyat üzrə Nobel mükafatçısı barədə qısa məlumat

Kanadalı şair, yazıçı, esseist və tərcüməçi Enn Karson (Anne Carson) 21 iyun 1950-ci ildə Toronto şəhərində anadan olub. O, həmçinin antik ədəbiyyat tədqiqatçısı və universitet professorudur. Toronto Universitetində təhsil alan Karson 1981-ci ildə doktorluq dərəcəsi qazanıb. ABŞ və Kanadanın nüfuzlu universitetlərində, o cümlədən Prinston, Nyu-York və Miçiqan universitetlərində dərs deyib. Yaradıcılığında qədim yunan mifologiyasını müasir ədəbiyyatla birləşdirərək poeziya, nəsr və esse janrlarını özünəməxsus şəkildə sintez edir. Ən məşhur əsərləri arasında "Autobiography of Red", "The Beauty of the Husband", "Nox və Red Doc" yer alır. Ədəbi fəaliyyətinə görə iki dəfə "Griffin" poeziya mükafatına, "T. S. Eliot" mükafatına, 2020-ci ildə "Asturiya Şahzadəsi" ədəbiyyat mükafatına və 2021-ci ildə "PEN/Nabokov" mükafatına layiq görülüb.

2025-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına kim layiq görülmüşdü?

Xatırladaq ki, Laszlo Krasznahorkai sözügedən sahə üzrə 2025-ci ilin laureatı elan edilib.

Ədəbiyyat üzrə ilk Nobel kimə təqdim edilib?

Ədəbiyyat üzrə ilk “Nobel” mükafatı 1901-ci ildə Sülli Prüdoma təqdim edilib.

Danış, yağış...
Yağış yağır …

Yananları, təşnələri,

bağrı bişənləri çağır,

sinəsinə sitəmlərdən

alov düşənləri çağır!

Yağış yağır…

Səma sərin əlləriylə

sığallayır çiçəkləri,

yuyundurur yarpaqları,–

hərəsinin qulağına

sirli bir söz pıçıldayır-

işıqlanır çöhrələri,

gülümsəyir dodaqları.

Ağ zanbaqların ovcuna

yuvarlanmış

parlaq damlalara baxım,

bəlkə, onlar

ruhların göz yaşlarıdır,

acılara tab etməyib

üzülərək qopub düşüb,

bəlkə, hər damla yağışa

bir saf duyğu

bir kövrək söz,

acı nisgil hopub düşüb.

Dillərini öyrənəcəm,

dindirəcəm damlaları,

dinlədikcə ağlayacam,

o mehriban kəlmələri,

o ilahi nəğmələri

əzizləyib bircə-bircə

yaddaşımda saxlayacam.

Ruhum göyə diklənəndə

pıçıldayıb söyləyəcəm

sehir kimi, dua kimi,

bəlkə, göylər qapı açar,

bəlkə, çoxdan uçub getmiş

doğma ruhlar

gəlişinə ağuş açıb

ruhumu bağrına basar,

ruhumu həsrətlə qucar…

…Şimşək çaxır,

yağış yağır,

sıra-sıra,

misra-misra,

sətir-sətir…

Danış, yağış,

səksəkəli

könüllərə

dinclik gətir…

İmarət Cəlilqızı

Avtomücadilə -
Yer üzündə hər bir insan ömrü üçün müəyyən olunmuş bir möhlət var, o möhlət gec-tez bitəcəkdir və bundan sonra o özünə məlum olmayan digər bir dünyaya, digər bir sistemə köçürüləcəkdir.
Yenixeberorg.biz: Müxtəlif ölkələrin hərblə bağlı hər hansı bir əlamətdar günündə meydanlarda nümayiş etdirilən, qiyməti
milyonlar, milyardlarla ölçülən cürbəcür döyüş texnikası nümunələrinə baxdıqca təəssüflənirsən. Qəmli-
qəmli düşünürsən ki, əgər bütün bunların ixtirasına, istehsalına, alğı-satqısına sərf olunmuş zəka,
zəhmət, vəsait sülh şəraitində dinc quruculuq və rifah naminə sərf olunsaydı, gör o zaman dünya necə
gözəl, insanlar nə qədər bəxtəvər, sağlam, uzunömürlü olardı.
Tarix boyu insan övladının öz yaratdığı şəfa verən, ömür uzadan, əkib-becərən, nemət yetişdirən yox,
ölümsaçan cihazlar ixtira etməsi, nümayiş etdirməsi və bundan qürrələnməsi, daha doğrusu,
qürrələnməyə məcbur olması kimi hallar acı bir təəssüf hissi yaradır.
Düşünürsən və ürəyindən keçir ki, kaş lap yaxın zamanda insan zəkası o qədər dərinləşə ki, artıq
müharibəyə aparan bütün səbəblərin necə anlamsız olduğunu dərk edə.
Bu dünyada təkzibolunmaz bir həqiqət mövcuddur: Yer üzündə hər bir insan ömrü üçün müəyyən
olunmuş bir möhlət var, o möhlət gec-tez bitəcəkdir və bundan sonra o özünə məlum olmayan digər bir
dünyaya, digər bir sistemə köçürüləcəkdir.

Min illər boyu təsdiqlənmiş bu sadə həqiqətin dəfələrlə şahidi olmuş insan cinsi məntiqlə gərək
müharibədən və hər cür işğaldan, hər cür qəsbkarlıqdan, hər cür şərdən imtina edib sülhü seçə. Amma
qəti olaraq, dəyişməz bir qərar olaraq seçə bilmir. Niyə?
Ətrafında uzun illər boyu düşündükcə bu sualın təxmini cavabı aydın olur. Bu cavabın əsas bir elementi,
boyük bir hissəsi olaraq bunu demək olar: müharibədən, qəsbkarlıqdan, zorakılıqdan imtina edib, sülhü
seçmək istəyən insan gərək əvvəlcə özünün özü ilə mübarizəsində qalib gəlib özü ilə əbədi sülh bağlaya
bilə. Belə bir sülhün əldə edilməsi isə döyüş meydanlarında qələbənin əldə edilməsindən qat-qat
çətindir...
İmarət Cəlilqızı

Mən nə edə bilərəm ki?!
Əliqələmli Azərbaycan oğlu yaşadığı eldə, obada gördüyü hər bir detala vicdanla yanaşaraq baş verən hadisələri izləyir. Əlbəttə, elə hadisə olur ki, kimsə bəyənir, eləsi də olur ki, bəyənmir və öz iradını bildirir. Bizim dövlətin də belə saytları və mətbuat orqanları çoxdur.

Yenixeberorg.biz: Gündəmi zəbt edən hadisələrdən söz etmək istərdim. Unutmayaq ki, Azərbaycanın vəzifə sahibləri hər gün bir qanun və qərarla gündəmi əldə saxlamağa öyrəşiblər. Məsələn, gündəmi zəbt edən “cərimə” qanunlarına baxaq. Hərdən elə qaydalar ortaya çıxır ki, çox insana pis təsir edir. Bu hadisələr barədə danışmaq üçün cərimənin özünə söz vermək istərdim. Görək, o öz oxucularına nələri danışacaq. İndi o danışsın, biz də onu dinləyək. Cərimə deyir: — Mən də xoşuma gəlməyən işləri heç sevmirəm. Mənə desələr ki, bu işi tənzimlə, deyirəm: başüstə! Nədən etməyim ki? Axı mənim də xoşuma gəlmir... Məsələn, yeni qəbul edilən qaydalarla insan meşədəki ağaclardan meyvə dərsə, mən həmin cəriməni ona təqdim etməliyəm. Amma bir az düşünəndə deyirəm: mən ona niyə cəriməni təsdiq edim ki? Axı həmin meyvələri Allah özü yaratdığına nəsib edib. Belə hal tək deyil. Azərbaycanda bir çox işlərə cərimə tətbiq edilir. Mən yalnız bir nümunə təqdim etdim. Belə hala rəğmən məndən isə tələb edirlər ki, kasıb insanı köləyə çevirim. Cərimə bir az susdu, sonra yenə yoluna davam edib danışdı: — Qeyd etmək istərdim ki, dövlətin içində belə hadisələr də cərəyan etməkdədir. Baş verən hadisələrdən bir nümunə də qeyd edim. Milli Məclisdə oturub millətin və mənim xoşuma gəlməyən fikrə qanun imzalatsalar, mən də deyərəm: hə... bunlar bir iş görə bildilər! Yəni gözümüzü açıb baxsaq, söhbətin nədən getdiyi aydındır. Milli Məclisdə oturub mental dəyərlərdən, geyimdən danışmaq və onu həyata keçirmək üçün qanun imzalamaq məsələsi də mənim fikrimdən keçdi. Dedim, görəsən, belə bir işə qərar verən insan özü başa düşürmü etdiyi işləri? İndi gəlin İslamda olan insanlarla ən müasir Azərbaycan modamızı bir tərəziyə qoyaq. Görəsən, belə bir işə qadağa qoymaq istəyən adam özü bu tərəzinin hansı gözündə dayanıb? Cərimə bu dəfə bir az da fikrə getdi. — Əslində çox detalları ortaya çəkə bilərəm, — dedi. — Amma hamısını desəm, mənim özümə də deyərlər ki, ay Cərimə, sən nə vaxtdan belə çox danışmağa başlamısan? Elə bu vaxt qəfildən BMT-də baş verən hadisə də yadına düşdü. Hal-hazırda həmin hadisə sosial şəbəkələrdə geniş şəkildə gündəm kimi yayımlanırdı. Bütün bunları düşündükcə CƏRİMƏ tamam hövsələdən çıxırdı. — Haqqa baxası olsaq, əslində biz hər hadisənin içindəyik. Mən kənar işləri kənara qoya bilərəm. Amma insanın öz içindən hadisəyə narazılığı varsa, ona mən nə edə bilərəm axı?! Cərimə bir müddət susdu. Sonra başını qaldırıb oxuculara baxdı: — Bu sualın cavabını siz versəniz, yaxşı olar! Sadəcə Cərimə öz daxilində olanları düşünürdü. Oxucudan da öz şəxsi fikrinə bir cavab almaq istəyirdi. Amma nə qədər düşündüsə, yenə həmin sualın ətrafında fırlandı: — Mən nə edə bilərəm ki?!

Təranə Şəms, 28.09.2026

Sən güclüsən!..
İnsan oğlu yaranandan gah xeyirdə, gah şərdə,

Ömür boyu neçə düyün çözəcəksən, əzizim,

Tab gətirdin indiyəcən min sınağa, min dərdə,

Sən güclüsən, minbirə də dözəcəksən, əzizim,

Səni yenmək istəyəni əzəcəksən, əzizim!

Bax yenə də bahar gəlib, sellər-sular daşacaq,

Yenə bülbül yaxa yırtıb təzə nəğmə qoşacaq,

Bağçalarda qızılgüllər, yasəmənlər açacaq,

O güllərdən dəstə-dəstə üzəcəksən, əzizim,

Sevdiyinin tellərinə düzəcəksən, əzizim!

Ümid, inam insan üçün qoşa qanad kimidir,

Duyğular var ürəklərdə, abi-həyat kimidir,

Zülm adlı bir əjdahayla əlbəyaxa dəmidir,

Yüz başı da olsa onun, kəsəcəksən, əzizim!

Bütöv, azad Vətənində gəzəcəksən, əzizim!

İmarət Cəlilqızı

fevral ,1999-cu il

Sözlərin taleyi -
İnsan dünyaya gələndə əvvəlcə işığı görmür, səsi eşidir. Ana bətninin müqəddəs qaranlığında onunla dünya arasındakı ilk körpünü ürəyin döyüntüsü salır. Bu döyüntü hələ kəlmə deyil, lakin bütün kəlmələrdən əvvəl gələn ilk xəbərçidir: "Sən varsan". Sonra ana nəfəsi, pıçıltı, layla və nəhayət, ad gəlir. Körpə sözün mənasını bilmir, amma onun mərhəmətini və qəzəbini tanıyır. Deməli, kəlmə lüğətdə deyil, insanın insana münasibətində doğulur. Lüğət onun yalnız məzar daşı və doğum şəhadətnaməsidir; həqiqi ömrü isə niyyətdə başlayır.

Yenixeberorg.biz: Bəlkə buna görə söylədiyimiz hər söz ağlımızın məhsulundan əvvəl ruhumuzun etirafıdır. Kainatın başlanğıcı haqqında düşünəndə ağlımıza işıq, sonsuzluq, zaman və böyük bir sükut gəlir. Ancaq sükutun özü də adsız deyil. Onu "sükut" adlandırdığımız andan etibarən yoxluğa belə bir məna veririk. İnsan özündən əvvəl mövcud olan dünyanı kəlmələrlə ikinci dəfə yaradır.

Dağ insan yaranmamışdan da dağ idi, dəniz öz mavi hüdudsuzluğunda yenə dalğalanırdı, ulduzlar gecənin uzaq yaddaşında yanırdı. Lakin insan "dağ", "dəniz", "ulduz" deyəndə təbiətin lal varlığı mənalar aləminə daxil oldu. Beləcə, yaradılışın maddi səhifəsindən sonra onun mənəvi səhifəsi açıldı. Birinci səhifəni Tanrı yaratdı, ikinci səhifəni insana əmanət etdi. Bəlkə də kainatın ən böyük sirri onun mövcudluğu deyil, mövcudluğunun mənaya çevrilmək istəməsidir. Daş var, amma öz varlığını bilmir; insan isə həm vardır, həm də "niyə varam?" deyə soruşur. Bu sual maddənin özünə verdiyi ilk mənəvi sualdır. Kəlmə kainatın insan şüurunda özünə baxmasıdır. Biz "sonsuzluq" deyərkən sonsuzluğu əhatə etmirik; kiçik ağlımızla onun qapısına toxunuruq. "Tanrı" deyərkən Tanrını sözə yerləşdirmirik; sözün acizliyi ilə Onun hüdudsuzluğu arasında diz çökürük. Ən böyük kəlmələr cavab vermir, insanı cavabın qarşısında oyadır.

"Başlanğıcda söz vardı" hikməti təkcə dini bir hökm deyil; insan şüurunun ən qədim həqiqətlərindən biridir. Müxtəlif xalqların yaradılış təsəvvürlərində səs, ad, nəfəs və çağırışın xüsusi yer tutması təsadüfi deyil. Çünki ad verilməyən şey bizim üçün tam mövcud deyil. Biz adlandırmaqla tanıyır, tanımaqla yaxınlaşır, yaxınlaşmaqla məsuliyyət daşıyırıq. Bir ağaca sadəcə, "ağac" deyəndə onu növlərin içində görürük; "ata ocağımın tut ağacı" deyəndə isə onun kölgəsinə uşaqlığımızı, budaqlarına ölənlərin xatirəsini, yarpaqlarına evimizin qoxusunu köçürürük. Kəlmə əşyanın adı olmaqdan çıxıb insan taleyinin ünvanına çevrilir.

Ad vermək həm də faniliyə qarşı üsyandır. İnsan itirəcəyini hiss etdiyi şeyin adını ürəyinə yazır. Ana övladının adını çağıranda təkcə onu başqalarından ayırmır; yoxluğun onu adsızlaşdırmasına müqavimət göstərir. Qəbir daşlarında adların həkk olunması mərhumun bundan sonra həmin daşa ehtiyacı olduğu üçün deyil. Dirilər ölümə deyirlər: "Sən onun nəfəsini aldın, amma adını ala bilmədin". Bütün ədəbiyyat, bəlkə də, insanın unudulmaq qorxusuna qarşı ucaltdığı görünməz abidədir. Müəllif təkcə öz adını deyil, insan olmağın ağrısını da gələcəyə ötürmək istəyir.

Dünyada minlərlə dil danışılıb, yüzlərlə dil tarix səhnəsindən çəkilib, bəziləri isə sonuncu danışanı ilə birlikdə susub. Hər ölən dil kainatın bir pəncərəsinin bağlanmasıdır. Çünki dillər eyni dünyaya ayrı-ayrı gözlərlə baxırlar. Bir xalq qarın müxtəlif halına, başqa bir xalq küləyin istiqamətlərinə, digəri qohumluğun incə pillələrinə çoxsaylı adlar verirsə, bu, sadəcə, söz ehtiyatı deyil. Bu, həmin xalqın əsrlər boyu nəyə diqqətlə baxdığının xəritəsidir. Dil təkcə insanın gördüyünü ifadə etmir; nəyi görəcəyini də müəyyənləşdirir. Kəlmələri kasıblaşan cəmiyyətin baxışları da kasıblaşır. Çünki düşüncə görünməz bir memarlıqdır və onun daşları sözlərdir. Heç bir kəlmə tamamilə tək yaşamır. Onun arxasında minlərlə ağızın nəfəsi, köç yolları, savaşlar, dualar, bazarlar, məhəbbət görüşləri, ana laylaları, hökmdar fərmanları dayanır.

Bu gün dilimizə asanlıqla gətirdiyimiz adi bir söz bəlkə min il əvvəl bir karvanla səhradan keçib, başqa bir xalqın süfrəsində gecələyib, şairin misrasında yuyulub, bir ananın göz yaşında təmizlənib bizə çatıb. Sözün lüğətdə verilən mənası onun pasportudur; yaşadığı tarix isə taleyidir. Buna görə etimologiya yalnız dilçilik sahəsi deyil, kəlmələrin arxeologiyasıdır. Alim sözün kökünü axtaranda əslində insanlığın yer altında qalmış yollarını qazır. İlk insan kəlməni bəlkə qorxudan yaratdı: göy gurultusuna, oda, ölümə ad verdi ki, adsız dəhşəti özünə yaxınlaşdırsın. Bəlkə də sevgidən yaratdı: qarşısındakını çağırmaq, onu başqalarından ayırmaq, "sən" demək üçün. Qorxu ilə sevgi dilin iki qədim qapısıdır. İnsan birindən dünyanı anlamağa, o birindən başqasına çatmağa çıxır. "Mən" sözü bizi var edir, "sən" sözü isə bizi tənhalıqdan qurtarır. "Biz" kəlməsi bu iki sahilin arasında qurulan ən böyük körpüdür. Amma həmin körpü həm mərhəmətə, həm də fanatizmə apara bilər. "Biz" deyən insan bəzən özgəsini qucaqlayır, bəzən də "onlar" deyib qapını üzünə bağlayır. Deməli, sözün mənəvi dəyəri onun səslənməsində deyil, hansı sərhədi açıb hansını bağlamasındadır.

Kəlmə insanın daxilində yaranan görünməz hadisənin görünən kölgəsidir. Biz ağrını göstərmək üçün yaranı göstərə bilərik, amma ruhun ağrısı yalnız sözə sığınanda başqasına çata bilir. "Darıxıram" deyən adam bir neçə hecanın içinə məsafəni, itkinin soyuğunu, qayıtmaq ümidi ilə qayıtmayacağını bilməyin faciəsini yerləşdirir. "Bağışla" sözü bəzən illərlə davam edən düşmənçiliyi dayandırır; bəzən də çox gec söyləndiyi üçün qəbir daşına dəyib geri qayıdır. "Sevirəm" bir insanın həyatını işıqlandıra bilər, lakin yalan niyyətlə deyildikdə həmin işığın altında böyük bir qaranlıq böyüyər. Kəlmənin qüdrəti bundadır: o, həm yara, həm məlhəm ola bilir və çox vaxt ikisi də eyni ağızdan çıxır. İnsan bıçağın yaralayıcı olduğunu bilir, buna görə onu ehtiyatla tutur. Amma söz görünmədiyi üçün onun iti tərəfini unudur. Halbuki bıçaq bədəni bir dəfə kəsir, təhqir insanın daxilində illərlə təkrarlanır. Uşaqlıqda eşidilən "səndən heç nə çıxmaz" cümləsi bəzən insanın bütün ömrünün qaranlıq hökmünə çevrilir. Eyni uşağa deyilən "mən sənə inanıram" sözü isə onun içində heç kəsin söndürə bilməyəcəyi çıraq yandırır. Bir cümlə taleyi əvəz etmir, amma taleyin özünü necə görəcəyini dəyişir. İnsan çox vaxt qarşısındakı maneədən deyil, daxilində illər əvvəl yerləşdirilmiş cümlədən məğlub olur. İnsanın bədənində görünən yaralara tarix qoymaq mümkündür, söz yaralarının isə təqvimi yoxdur. Onlar sağalmış kimi görünür, sonra bir baxışda, bir qoxuda, başqa bir səsin oxşar ahəngində yenidən qanayır. Sözün törətdiyi ağrı əti deyil, insanın özünə verdiyi qiyməti yaralayır. Buna görə dilin günahı bəzən əlin günahından ağırdır: əl bir dəfə vurur, kəlmə isə qurbanın daxilində onun öz səsinə çevrilib hər gün təkrar olunur.

Ən böyük mərhəmət bəzən kiməsə yeni söz demək deyil, onun içində illərlə danışan qəddar cümləni susdurmaqdır. Valideynin övladına, müəllimin şagirdinə, həkimin xəstəyə, hakimin müttəhimə, rəhbərin xalqa dediyi söz bərabər ağırlıqda deyil. Çünki kəlmənin çəkisi onu deyənin məsuliyyəti ilə artır.

Tarixdə orduların qabağında çox zaman sözlər yürüyüb: əvvəl düşmənin adı yaradılıb, sonra ona nifrət öyrədilib, ən sonda silah qaldırılıb. Heç bir böyük zülm özünə bəraət qazandıran bir lüğət yaratmadan uzunömürlü ola bilməz. Zalım əvvəlcə insanı öldürmür, onun adını dəyişir. Onu "yad", "təhlükə", "xəyanətkar", "artıq yük" adlandırır; sonra vicdanla cinayət arasındakı məsafəni qısaldır. Sözlər öz təbii mənalarından çıxarılıb itaət formasına salınır. "Sülh" adı altında qorxu, "həqiqət" adı altında yalan, "xalq" adı altında bir nəfərin iradəsi danışdırılır. Ən təhlükəli yalan açıq yalan deyil; doğru kəlmələrin içinə yerləşdirilmiş saxta mənadır. Çünki insan tanış sözü eşidəndə qapını açır, içəri girənin isə həqiqət olduğunu zənn edir. Buna görə yazıçının, alimin, jurnalistin və siyasətçinin kəlmə qarşısında borcu eyni dərəcədə böyükdür, baxmayaraq ki, onların sözləri müxtəlif məkanlarda səslənir. Alim anlayışı dəqiqləşdirir ki, həqiqət duman içində qalmasın. Yazıçı unudulan hissə ad verir ki, insan öz içindəki naməlumdan qorxmasın. Jurnalist hadisəni yazır ki, güc yaddaşı öz istədiyi kimi dəyişməsin. Siyasətçi gələcəyi vəd edir və həmin vədin hər hecası ictimai etimada yazılmış borc sənədidir. Ədəbiyyatşünas isə əsərin səssiz qatlarına enərək müəlliflə zaman arasında görünməyən yolları üzə çıxarır. Onların hər biri sözün keşiyində dayananda cəmiyyətin mənəvi sərhədlərini qoruyur; sözü satanda isə sərhəd içəridən açılır. Ədəbiyyat kəlmələrin adi həyatdan çıxıb əbədiyyət imtahanına girdiyi yerdir. Gündəlik danışıqda "gecə" günün bir vaxtıdır; şairin misrasında isə ayrılığın, sirrin, ölümün, eşqin, Tanrıya yaxınlığın adı ola bilər.

Nizaminin dilində ədalət saraydan daha uca bir taxta çevrilir. Füzulidə "dərd" insanın qurtulmaq istədiyi bəla deyil, onu mənən kamilləşdirən sirdir. Nəsimidə söz bədənin sərhədlərini aşaraq insanı kainatın mənəvi mərkəzinə aparır. Sabirdə gülüş sadəcə əyləncə deyil, cəmiyyətin üzünə tutulan ağrılı güzgüdür. Cavidin kəlmələri səhnədə danışsa da, onların kölgəsi əsrin siyasi zindanlarına qədər uzanır. Böyük ədəbiyyat sözü bəzəmir; sözün içində gizlənən insanı oyadır. Şair yeni kəlmə yaratmasa belə, köhnə kəlməni ilk dəfə eşidirmişik kimi bizə qaytarır. Hamının işlətdiyi "ana", "vətən", "ayrılıq", "ölüm" sözləri onun əlində öz tozundan təmizlənir. Biz gündəlik vərdiş içində mənasını itirdiyimiz həqiqətlə yenidən üz-üzə qalırıq. Əsl poeziya dilin yaddaşına su çiləyir. O, kəlməni ölü ifadədən xilas edib canlı taleyə çevirir. Buna görə bir misra bəzən qalın fəlsəfə kitabından daha uzun yaşayır. Fəlsəfə həqiqətin məntiqini göstərir, poeziya isə onun nəfəsini eşitdirir.

Müqəddəs mətnlərdə kəlmənin bu qədər uca tutulması da təsadüfi deyil. Dua insanın görünən aləmdən görünməyənə göndərdiyi məktubdur. O məktubun ünvanını göz görmür, amma qəlb tanıyır. Dua zamanı insan yalnız Tanrıya söz demir; öz içində dağılmış mənaları da bir yerə toplayır. Etiraf etdiyi günahın adını çəkərək onun qarşısında məsuliyyət qazanır, dilədiyi mərhəməti söyləyərək ümidsizliyə sərhəd qoyur. Bəzən dua səsli deyil. Dodaqlar tərpənmir, yalnız ürək danışır. Bu da göstərir ki, kəlmənin ən yüksək mərtəbəsi səs deyil, mənadır. Sükut bəzən sözün yoxluğu yox, sözün Allaha daha yaxın formasıdır. Dua qəbul olunmadıqda da mənasız qalmır. Çünki insan dua edərkən hər zaman dünyanın hökmünü dəyişmir, bəzən özünün o hökm qarşısındakı halını dəyişir. Çarəsiz adam "Allahım" deyəndə cavab göydən səs kimi gəlməyə bilər; lakin bu kəlmə onun içində ümidsizliyin tam hakimiyyət qurmasına mane olur. Dua insanın əbədiyyətə uzatdığı əldir. Əl boş qayıtsa belə, uzanmış olmağın özü ruhu əvvəlki yerində qoymur. Lakin hər susmaq hikmət deyil. Zülm qarşısında susmaq zalımın cümləsinə qoyulan səssiz imza ola bilər. Haqsızlıq vaxtı deyilməyən doğru söz də mənəvi hadisədir. İnsan yalnız dediklərinə görə deyil, deməli olduğu halda demədiklərinə görə də cavabdehdir. Bəzən bir millətin taleyi danışanların cəsarətindən çox, susanların qorxusu ilə müəyyən olunur. Doğru söz həmişə qışqırmır; o, sakit də deyilə bilər. Onun gücü səsin ucalığında deyil, arxasında dayanan vicdanın möhkəmliyindədir. Ən gurultulu cümlə boş ola, bir pıçıltı isə bütöv bir dövrün vicdanına çevrilə bilər.

Səhər tezdən çörək bişirən qadının "balam, yeməyini ye" deməsi, uzaq yola gedən oğula atanın "özündən muğayat ol" tapşırığı, qocanın qəbir üstündə söylədiyi "haqqını halal et", qonşunun dar gündə dediyi "mən buradayam" - bunlar bəşəriyyətin görünməz sütunlarıdır. Dünya yalnız filosofların böyük ideyaları və hökmdarların gurultulu nitqləri ilə qorunmayıb. O, milyonlarla adsız insanın hər gün bir-birinə söylədiyi kiçik mərhəmət cümlələri ilə dağılmaqdan xilas olub.

Tarix böyük sözləri qeyd edir, həyat isə kiçik sözlərin çiynində davam edir. Kəndlinin torpağa verdiyi ad, dənizçinin küləyi çağırışı, ustanın alətləri arasında işlətdiyi ifadələr, nənənin nağılı, uşağın ilk dəfə söylədiyi "ana" - bunların hər biri insan təcrübəsinin ayrıca xəzinəsidir. "Xırda adam" deyilən heç kim yoxdur; yalnız böyük tarixlərin yazmadığı insanlar var. Onların danışığı ədəbi dilin kənarında sayılsa da, dilin qanı çox vaxt məhz oradan gəlir. Xalqın dili sarayda doğulmur, küçədə, tarlada, emalatxanada, yasda, toyda, səfərdə bişir; şair isə həmin canlı nəfəsi söz sənətinin yaddaşına köçürür. Ədəbiyyat xalqdan aldığı kəlməni cilalayıb yenidən xalqa qaytarır.

Kəlmə həm də yaddaşın qabıdır. İnsan ölür, səsi kəsilir, addımları torpaqdan silinir, amma söylədiyi bir cümlə övladının dilində yaşaya bilir. Nəsillər bir-birinə yalnız qan, torpaq və əşya miras qoymur; atalar sözləri, dualar, ləqəblər, nəsihətlər, hətta ailə daxilində işlənən qəribə ifadələr də ötürür. Bəzən babamızın üzünü görməmişik, amma onun bir sözünü təkrar edəndə sanki nəfəsi bizim nəfəsimizə qarışır. Dil ölülərlə dirilər arasında qurulan yeganə körpüdür ki, onun üzərindən keçmək üçün nə zaman dayanır, nə də sərhəd tələb olunur. Milli yaddaş da kəlmələrlə yaşayır. Yurdun adı dəyişdiriləndə, kəndlərin qədim toponimləri silinəndə, insanların soyadı zorla başqa şəklə salınanda yalnız dil hadisəsi baş vermir; yaddaşa müdaxilə edilir. Torpağı zəbt etməyin ardınca çox vaxt adları zəbt etmək gəlir. Çünki ad yaddaşın möhürüdür. Bir yerin əski adını qoruyan qoca bəzən əlində silah tutmadan tarix keşikçisi olur. O adı nəvəsinə öyrədərkən xəritədə görünməyən vətəni dilin içində yaşadır.

Vətən əvvəlcə torpaqdır, sonra xatirə, ən sonda isə gələcək nəsillərə əmanət edilən müqəddəs kəlmədir. "Vətən" deyən hər kəs eyni şeyi nəzərdə tutmur. Biri üçün o, sərhədləri olan siyasi coğrafiyadır; biri üçün anasının məzarı, uşaqlıq küçəsi, çörəyin qoxusu, uzaqda eşitdiyi doğma musiqidir.

Filosof kəlməyə şübhə ilə də yanaşır. Çünki söz həqiqəti göstərdiyi qədər onu pərdələyə bilər. "Su" deməklə susuzluq keçmir, "ədalət" deməklə ədalət yaranmır, "azadlıq" söyləməklə zəncirlər qırılmır. Adla mahiyyət arasında həmişə bir məsafə vardır. Bəzən insan sözü əməlin yerinə qoyur və danışdığına görə yaşadığını zənn edir. Mərhəmətdən danışan mərhəmətsiz, vətəndən danışan tamahkar, həqiqətdən danışan yalançı ola bilər.

Kəlmənin ən böyük faciəsi mənasının deyil, əxlaqının itirilməsidir. Sözlə əməl arasındakı uçurum böyüdükcə dil də etibardan düşür. Cəmiyyətdə kəlmələr çoxaldığı halda məna azala bilər. Müasir insan tarixdə heç vaxt olmadığı qədər yazır, danışır, paylaşır, şərh edir. Hər an milyardlarla söz ekranlara axır. Lakin bu bolluq bizi mütləq bir-birimizə yaxınlaşdırmır. Bəzən sürətlə deyilən söz düşüncədən əvvəl doğulur, vicdana çatmadan dünyaya yayılır. Əvvəllər bir məktub günlərlə yol gedirdi və insan hər cümləni məsuliyyətlə yazırdı; indi bir toxunuşla göndərilən hökm başqa birinin həyatını dağıda bilir.

Texnologiya sözün sürətini artırdı, amma onun məsuliyyətini azaltmamalıdır. Söz uzağa çatdıqca onu deyənin vicdanı da o qədər uzağa getməlidir. Süni zəka artıq insanın cümlələrini təqlid edir, şeir yazır, mətn yaradır, dillər arasında keçid edir. Bu yeni dövr bizi kəlmənin mahiyyəti barədə yenidən düşünməyə məcbur edir. Əgər maşın qüsursuz cümlə qura bilirsə, insan sözünün fərqi harada qalır? Fərq yalnız üslubda deyil. İnsan dediyi sözün ağrısını çəkə, nəticəsinə cavabdeh ola, bir cümləyə ömrünü qoya bilir. Maşın "ana" sözünün bütün izahlarını toplaya bilər, amma anasını itirmiş insanın bu sözü deyərkən nəfəsində yaranan boşluğu yaşamır. Gələcəyin əsas sualı maşının danışıb-danışmaması deyil; insanın öz sözündə vicdanı qoruyub-qorumamasıdır.

Kəlmələrin də taleyi var: bəziləri doğulur, böyüyür, ölkələr gəzir; bəziləri unudulur, bəziləri yeni mənada geri qayıdır. Bir zaman müqəddəs olan söz bayağı şüara çevrilə, bir vaxt qadağan edilən söz azadlığın rəmzi ola bilər. Zaman kəlmələrin üzərinə həm toz, həm qan, həm də nur çökdürür. Buna görə hər nəslin vəzifəsi dili yalnız qorumaq deyil, onu mənəvi baxımdan təmiz saxlamaqdır. Dil muzey eksponatı deyil ki, şüşə arxasında dəyişməz qalsın. O, axar sudur. Suyu saxlasaq, iylənər; mənbəyini unutsaq, quruyar; zəhərləsək, gələcək nəsillər də ondan içər. Ana dili insanın dünyaya açılan ilk mənəvi vətənidir.

Başqa dillər bizə yeni üfüqlər, yeni düşüncə tərzləri, başqa xalqların ruhuna gedən yollar verir. Hər öyrənilən dil insan daxilində yeni bir pəncərə açır. Lakin ana dili evin qapısıdır: insan bütün səfərlərdən sonra oradan içəri girir. Ən ağır kədərini, ən səmimi duasını, uşaqlığının qorxusunu çox vaxt ana dilində yaşayır. Dilə məhəbbət başqa dillərə düşmənçilik deyil. Əksinə, öz dilinin dərinliyini duyan insan başqasının dilində də bir xalqın qəlbinin döyündüyünü anlayar. Dillərin müxtəlifliyi bəşəriyyətin parçalanması deyil, həqiqətin rənglərə bölünmüş işığıdır. Tərcüməçi bu rənglər arasında yol gedən səyyahdır. O, sözü bir sahildən o birinə keçirərkən yalnız mənanı daşımır; səsin kölgəsini, mədəniyyətin nəfəsini, tarixin gizli işarələrini də qorumağa çalışır.

Bəzən bir kəlmənin başqa dildə tam qarşılığı olmur. Bu çatışmazlıq dillərin kasıblığı deyil, hər xalqın təcrübəsinin təkrarolunmazlığıdır. Yaxşı tərcümə mümkün olmayanı mümkün etməyə cəhddir: bir xalqın yuxusunu başqa xalqın dilində oyatmaq. Tərcümə sayəsində əsrlər və qitələr danışır, ölən müəllif uzaq bir oxucunun otağında yenidən nəfəs alır. Kitab bu mənada zamanın məğlub edilməsidir. Yazı meydana çıxana qədər söz insan nəfəsi qədər ömürlü idi. Yazı səsə bədən verdi, kağız ona mənzil oldu. Gil lövhə, daş kitabə, dəri, kağız, ekran - vasitələr dəyişdi, insanın unudulmamaq arzusu dəyişmədi. Hər kitab ölümə qarşı sakit bir etirazdır. Müəllif bilir ki, özü gedəcək, amma bir gün tanımadığı insan onun cümləsini oxuyacaq. İki yad ruh arasında zamanın üzərindən görünməz əl uzanacaq. Oxumaq başqasının kəlmələrini öz daxili səsinlə diriltməkdir. Buna görə hər həqiqi oxucu əsərin bir növ həmmüəllifidir.

Oxunmayan söz tamamlanmamış taledir. Yazıçı mənanı kağıza köçürür, oxucu isə onu öz həyatında açır. Eyni əsəri gənclikdə və qocalıqda oxuyan adam əslində iki ayrı kitab oxuyur; çünki söz dəyişməsə də, onu qarşılayan insan dəyişmişdir. Bəzi cümlələr bizi illərlə gözləyir. İlk oxunuşda yanından keçirik, həyat bizi yaraladıqdan sonra geri dönüb onların qapısını döyürük. O zaman anlayırıq ki, kitabdakı cümlə yeni yazılmayıb, sadəcə biz onun mənasına gec çatmışıq. Böyük söz zamanını gözləməyi bacarır. Kəlmənin bir tərəfi də sirdir. İnsan hər şeyi söyləyə bilmir və bəlkə söyləməməlidir.

Hissin hamısı sözə çevriləndə onun bir hissəsi itir. Sevgilinin baxışında, ananın əlində, şəhid məzarının sükutunda elə mənalar var ki, dil onların ətrafında yalnız dövrə vura bilir. Böyük yazıçı sözün qüdrəti qədər acizliyini də bilir. O, hər boşluğu cümlə ilə doldurmur; bəzən oxucuya susmaq üçün yer saxlayır. Musiqidə səslər arasındakı fasilə necə vacibdirsə, ədəbiyyatda da deyilməyənlər deyilənlərin nəfəsidir. Sükut kəlmənin düşməni deyil, onun görünməyən davamıdır. İnsan ölümü də bütövlükdə dilə gətirə bilmir. "Öldü" - cəmi bir sözdür, amma onun arxasında bütöv bir kainatın bir nəfər üçün bağlanması dayanır. Ölən adamla birlikdə onun gördüyü dünya da ölür: uşaqlığının səması, yalnız onun xatırladığı səslər, heç kimə danışmadığı peşmanlıqlar. Biz "başın sağ olsun" deyəndə bu sonsuz itkini sağalda bilmərik. Sadəcə dərdin qapısı önündə dayanıb "sən bu qaranlıqda tək deyilsən" deməyə çalışırıq. Kəlmənin qüdrəti hər yaranı sağaltmasında deyil; sağalda bilmədiyi yaranın yanında insanı tək buraxmamasındadır. İnsanın öz-özü ilə danışığı da taleyini yaradır.

Hamının içində gizli bir dil var. Biz özümüzü hansı sözlərlə çağırırıqsa, zamanla həmin sözlərin şəklinə düşürük. Özünə daim "məğlubam" deyən insan fürsətin qapısını görməz; "yanılmışam, amma yenidən başlaya bilərəm" deyən isə gələcəyə kiçik bir yol açar. Ümid reallığı inkar edən təsəlli deyil; reallığın içində hələ görünməyən ehtimala verilmiş addır. İnsan bir şeyə ad verəndə onu düşüncəsində mümkün edir. Bu səbəbdən ən ağır zamanlarda belə doğru kəlmə ruhun son qalasıdır. Kəlmələr bizi mühakimə də edir. Ömrün sonunda insanın arxasında söylədiyi sözlərdən görünməz bir kitab qalır.

Biz yazıçı olmasaq belə, hər gün öz mənəvi tərcümeyi-halımızı danışırıq. Dilimizin lüğəti xarakterimizin gizli xəritəsidir: ən çox hansı sözləri işlədirik - "mən", yoxsa "biz"; "almaq", yoxsa "vermək"; "nifrət", yoxsa "anlamaq"; "heç vaxt", yoxsa "bəlkə?" İnsanın kimliyini bəzən onun cavablarından deyil, seçdiyi kəlmələrdən oxumaq mümkündür. Ən böyük kəlmələr çox vaxt qısadır: ana, su, çörək, ev, eşq, haqq, ölüm, Tanrı. Onların böyüklüyü hərflərinin sayında deyil, daşıdıqları həyatın ağırlığındadır. "Çörək" ac üçün başqa, tox üçün başqa səslənir. "Sülh" müharibəni kitabdan oxuyanla övladını cəbhədə itirən ananın dilində eyni deyil. "Azadlıq" sərbəst doğulan üçün adi hava, zindandakı insan üçün nəfəsin özüdür.

Sözün həqiqi mənasını çox vaxt lüğət deyil, məhrumiyyət öyrədir. İnsan nəyi itirirsə, onun adının dərinliyinə enir. Bəlkə buna görə ölüm kəlmələri qəribə şəkildə işıqlandırır. Son görüş olduğunu bilmədiyimiz görüşdə adi danışırıq; ayrılıqdan sonra hər cümləni xatırlamağa çalışırıq. "Kaş bunu deyəydim", "kaş o sözü deməyəydim" - insan peşmanlığının böyük hissəsi dil ətrafında fırlanır. Vaxtında deyilən məhəbbət sözü ömrü dəyişə bilər. Vaxtında deyilməyən söz isə insanın içində daşlaşar. Həyatın qısalığı bizi az danışmağa yox, daha həqiqi danışmağa çağırır. Çünki hər görüşün sonunda xəbərləşmədiyimiz bir ehtimal dayanır: bəlkə bu, son cümləmizdir. Ona görə kəlməni söyləməzdən əvvəl üç qapıdan keçirmək lazımdır: doğrudurmu, gərəklidirmi, mərhəmətlidirmi? Hər doğru söz hər anda deyilməyə bilər, hər xoş söz də doğru olmaya bilər.

Müdriklik yalnız həqiqəti bilmək deyil, onu hansı vaxtda, hansı səslə və hansı niyyətlə deməyi duymaqdır. Kəlmənin etikası məhz burada başlayır. Məqsəd susaraq özünü qorumaq deyil, danışaraq insanı qorumaqdır. Bəzən sərt həqiqət mərhəmətdir, bəzən şirin təsəlli xəyanət. Sözün əxlaqını onun zahiri yumşaqlığı deyil, insan ləyaqətinə xidmət edib-etməməsi müəyyənləşdirir. Biz kəlmələrin sahibi olduğumuzu düşünürük, amma zaman keçdikcə onların bizi idarə etdiyini görürük. Verdiyimiz vəd bizi gələcəyə bağlayır. And içəndə sözümüz özümüzdən qabağa keçib yolumuzu müəyyənləşdirir. Bir uşağa ad verəndə onun bütün ömrü boyu çağırılacağı səsi seçirik. Bir ideyanı dilə gətirəndə artıq əvvəlki adam olaraq qala bilmirik; söylədiyimiz həqiqətin məsuliyyəti çiynimizə düşür. Kəlmə ağızdan çıxan kimi azad olur, başqalarının yaddaşına köçür və bəzən bizdən daha uzun yaşayır. İnsan sözünü unuda bilər, onu eşidən qəlb isə unutmaya bilər. Kəlmələr görünmür, amma şəhərlərdən daha uzunömürlüdür. Saraylar uçur, taxtlar dağılır, sərhədlər dəyişir, bir şairin misrası isə əsrlərin içindən keçib yenə bir gəncin qəlbini titrədir. Qılınc bir dövrü fəth edir, söz zamanın özünü. Lakin sözün əbədiliyi avtomatik deyil. Yalnız insan həqiqətinə toxunan kəlmə zamanı aşa bilir. Gözəl qurulmuş, amma ruhsuz cümlə öz dövrünün alqışında ölər; sadə, lakin içində həqiqət olan söz isə səssizcə gələcəyə gedər.

Kainat bəlkə bir səslə başladı, insan ömrü də bir layla ilə başlayır. Son mənzilə yola salınanda arxamızca yenə sözlər deyilir: dua, xatirə, halallıq. Beşiklə məzar arasında qalan bütün həyatımız kəlmələrin içindən keçir. Biz sevəndə, savaşanda, barışanda, öyrənəndə, aldadanda, yaradanda sözə müraciət edirik. Kəlmə bizi mələk etmir, şeytan da etmir; içimizdə olanı görünən aləmə çıxarır. O, insan ruhunun həm güzgüsü, həm də çəkicidir: bizi göstərir və eyni zamanda bizi formalaşdırır. Deməli, kəlmələrin önəmi onların çoxluğunda deyil. Əsas məsələ neçə söz bildiyimiz yox, bildiyimiz sözlərin neçəsini ləyaqətlə yaşadığımızdır. "Haqq" deyib haqsızlıq ediriksə, həmin kəlməni yaralayırıq. "Vətən" deyib yalnız öz mənfəətimizi düşünürüksə, o müqəddəs adı kiçildirik. "Sevgi" deyib sahib olmağa çalışırıqsa, sevgini qəfəsə salırıq. "İnsan" deyəndə qarşımızdakının ağrısını öz ağrımız qədər həqiqi qəbul ediriksə, kəlmə öz mənasına qovuşur.

Sözün xilası onu düzgün tələffüz etməkdə deyil, ona uyğun yaşamaqdadır. Bəşəriyyətin gələcəyi yalnız yeni texnologiyalardan, böyük şəhərlərdən, kosmik səfərlərdən asılı deyil. O gələcək hansı kəlmələri qoruyacağımızdan da asılıdır. "Vicdan", "mərhəmət", "ədalət", "halallıq", "ləyaqət" sözləri gündəlik həyatımızdan çəkilsə, ən inkişaf etmiş cihazların arasında belə mənəvi cəhətdən mağarada yaşayarıq. Əksinə, bu sözlər davranışımıza çevrilsə, insanlıq öz qədim yaralarını sağaltmağa başlaya bilər.

Sivilizasiya təkcə daşın, dəmirin və məlumatın tərəqqisi deyil; kəlmə ilə əməl arasındakı məsafənin azalmasıdır. Bir gün bizim də səsimiz susacaq. Cismimiz torpağa qarışacaq, nəfəsimiz dünyadan çəkiləcək. Lakin söylədiyimiz bəzi kəlmələr başqa insanların daxilində bizim yerimizə nəfəs almağa davam edəcək. Bəlkə adımız unudulacaq, amma bir ümidsizə verdiyimiz inam onun övladına göstərdiyi mərhəmətdə yaşayacaq. Bəlkə yazdığımız bir cümlə heç tanımadığımız insanı uçurumun kənarından geri döndərəcək. Bəlkə də düşünmədən söylədiyimiz ağır söz bir qəlbdə uzun qış yaradacaq və biz həmin qışdan xəbərsiz öləcəyik. İnsan sözünün hara qədər getdiyini bilmədiyi üçün hər kəlmə qarşısında əbədi məsuliyyəti daşıyır.

Hər söz görünməz gələcəyə atılan toxumdur; nə əkdiyimizi zaman bizdən daha yaxşı bilir. Kəlmə insanın yoxluğa qarşı yandırdığı kiçik çıraqdır. O çıraq bəzən bir otağı, bəzən bir xalqın yolunu, bəzən isə əsrlərin qaranlığını işıqlandırır. Ancaq çırağın işığı oddan deyil yalnız, onu tutan əlin vicdanından gəlir.

Biz dünyaya son sözümüzü demək üçün gəlmirik; bizdən əvvəl deyilmiş böyük həqiqətlərə öz həyatımızla şahidlik etməyə gəlirik. Bəlkə qiyamət günü insanın qarşısına yazdığı kitablar, söylədiyi nitqlər deyil, bir yetimin qəlbində buraxdığı iz, bir ananın gözündən sildiyi yaş, bir günahsız haqqında susduğu həqiqət çıxacaq. Və o zaman anlayacağıq: kəlmə səs deyildi, seçim idi; cümlə fikir deyildi, əməl idi; danışmaq isə sadəcə, dilin hərəkəti deyil, ruhun özünü əbədiyyət qarşısında ifşa etməsi idi. Kainatın böyük sükutu içində insana verilmiş ən uca imkan çox danışmaq deyil - söylədiyi bircə doğru sözün arxasında bütöv bir ömürlə dayana bilməkdir.

İnsanın daxili üzündədir -
İnsan elə məxluqdur ki, daim öz sifətində gözəllik axtarır. O, hər zaman istər ki, ətrafındakı insandan daha da gözəl görünsün.

Yenixeberorg.com: İnsanların lap qədimdən görünüşləri özlərinə maraqlı gəlib. Həmişə də bu səbəbdən insan aynaya baxmağı sevirmiş. Ayna olmayanda isə həmin insanlar özlərinə suda baxarmışlar.
İnsanı maraqlandıran vərdiş isə özünə səhər-səhər baxmaq idi. Gəlin bir sual qoyaq ortaya: İnsan hansı səbəbdən aynaya baxmağı daha çox istər?
İnsanın bəzən özündən xoşu gələ bilər. Amma elə an olar ki, heç özündən xoşu gəlməyən gün də baş verə bilər. İnsan elə məxluqdur ki, daim öz sifətində gözəllik axtarır. O, hər zaman istər ki, ətrafındakı insandan daha da gözəl görünsün.
Maraqlısı da budur ki, aynada necə varsansa, elə də görünəcəksən. Bəzən bir xanım aynaya baxanda nəsə ona xoş gəlmirsə, onu kosmetika vasitəsilə özündə düzəltməyə çalışır və daxilində nəsə düşünür:
“Nədən Allah məni gözəl yaratmadı görən?”
Belə düşüncəylə özü ilə xeyli söhbət edir.
Ağıllı qadınsa belə fikirləşir:
“Nə olsun ki, hamımız insanıq. Hansımız bir-birimizə bənzəyə bilərik? Məncə, hər kəs özünə oxşasa, daha yaxşıdır.”
Bu xanım belə düşündü və ona hər şey aydın oldu.
Başqa bir xanım baxar aynaya. Ancaq bu xanım aynaya baxıb, araya fikir toplamaz. O isə daxilində paxıllıq daşıdığı üçün yaxşı düşünə bilmir. O, yalnız Allahı günahkar çıxarır ki:
“Məni nədən belə yaradıb görəsən?”
Belə hadisələr müasir cəmiyyət arasında özünə balanslı yer tutub. Zənnimcə, bu hadisələrə görə xanımlar arasında kosmetik ləvazimatlar satılır və çox sayda da alınır.
Güzgü isə bu insanları dinlədikcə sanki nitqi kəsilirdi. Öz-özünə fikirləşirdi:
“Niyə bu insanlar belə edirlər görəsən?”
Ayna istədi özünü yığışdırsın, heç danışmasın. Amma belə haqsız söhbətləri qulaqardı edə bilmədi. O, özünü dikəldib insana sual verdi:
“Bax, ay bacım, sizlər nədən belə birtərəfli fikir yürüdürsünüz bir-biriniz haqqında? Səni də Allah yaradıb, o biri xanımı da. Nədir səni belə əldən salan?”
Ayna düşünmədən özünə cavab verdi:
“Nə olacaq, onun gözəlliyi. Allah onu necə gözəl yaradıbsa, sən də onu gözəl göstərirsən.”
O, bu sözü deyib fikrə getdi və dedi:
“Sən bura bax, ay güzgü bacı. Bəlkə o xanımı mənə acıq olsun deyə bilərəkdən çox gözəl göstərirsən?”
“Əsla, sən deyən kimi deyil.”
Ayna yenə özündə gedən söhbətə cavab verdi:
“Sən unutma, insan necədirsə, elə göstərir. İki insan bir-birinə bənzəməz. Baxmayaraq ki, müasir insanların əksəriyyəti bir-birlərinə oxşayırlar. Sizdə görünənlər də daxilinizdəki paxıllıqdan irəli gəlir.
İnsanın daxili həqiqətən gözəldirsə, bu gözəllik onun özünə qayıdacaq. O, əgər sənin gözündə çirkin görünürsə, amma onun daxili gözəlliyi öz üzünə vurub.
Əgər sizlərin də daxiliniz təmiz və saf olsa, sizin də üzünüz gözəl görünəcək.”

P.Ş. Mən yalnız həqiqəti görür və düzünü yazıram. İnsanın öz daxili dünyası onun üzünə hopur və hopacaq da...!!!!

Təranə Şəms

O mürəkkəb, bu mürəkkəb, bir də “mürəkkəf”
Orta məktəbin aşağı siniflərində omonimləri öyrənərkən uşaq ağlıma gəlirdi ki, görəsən, niyə iki sözün birləşməsindən alınan sözlərə də, yazı yazmaq üçün istifadə olunan mayeyə də mürəkkəb deyilir.

Yenixeberorg.com: Araşdırma zamanı aşkar oldu ki, əslində mürəkkəb sözü xeyli nisbi omonimdir, hətta heç omonim sayılmaya da bilər. Məsələ bundadır ki, ərəb mənşəli və tərkib sözü ilə eyniköklü olan mürəkkəb kəlməsi “birləşdirilmiş, qarışdırılmış, bir neçə komponentdən ibarət olan” mənasını ifadə edir (mürəkkəb söz, mürəkkəbçiçəkli, mürəkkəb maddələr və s. bunun kimi anlayışları xatırlayaq). Qədim dövrdə yazı yazmaq üçün istifadə olunan mayeni əldə etmək üçün bir neçə komponenti: su, qurum (his), müxtəlif bitki şirələri və yapışqanlı maddələri bir-birinə qarışdırırdılar. Elə buna görə də həmin mayeyə mürəkkəb adı verilib. Mürəkkəb sözü ərəbcə rəkəbə sözündən törəyib ki, bu söz də “birləşdirdi, “quraşdırdı” mənasını ifadə edir.

Doğrudur, mürəkkəb yazı yazmaq vasitəsi kimi təxminən 4500 il əvvəl Qədim Misirdə və Qədim Çində (həm də bir-birindən xəbərsiz) hazırlanıb və təbii ki, adı da başqa cür olub. Mürəkkəb, daha doğrusu, əl-mürəkkəb (qarışıq) adını bu vasitəyə xilafətin qurulduğu və elmi-dini mətnlərin köçürülməyə başladığı dövrdə ərəblər veriblər. Sonradan bir çox digər ərəb mənşəli sözlər kimi, bizim dilimizə keçib.

Yekun olaraq belə bir fikir söyləmək olar ki, mürəkkəb sözü bizim dilimizdə həm isim, həm sifət kimi işlənib omonimlik xüsusiyyətinə malik olsa da, mənşəyini araşdırarkən aşkar olur ki, əslində bu sözlər bir-biri ilə çoxmənalı sözlərin bir-biri ilə qohum olduğu qədər yaxın qohumdur.

Sonda maraqlı bir qeyd: şəkililər böyürtkənə “mürəkkəb” ( mürəkkəf) deyirlər. Niyə belə deyirlər, hələlk mənə məlum deyil. Ümid edirik, araşdırıb səbəbini öyrənərik.

Dəftərlə difteriyanın nə əlaqəsi var?

“Kitab” və “dəftər” sözlərini və onların ifadə etdiyi mənanı hamımız bilirik. Tələffüz edərkən bu sözlərin ikisi də, necə deyərlər, şərqsayağı səslənir. Doğrudur, hər iki söz bizim dilimizə ərəb dilindən keçib. Amma “kitab” sırf ərəb sözü olsa da, “dəftər” sözü bu dilə fars dilindən, fars dilinə isə qədim yunan dilindən daxil olub.

Qədim yunan dilində bu söz difthera formasında olub və ilkin olaraq “hazırlanmış dəri” mənası ifadə edib. Tarixi mənbələrdən məlumdur ki, kağız istehsal olunanadək yazı yazmaq üçün müxtəlif heyvan dərilərindən istifadə olunurdu (“Avesta” haqqında məlumatı xatırlayaq...). Bundan ötrü həmin dərilər əvvəlcə müxtəlif üsullarla üstündə yazı yazıla biləcək vəziyyətə salınırdı. Alınan dərilər “difthera” adlanırdı. Bu söz dildən-dilə adlayıb bizə çatanadək fonetik dəyişikliyə uğrayıb və indi bizim gündəlik məişətdə çox işlətdiyimiz “dəftər” formasına düşüb.

Təbabət termini olan “difteriya” sözü də dəftər sözü ilə eyni kökdəndir. Difteriya xəstəliyi zamanı xəstənin boğazında və tənəffüs yollarında selikli qişanın üzərini örtən ağ-boz rəngli, bərk, dəriyə bənzər təbəqə — pərdə əmələ gəlir. Həmin bu dəriyəbənzər təbəqəyə görə xəstəliyə difteriya adı verilmişdir.

Dilçilikdə belə bir fərziyyə də var ki, ingilis dilindəki mənşəcə latın sözü olan, məktub və hərf mənasında işlənən letter sözünun də (latın dilində bu söz littera şəklindədir) difthera sözü ilə qohumluğu var.

Dilimizdə həqiqi mənasından başqa, bir sıra məcazi mənalara da malik, çox ümumişlək, hətta çoxumuza doğma olan dəftər sözü ilə bağlı etimoloji qeydlərimiz bu qədər.

Hörmətlə.

İMARƏT CƏLİLQIZI

Bülbül eşqi –
(Təmsil)

Yenixeberorg.com: Təbiətin yuxudan oyanması, yazın gəlişi hiss edilirdi. Köçəri quşlar qayıdır, torpaq yavaş-yavaş canlanırdı. Təbiət öz yaşıl donunu geyinməyə hazırlaşırdı. Bağbanlarsa bağlarda təmizlik işləri aparırdılar. Sanki sərçələr, qaratoyuqlar da sevinirdi ki, dostları qayıdacaq.

Bəli, ilk qaranquş köçü öz xoş müjdəsini gətirdi. Onlar yuva qurmaq üçün hazırlıq işləri görürdülər. Güllər, çiçəklər tədricən yarpaqlayıb qönçə tuturdu.

Yazın gəlişi gülü də sevindirdi. Çünki sevdiyi bülbül gəlib onun qönçəsinin üstündə cəh-cəh edəcək, qoxusunu ciyərlərinə çəkib yanıqlı-yanıqlı oxuyacaqdı.

Beləliklə, yaz öz xoş qədəmləri ilə insanları sevindirdi.

Gülün qönçələri yavaş-yavaş açılmağa başlamışdı. Bülbül isə hələlik görünmürdü. Gül tərəddüt içində öz-özünə dedi:

— Görəsən, bülbül məndən küsüb?

Beləliklə, bir neçə gün keçdi. Gülün qönçələri açılmış, ətri ətrafa yayılmışdı. Bülbül bu qoxunu duydu, özünü gülə yetirdi və ona sarılaraq sevinc içində cəh-cəh vurmağa başladı. Bu an hər ikisi də xoşbəxt görünürdü.

Gül öz nigarançılığını gizlətmədi:

— Sənin gec gəlməyin məni bikef etmişdi.

Bülbül isə dedi:

— Mən gəlmişdim. Sadəcə, sənin gözəlliyini kənardan seyr edirdim. Amma sənin ətrafında kəpənəklər, arılar və başqa quşlar dolanır.

Gül bülbülün bu sözünə təəccübləndi.

Bağban isə bağçanı sulayarkən onların söhbətini eşitdi və bülbülə dedi:

— Ay bülbül, danışığınızı eşitdim. Sən gülün sevgisinə şübhə ilə baxırsan? Eşit sənə nə deyirəm. Gülün qəlbi səninlədir. Bütün təbiətin quşları, gözəl kəpənəkləri gəlsə belə, de görüm: Yel qayadan nə aparır? Sən o zərif, incə ləçəkli gülünü incitmə.

Bülbül bağbanla ürəyində razılaşsa da, daxilində başqa düşüncələr dolaşırdı.

— Mənim də ətrafımda gözəl çiçəklər gül açır. Onlar həmişə gülə həsədlə baxıblar. Kaş bülbül bizim üçün də belə yanıqlı oxuyaydı...

Bu fikirdən ayrılıb öz-özünə dedi:

— Yox... Mən gülümə xəyanət etmərəm.

Bülbül belə düşüncələr içində olarkən bağçada bütün gül-çiçəklər bir-biri ilə salamlaşıb söhbət edirdilər.

Birdən bənövşə sözə başladı:

— Eh, lalə, nərgiz, siz elə bilirsiniz mənim dərdim yoxdur? Yazın gəlişini ilk olaraq insanlar məndən duyurlar. Mən qarın altından ilk boy göstərirəm. İnsanlar məni görən kimi dərib qoxlayırlar, sevdikləri qızların sinəsinə, ya da tellərinə düzürlər. Bilirəm, məni də sevirlər. Amma gülü, bülbülü sevən qədər sevmirlər. Məgər mənim qoxum gülün ətrindən pisdir? Bülbül yaxın gəlib öz gözəl səsi ilə məni vəsf etmir. Hətta onun gözlərini də kor edən gül olub. Bülbül gülə sarılanda tikanları gözünə batıb onu kor edib. Yenə də bülbül gül üçün yanıqlı-yanıqlı oxuyur, onu görməsə belə...

Lalə və nərgiz bənövşəyə ürək-dirək verərək öz dərdlərini danışmağa başladılar.

Lalə sözə başladı:

— Ay bənövşə, hər kəsin dərdi özünə ağırdır. Yaz gələndə dərələri, düzləri bəzəyirəm. Lakin ətrafımda başqa çiçəklər olmadığından elə bil tərki-dünyayam. Həm də çox zərif olduğum üçün bəzən ayaqlar altında qalıb əzilirəm. Məni də sevirlər. Amma dərib sevdiklərinə hədiyyə etmirlər. Məni alyanaq, bağrıqara lalə adlandırırlar.

Hər kəsin dərdi qəlbində gizlidir. Heç bilən varmı ki, mənim bağrım niyə qaradır? Çünki çəməndə bitdiyim üçün ətrafımda məndən gözəl çiçək görmür, özümü tənha hiss edirəm. Bəzən danışmağa başlasam, özümdən utandığımdan yanaqlarım alqırmızı olur. İnsanlar da elə düşünürlər ki, guya yalan danışdığım üçün qızarıram. Axı deyirlər, yalan danışanın üzü allanıb başı aşağı düşər. Hətta bəziləri elə zənn edir ki, guya özümü insanlara zorla sevdirməyə çalışıram.

Lalə məyyus halda susdu.

Söhbətə nərgiz çiçəyi qoşuldu:

— Mənim dərdim isə hamınızın dərdindən böyükdür. Çünki həm qoxum var, həm də gözəlliyim. Mən də yazın gəlişini ilk müjdələyən çiçəklərdənəm. Bilirəm, məni də sevirlər. Amma qoxum bir qədər tünd olduğundan bəzi insanlarda allergiya yaradır. Çoxları məni qoxlaya bilmir. Hətta xanımlar məni evdə güldana qoyub stolun üstünə yerləşdirə bilmirlər. Bu isə məni çox kədərləndirir. Halbuki mənim qoxumdan xanımlar üçün ətirlər hazırlanır.

Bu söhbətlərdən sonra bülbül güldən ayrılıb bağçanı gəzməyə başladı. Gəzdikcə bəzi quşların ona təəccüblə baxdığını görür, yayılan dedi-qoduları eşidirdi. Bu söz-söhbətlər getdikcə ona pis təsir edirdi. Lakin gülü sevdiyi üçün onun üzərinə çox getmək istəmirdi. Bununla belə, qəlbinə bir xal düşmüşdü. Fikirləşirdi ki, gərək bir dəfə gül ilə bu barədə açıq danışsın.

Belə də etdi.

Yenidən gəlib gülün ləçəkləri üzərinə qondu və bir qədər əsəbi halda oxumağa başladı.

Gül bülbülün dəyişdiyini hiss edib soruşdu:

— Nə olub, sevdiyim? Niyə belə bikef qayıtmısan?

Bülbül dedi:

— Mən səndən heç nə gizlətməyəcəyəm. Bağçada dolaşarkən sənin haqqında çoxlu dedi-qodular eşitdim. Bunlar doğrudurmu?

Gül bir an duruxdu, sonra sakit səslə dedi:

— Ey mənim bülbülüm! Bizim məhəbbətimiz bülbül eşqi, gül sevdasıdır. Sən niyə bu sevginin üstünə kölgə salırsan? Məgər unutmusan ki, bar verən ağaca daş atan çox olar? Məni Allah gözəl yaradıbsa, bunda mənim günahım nədir? Allah hər kəsə öz payını verib. Sənin səsinə bax. Məgər o səs başqa hansı quşda var? Çünki Allah səni də belə yaradıb.

Bu dedi-qoduları yayanlar bizim məhəbbətimizin əbədiliyinə həsəd aparanlardır. Elələri həmişə olub; sevənləri ayırmaq, ocaq yıxmaq istəyənlər...

Sən bağçanı gəzərkən mən də lalənin, bənövşənin və nərgizin söhbətlərini eşitdim. Onlar da öz aralarında bizim sevgimizdən danışır, ona həsəd aparırdılar.

— Eh, ay mənim gülüm, bəzən deyiblər ki, "Milçək murdar olmaz, amma könül bulandırar." Gəl söz verək ki, bu deyimi heç vaxt unutmayaq.

Bülbül gülü sakitləşdirib dedi:

— Mən sənin sədaqətinə inanıram.

Bu sözləri desə də, qəlbindəki şübhə onu rahat buraxmırdı.

Bütün bu hadisələri kənardan izləyən Sükut bülbüllə gülün sevgisinə biganə qala bilmədi. Çünki bağçada baş verənlərin hamısı onun gözləri önündə idi.

Sükut bülbülə yaxınlaşıb dedi:

— Ey səsi ilə insanları məftun edən bülbül, gəl məni dinlə. Mən ilin bütün fəsillərində bu bağçadayam. Burada baş verənləri danışmasam da, hamısını görürəm.

Sənin gülün sənə xəyanət etməz!

Əyri ağacdan düz budaq bitməz.

Ot həmişə öz kökü üstə bitər.

Sonra sözünə davam etdi:

— Dedi-qodu dənizin dalğasına bənzəyər. Burulğana düşəni aparar, iradəsi möhkəm olanı isə yolundan döndərə bilməz.

Sükutun hər kəlməsi bülbülü daha dərin düşünməyə sövq etdi.

Sonda isə belə dedi:

— Unutma, həqiqi sevgi şübhə ilə deyil, etibarla yaşayır.

Qeyd: İradəsi olan insan bağlı qapıları açar. Düşüncələr isə təmsilə çevrilərək insanın qəlbinə yol tapar.

Təranə Şəms

Torpaq sirdolu dərinlikdir-
Bəzən insan elə düşünür ki, yalnız nəfəsi olan canlının yaddaşı ola bilər. Amma nə qədər yanıldığımızın fərqində deyilik. "Allahın yaratdığı nə varsa, hərəsinin öz yaddaşı var." O cümlədən dağın, daşın, suyun, dərənin, təpənin, hətta torpağın da yaddaşı olduğu danılmazdır. Torpağın əsrlərdən, qərinələrdən topladığı qan yaddaşı var.
Yenixeberorg.com: Adi iş günlərindən birində bir cavan oğlan texnika ilə iş başında idi. Oğlan hansı səbəbdənsə torpağın köksünü yarmaqla məşğul idi. Oğlan qazdıqca sanki qulağına inilti səsi gəlirdi. Oğlan axtardı, amma tapa bilmədi. Lakin sonradan düşündü ki, ağır texnikanı saxlasın və işi dayandırsın. Bu gələn səs torpağın iniltisi idi. Bu səs oğlanın marağına səbəb oldu. İşini saxlayıb səsi yenidən dinləməyə başladı.
Elə bil torpaq boğuq səslə deyirdi:
— Texnikadan aşağı en, gəl söhbət edək. Məni dinləyərsən?
Oğlan dili dolaşa-dolaşa irəli gəlib torpağa dedi:
— Əlbəttə, biz səninlə danışa bilərik. O zaman mənim suallarıma cavab versən, məmnun olaram.
— Deyə bilərsənmi sən mənim köksümü niyə yarırsan?
— Sən nə axtarırsan torpağın altından?
Bilirsənmi, sən köksünü yardığın torpağın altında tarixin daş yaddaşı yatır. Mənim qollarımın arasında torpaq üçün canını fəda edən vətən oğulları uyuyur. Bu torpaq şəhidlərin qanı ilə yoğrulub. Gördüyün torpaqda sənin uluların, ulu babaların, ulu nənələrin və canından, qanından olan doğmaların yatır.
Sən heç düşündünmü? Mənim üzərimdə bütöv bir kainatın təbiəti formalaşıb. Kökü mənimlə nəfəs alan qocaman ağaclara, yaşıl meşələrə qucaq açıb, qol sarıdım.
İndi de görüm, sənin mənimlə qəsdin nədir? Niyə mənim özümdən yaranıb, mənə qarşı çıxaraq, mənə zülm edirsən? Qayəsi mənimlə yoğrulan insanın qəddarlığına nədən məruz qalmalıyam?
Torpaq sanki ilk fürsətdə əsrlərdir qəlbində gəzdirdiyi sözləri insanla bölüşmək istəyirdi. Danışır, bir az ara verir, sonra yenidən bitməyən fikrini davam etdirirdi.
Sən axı bilməlisən! İnsanları təbii sərvətlərimlə qidalandıran mənəm. Yarandığın gündən bəri bir çox minerallarla, gərəkli elementlərlə zəngin olan həmin torpağam. Qaynayan bulaqlarımla sizləri sərinlədən mən deyiləmmi? Torpağın dərinliklərindən qazı, nefti hasil edib insanların güzəranının yaxşı olması üçün çalışan mən deyiləmmi?
İnsan torpağı dinlədikcə çox mütəəssir olurdu. Torpaq danışır, insan isə onu diqqətlə dinləyirdi. Amma torpaq sakit danışa bilmirdi. Səsi qəhərləndi və titrəyən səslə insana dedi:
— İndi sən mənə hansı cavabı verə bilərsən ki, siz insanların haqlı olduğunu mən başa düşüm?
İnsan bir qədər düşündü.
— Ey əziz vətən torpağı, mənim əcdadlarımı qoynunda uyudan ulu torpağım! İnsanlar sənin qəsdinə durmayıblar. Sadəcə, ildən-ilə dövlətimiz tərəqqi etməkdədir. Mən qazıram ki, yeni-yeni göydələnlərin bünövrəsi qoyulsun. Qazıram ki, yeraltı sərvətimizə — neftimizə, qazımıza sahib çıxaq. İlbəil insan sayının artmasını nəzərə alaraq, insanların güzəranı yaxşılaşsın, firavan yaşasınlar. Dünya inkişaf edir. O inkişafdan bizim də öz payımız var. Biz XXI əsrdə — texnika əsrində yaşayırıq. İndi bəzi sənaye müəssisələrində insanları süni intellekt əvəz edir.
Bu arada torpaq yenidən söhbətə qayıdıb insana dedi:
— Düzdür, ağıl yaradırsınız, sistemi danışdırırsınız. Bütün bunlar təqdirəlayiqdir. Mən bunu alqışlayıram. Amma vicdanı da inkişafınız qədər böyüdürsünüzmü?
Başa düşürəm, bütün yeniliklər sizlərə xidmət etməkdədir.
Torpaq mülayim səslə insana yenidən sual verdi:
— Siz bəs torpaq üçün nə edirsiniz?
İnsan bir az düşündü və hiss etdi ki, bu suallar qarşısında aciz deyil.
— Bir az səbr et, ey vətən torpağı! Mənim də sənə deyiləcək sözlərim var. Sən qoynunda yatan vətən oğullarından fəxrlə danışırsan. Həmin oğullar ki, sənin qoynunda yatır. Həmin şəhidlər səni düşmən tapdağından qurtarmadılarmı? Neçə-neçə qəhrəman oğullarımızı sən ana kimi öz qoynuna almısan. Biz insanlar da çox istərdik ki, sən vətən torpağı olaraq öz övladlarından razı qalasan.

Torpaq bir qədər düşündü.(Təmsil)

— Mən inkişafın əleyhinə deyiləm. Amma torpağın da dəyərini, qiymətini bilmək lazım deyilmi? Vaxt vardı Azərbaycanın üzüm plantasiyaları dünyaya səs salmışdı. Hanı o ağ qızılı yetişdirən torpaqlar? Baxımsızlıqdan vaxtilə dövlətə çox gəlir gətirən torpaqlar indi öz məhsuldarlığını itirib, şoranlaşıb.

Hanı üzərimdə tikilən fabrik və zavodlar? Hanı barama zavodları? Hansı ki, Azərbaycanın qədim kəlağayıları, atlas parçaları həmin ipəkdən hazırlanıb dünya bazarlarına çıxarılırdı.

Hansı birindən danışım? Hardadır o tikilən göydələnlər ki, nə qədər gənclərimiz sosial problemlər həll edilmədiyindən, iş-güc olmadığından ailə qura bilmirlər. Hətta dolanmaq üçün qazanc dalınca qaçan, vətən torpağını tərk edib gedən ixtisaslı kadrlar da var. Niyə? Bəs bu suallara kim cavab verəcək?

Mən torpağam. Kainat məndə bərqərardır. Mən olmasam, hansı canlıdan söz gedə bilər? İnsanlar unutmasınlar ki, onlar məndən yaranıblar və sonda yenə mənə dönəcəklər.

"Ey insan, mən səni ittiham etmək üçün danışmadım. Bilirəm, sən məndən yaranmısan. Mənə vurulan yara sənin də yaran sayılmalıdır. Məni qorusan, özünü qoruyarsan. Məni zəhərləsən, sabah öz övladının süfrəsini zəhərləyərsən."

Torpaq fikirlərini bitirdikdən sonra belə bir etiraf da etdi:

"Mən sizdən küsməmişəm. Mən yalnız sizi özünüzə qaytarmaq üçün yaddaşımı vərəqlədim və sizləri onunla tanış etdim. Unutmayın, siz məndən yaranmısınız. Məni yaşatsanız, özünüz də yaşayacaqsınız."

Torpaq qazıldıqca onun yaddaşı daha çox dərinlərə gedir.

Torpaq sirdolu dərinlikdir! Gərək olanda onu tanıyın və axtarın!

Qayıt özünə( poyetik epiloq)

Torpaq öz sirrini özü daşıyır,
Yaddaşı susaraq, sözü qaşıyır.
Sinəmdə qanlar var, izi qalıbdır,
Yaralı köksümə bir iz salıbdır.

Bu sirllər köksümdə daşa dönübdür,
Ocaqlar qalanıb, odlar sönübdür.
Hər ötən əsrlər bir tarix yazır,
Adəmin qəbrini yenidən qazır.

Həvvanı tanırsan özünə baxsan,
Bu gündən o günə yenidən baxsan.
Abırın, həyanın bitməsi vardır,
Bu günlə baxarsan itməsi vardır.

Torpağın bu günə çox iradı var,
İnsanla dəyişməz bərk inadı var.
Ondakı düz sözün bir adı vardır,
Torpaq bizə deyir ki, qayıt özünə.

Təranə Şəms