Araşdırma - Yenixeberorg.biz - Oxu, xəbərin olsun

Şeyxin milyarder oğlu:
Poliqon xəbər verir ki, jurnalist Elmidar Əliyev şəxsi “Facebook” hesabında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadə və onun oğlu barədə diqqətçəkən məlumatlar paylaşıb.

Yenixeberorg.biz: Jurnalistin bildirdiyinə görə, Şeyxülislam Allahşükür Paşazadə bütün sərvətini və biznesini oğlu Məhəmməd Paşazadənin adına keçirib. İslam Peyğəmbərinin adını daşıyan oğul Paşazadə hazırda milyarder statusundadır. Onun təkcə Bakıda olan daşınmaz əmlaklarının qiyməti milyard manatı keçir. Həmçinin, Məhəmməd Paşazadənin Türkiyə başda olmaqla Avropanın bir çox ölkələrində geniş biznesi var. Təkcə Türkiyədə bir restoranın faktiki bazar qiyməti 100 milyon dollar civarındadır.

Məhəmməd Paşazadə həm də Türkiyə vətəndaşıdır və bir müddətdir ailəsi ilə birlikdə İstanbulda yaşayır. Onun Türkiyədə daşınmaz əmlak və biznes obyektlərinin olduğu barədə məlumatlar illər əvvəl yayılıb. Son dövrdə isə Türkiyədə 300 hektara yaxın torpaq sahəsi aldığı, bahalı otellər və restoran biznesində iştirak etdiyi bildirilir.

Son illərdə ən çox diqqət çəkən məsələlərdən biri Məhəmməd Paşazadənin “Blue City” layihəsidir. Xırdalanda, Həsən Əliyev küçəsi 7 ünvanında, Bakı Mühəndislik Universitetinin yaxınlığında yerləşən “Blue City” böyük yaşayış layihəsi kimi təqdim olunur. Məlumatlara görə, vaxtilə İlahiyyat Universiteti üçün ayrıldığı bildirilən 20 hektarlıq ərazinin 10 hektarı Məhəmməd Paşazadənin adına sənədləşdirilib və həmin ərazidə “Blue City” layihəsi həyata keçirilib. Yəni söhbət kifayət qədər böyük torpaq sahəsindən və iri yaşayış layihəsindən gedir.

Ailənin xaricdəki biznes fəaliyyəti bununla bitmir. Çexiyanın Karlovı Varı şəhərindəki əmlaklar və biznes fəaliyyəti barədə müxtəlif araşdırmalarda əvvəlcə “Aynur KV” şirkətinin adı keçib, sonradan şirkətin “MP İNTERNATİONAL S.r.o.” adı ilə Məhəmməd Paşazadənin adına keçirildiyi bildirilib. Maltada gəmiçilik fəaliyyəti ilə bağlı olan “MP TRADE SHIPPING LIMITED” şirkətinin təsisçisi kimi də Məhəmməd Paşazadə göstərilir.

Məhəmməd Paşazadə həm də ölkədən milyardları xaricə daşıyan iş adamlarından biridir. Onun hazırda Bakıdakı obyektlərini satıb, İspaniyada daşınmaz əmlak almaq planları qurduğu bildirilir.

İmamverdi İsmayılovun biznes imperiyası:
Milli Məclisin uzunmüddətli deputatı İmamverdi İsmayılovun ailə üzvləri ilə əlaqələndirilən şirkətlər illərdir media araşdırmalarının diqqətindədir. Bu şirkətlərdən biri dövlət tenderinin qalibi olub, digəri isə bankla məhkəmə mübahisəsində adı hallanan şirkətlər sırasındadır.

Yenixeberorg.biz: İmamverdi İbiş oğlu İsmayılov uzun illərdir Azərbaycan parlamentində təmsil olunur. O, hazırda 125 saylı Zəngilan–Qubadlı seçki dairəsinin deputatıdır, İnsan hüquqları komitəsinin üzvü və Azərbaycan–Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Amma İmamverdi İsmayılov ən susqun millət vəkillərindən biri hesab edilir. Mütamadi olaraq Zəngilana qayıdan insanlar öz problemlərini qabartsada nədənsə bu problemləri İmamverdi İsmayılov Milli Məclisin tribunasından dilə gətirməyə çəkinir. Daha bir maraqlı məqam isə sosial şəbəkələrdə İmamverdi İsmayılovun topdağıtmaz əmlakları ilə bağlı olan informasiyalardır. Millət vəkili parlamaentdə susqun olsa da, biznes yolunda böyük addımlar taraq sərvət qazanmağa nail olub.

İmamverdi İsmayılova bağlı olan ən böyük şirkətlərdən biri “MİR HOLDİNQ” MMC-dir. Şirkət 2009-cu ildə qeydiyyatdan keçib. Şirkətin təsisçisi və qanuni təmsilçisi kimi deputatın oğlu İlmir İsmayılov göstərilib.

Digər şirkət – “MİR GROUP HOLDİNQ” MMC – 2017-ci ildə qeydiyyata alınıb və onun da təsisçisi və qanuni təmsilçisi kimi İlmir İsmayılovun adı çəkilib.

Deputatın həyat yoldaşı Bağdagül İsmayılova “İKO” MMC ilə, gəlini Pərvanə İsmayılova isə “SUPER KİDS KLUB” MMC şirkətlərinin sahibidir. “MİR GLOBAL LOGİSTİCS” MMC-nin qanuni təmsilçisi kimi isə Fuad Qibləli oğlu Bünyadov göstərilir.

Ailə ilə əlaqələndirilən şirkətlərdən “MİR GROUP HOLDİNQ” MMC-nin adı 2021-ci ildə dövlət tenderi ilə bağlı gündəmə gəlib.

Bakı Turizm İnformasiya Mərkəzinin “Baku City Tour” ikimərtəbəli avtobus turu üçün xidmətlərin göstərilməsi ilə bağlı keçirdiyi tenderin qalibi “MİR GROUP HOLDİNQ” MMC olub.

Xəbərdə tenderin məbləği 128 865 manat göstərilib. Həmin vaxt şirkətin qanuni təmsilçisi kimi İlmir İsmayılovun adı qeyd olunub.

Tender çərçivəsində yeni xətt üçün mətnlərin hazırlanması, mövcud xətlər üzrə mətnlərin yenilənməsi, yeni marşrutların hazırlanması, materialların 12 dilə tərcüməsi və səsləndirilməsi kimi xidmətlər nəzərdə tutulub.

Digər diqqətçəkən məsələ “MİR HOLDİNQ” MMC ilə bağlıdır.

2020-ci ildə yayılan məlumatda “Bank Standard”ın ləğvetmə prosesində olduğu dövrdə İlmir İsmayılov və Pərvanə İsmayılovla bağlı məhkəmə mübahisəsi medianın gündəmindən düşmürdü.

Məlumata görə, bank “MİR HOLDİNQ” MMC-dən kredit öhdəliyinin qaytarılmasını tələb edib və məsələ məhkəmə instansiyalarına qədər gedib.

Daha yeni məlumatlarda isə “MİR HOLDİNQ” MMC-nin qanuni təmsilçisinin dəyişdiyi bildirilir.

2025-ci ilin noyabrında yayılan media məlumatına görə, şirkətin qanuni təmsilçisi İlmir İsmayılovun yerinə Cəfər Şərbətov təyin edilib. Həmin xəbərdə Cəfər Şərbətovun da İmamverdi İsmayılovun oğlu olduğu qeyd olunur.

Eyni materialda “MİR GROUP HOLDİNQ” MMC-nin qanuni təmsilçisinin isə İlmir İsmayılov olaraq qaldığı bildirilir.

Bu dəyişiklik şirkətlərin hazırkı hüquqi və maliyyə vəziyyətinin ayrıca araşdırılmasını zəruri edir.

“MİR HOLDİNQ” və “MİR GROUP HOLDİNQ” MMC-lərin hazırkı təsisçiləri kimlərdir?

Şirkətlərin son illərdəki nizamnamə kapitalı və maliyyə göstəriciləri necə dəyişib?

Bu şirkətlər dövlət satınalmalarında neçə dəfə iştirak edib və ümumi neçə manatlıq müqavilə əldə edib?

2021-ci ildəki 128 865 manatlıq tenderdən başqa hansı dövlət qurumları ilə müqavilələr bağlanıb?

Şirkətlərin hazırda hansı daşınar və daşınmaz əmlakları var?

Ailə üzvlərinin digər şirkətlərdə payları mövcuddurmu?

“MİR HOLDİNQ”in bankla məhkəmə mübahisəsinin yekun nəticəsi necə olub?

2025-ci ildə şirkətin qanuni təmsilçisinin dəyişdirilməsinin səbəbi nədir?

Suallar çox, cavab isə yoxdur…("Korrekt")

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Kamaləddin Qafarov kimdir? -
Kamaləddin Qafarov uzun illərdir həm parlament fəaliyyəti, həm də əczaçılıq və tibb biznesi ilə bağlı mediada adı çəkilən deputatlardan biridir

Yenixeberorg.biz: Deputatın karyerasında diqqət çəkən məqamlardan biri Milli Onkologiya Mərkəzində rəhbər vəzifədə çalışmasından əvvəl “Azəri Med” şirkətində fəaliyyət göstərməsi, daha sonra isə Milli Məclisə seçilməsidir.

Qafarov haqqında mediada Milli Onkologiya Mərkəzi, “Azəri Med”, “Zəfəran” apteklər şəbəkəsi, “Zəfəran Hospital”, “Versal Palace” və digər şirkət və obyektlərlə bağlı müxtəlif məlumatlar yayılıb. Bu materialların bir hissəsi kommersiya reyestri və satınalma məlumatlarına, digər hissəsi isə jurnalistlərin və ayrı-ayrı media resurslarının irəli sürdüyü iddialara əsaslanır.

Bəs xalq arasında Milli Onkologiya Mərkəzinin qeyri-rəsmi patronu olaraq tanınan Kəmaləddin Qafarov kimdir?

Kamaləddin Nəsrəddin oğlu Qafarov 7 sentyabr 1976-cı ildə Naxçıvan şəhərində anadan olub. Milli Məclisin rəsmi məlumatına görə, o, 2024-cü il sentyabrın 23-də keçirilən parlament seçkilərində 9 saylı Binəqədi ikinci seçki dairəsindən VII çağırış Milli Məclisə deputat seçilib.

Qafarov Yeni Azərbaycan Partiyasının üzvüdür. Hazırda Milli Məclisin Səhiyyə və İntizam komissiyalarının üzvüdür və Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik edir. O, həmçinin bir sıra digər parlamentlərarası işçi qrupların üzvüdür.

Bütün bunlar Kamaləddin Qafarovun rəsmi titullarıdır. Qeyri-rəsmi titulları arasında isə onun Milli Onkologiya Mərkəzinin qeyri-rəsmi patronu, əsasən tibb sahəsinə aid olan çox saylı biznes şəbəkəsinin sahibi, qeyri-rəsmi milyarder olması ilə bağlı iddialar var.

Rəsmi bioqrafiyada onun xarici dillərdən rus və türk dillərini sərbəst bildiyi, ailəli və dörd övladının olduğu da qeyd edilir.

Qafarov harada təhsil alıb?

Milli Məclisin saytında yerləşdrilən rəsmi bioqrafiyasına görə, Kamaləddin Qafarov Naxçıvan Dövlət Universitetini 1997-ci ildə, Azərbaycan Dövlət İqtisad Universitetini isə 2009-cu ildə bitirib.

İlk ali təhsilində ixtisası meyvə-tərəvəzçilik və üzümçülük, ikinci ali təhsilində isə iqtisadçıdır. Amma o bütün həyatı boyunca əczaçılıq və tibb sahəsində fəaliyyət göstərib.

Qafarovun təhsil istiqaməti sonrakı əczaçılıq və siyasi fəaliyyəti ilə müqayisə edilərək zaman-zaman mediada müzakirə mövzusuna çevrilib. Lakin bu, özlüyündə onun peşəkar fəaliyyəti və ya deputatlıq hüququ ilə bağlı hər hansı hüquqi problem yaratmır.

Əmək fəaliyyətinə harada başlayıb?

Qafarovun sonrakı biznes əlaqələri ilə bağlı müzakirələrin əsas səbəblərindən biri onun uzun müddət “Azəri Med”də çalışması və sonradan bu şirkətlə bağlı hər zaman diqqət mərkəzində olub.

Kamaləddin Qafarov 2005–2014-cü illərdə “Azəri Med” MMC-də operator və maliyyə müdiri vəzifələrində çalışdığı göstərilir. Şirkət onun qohumunun adına qeydiyyatda olsa da, şirkətin əsil sahibinin məhz o olması barədə iddialar hər zaman dövriyyədə olub.

Bir neçə media araşdırmasına görə, “Azəri Med”in əvvəlki hüquqi ünvanı məhz Kamaləddin Qafarovun özünün yaşadığı mənzil olub. 2024-cü ildə yayımlanan məhkəmə mövzulu materialda “Azəri Med”in hüquqi ünvanının Qafarov və ailə üzvlərinin qeydiyyatda olduğu mənzillə üst-üstə düşməsi ayrıca fakt kimi təqdim edilib. Həmin yazıda mediada Qafarovla əlaqələndirilən “Kanon”, “Mega Pharmacy”, “Azeri Med MNK”, “Versal”, “Versal Palace” və “Naturalist” kimi şirkətlərin də adı çəkilir.

“Azəri Med”lə bağlı son araşdırmalarda şirkətin əvvəlki qanuni təmsilçilər arasında Qafarov soyadlı şəxslərin olduğu və onların deputatla qohum olduğu bildirilir. Lakin şirkətin hazırkı qanuni təmsilçisi Famil Rəhimlidir. O 2016-cı ildən şirkətin hüquqi təmsilçisidir, lakin buna baxmayaraq şirkətin əsil sahibinin məhz Kəmaləddin Qafarov olması çoxlarında şübhə doğurmur.

“Azəri Med”in tenderləri niyə diqqət çəkir?

“Azəri Med”in dövlət tibb müəssisələri ilə bağladığı çoxmilyonluq müqavilələr Qafarov barədə mediada yayılan materialların əsas mövzularındandır. Qeyd edək ki, “Azəri Med” şirkəti 2015-ci ildən bu günlərə qədər Milli Onkologiya Mərkəzindən 100 milyonlarla manat tenderlər udub.

2024-cü ilin mayında Milli Onkologiya Mərkəzi “Azəri Med”lə 29 milyon 829 min 766 manatlıq müqavilə bağlayıb. 2025-ci ilin mayında müqavilənin məbləği 35 milyon 849 min 901 manatdan çox olub. 2026-cı ilin iyulunda isə Milli Onkologiya Mərkəzinin şirkətlə 34 milyon 961 min 987 manatlıq daha bir müqavilə bağladığı barədə məlumat yayılıb.

2026-cı ilin avqustunda isə Milli Onkologiya Mərkəzinin “Azəri Med”lə 50 milyon 320 min 46 manat 90 qəpik dəyərində yeni müqavilə bağladığı bildirilib.

Mediada dövlət satınalmaları portalındakı məlumatlara əsasən, 2019-cu ildən 2026-cı ilin avqustuna qədər Milli Onkologiya Mərkəzinin “Azəri Med”lə 36 müqavilə bağladığı və onların ümumi dəyərinin 289,5 milyon manatdan çox olduğu yazılıb.

Milli Onkologiya Mərkəzinə necə keçib?

Qafarov 2014–2015-ci illərdə rəsmi olaraq Milli Onkologiya Mərkəzində baş direktorun müavini vəzifəsində çalışıb. Bu məlumat onun parlamentə seçilməzdən əvvəlki karyerasının mühüm mərhələlərindən biridir.

2015-ci ildə deputat seçildikdən sonra bu vəzifədən ayrılsa da, Milli Onkologiya Mərkəzi bu günə qədər birmənalı olaraq Kəmaləddin Qafarovla əlaqələndirlir. Xalq içində o qeyri rəsmi olaraq Milli Onkologiya Mərkəzinin patronu olaraq tanınır.

Qeyd edək ki, Milli Onkologiya Mərkəzi əhalinin ən çox şikayət etdiyi nə narazı qaldığı qurumlar arasında yer alır.

Onkologiya Mərkəzindən parlamentə keçid necə olub?

Qafarov ilk dəfə 2015-ci ildə YAP-ın namizədi olaraq Milli Məclisə deputat seçilib. Daha sonra VI və VII çağırış parlamentlərdə də mandat qazanıb.

2024-cü il seçkilərində 9 saylı Binəqədi ikinci seçki dairəsindən yenidən deputat seçilib. Rəsmi məlumatda onun parlamentdə Səhiyyə və İntizam komissiyalarının üzvü olduğu göstərilir.

Onun parlament fəaliyyəti əsasən səhiyyə, dərman bazarı, tibbi xidmətlər və digər sosial məsələlərlə bağlı müzakirələrlə əlaqələndirilir.

Parlamentdə hansı fəaliyyətlə yadda qalıb?

Qafarov uzun müddət Milli Məclisin Səhiyyə komitəsində fəaliyyət göstərib. O, dərman vasitələrinin dövriyyəsi, səhiyyə sistemi, icbari tibbi sığorta və tibbi xidmətlərlə bağlı komissiya müzakirələrində çıxış edib.

Siyasi mövqeyində isə hakim Yeni Azərbaycan Partiyasının xəttini dəstəkləyən deputatlardan biri kimi çıxış edir.

Qafarovun parlament fəaliyyəti ilə bağlı rəsmi məlumatlar əsasən onun qanunvericilik fəaliyyətinə, səhiyyə məsələlərinə və beynəlxalq parlament əlaqələrinə yönəlib.

Milli Məclisin iclaslarında təsadüfdən-təsadüfə çıxış etdiyinə görə mətbuat onu "lal deputatlar" qrupuna aid edib. Doğrudan da bu günə qədər yaxın ətrafından kənarda Kəmaləddin Qafarovun səsini eşidən çox az adam var.

Kamaləddin Qafarova Ramiz Mehdiyev hamilik edib?

Uzun illər boyu bəzi media resursları Qafarovu Ramiz Mehdiyevin siyasi çevrəsi ilə əlaqələndirib və onun Mehdiyevin “sadiq kadrları”ndan biri kimi təqdim edib. Qafarovun biznes və siyasi karyerası ilə bağlı Mehdiyevin xüsusi tapşırıqlar verdiyi iddia edilir.

İddilara görə Kamaləddin Qafarov dibb və dərman sektorunda Ramiz Mehdiyevin maraqlarını təmsil edib və onun karyerasında bu təmsilçilik əsas rol oynayıb.

Mətbuatda Qafarov haqqında müsbət məlumatlar nələrdir?

Qafarov haqqında müsbət məzmunlu məlumatların əsas hissəsi onun parlament fəaliyyətinə aiddir.

O, bir neçə çağırış Milli Məclisdə deputat olub, Səhiyyə komitəsinin üzvü kimi fəaliyyət göstərib və parlamentlərarası əlaqələr üzrə müxtəlif qruplarda təmsil olunub.

Onun fəaliyyəti ilə bağlı müxtəlif illərdə dövlət təltifləri aldığı barədə də media məlumatları yayılıb.

“Zəfəran” aptekləri Qafarovun biznesinə daxildirmi?

“Zəfəran” apteklər şəbəkəsinin adı da illərdir Qafarovun biznes çevrəsi ilə bağlı media materiallarında çəkilir.

2020-ci ildə Baku.ws portalı “Zəfəran Apteklər şəbəkəsi”ni Qafarovun biznes şəbəkəsinə aid olduğu iddia edilən müəssisələr sırasında göstərib. Həmin siyahıda “Zəfəran Hospital”, “Azəri Med”, “Kanon”, “Mega Pharmacy”, “Versal Palace”, “Naturalist” və digər şirkətlərin adları da yer alıb.

Sonrakı illərdə digər media resursları da “Zəfəran” apteklərini Qafarovun biznes çevrəsi ilə əlaqələndirib. 2025-ci ildə yayımlanan materiallardan birində “AzeriMed Tibbi Market”, “Zəfəran” apteklər şəbəkəsi və “Zəfəran Hospital”ın deputata məxsus olduğu iddia edilib.

Lakin açıq mənbələrdə “Zəfəran” apteklərinin Qafarovun şəxsi mülkiyyətində olduğunu təsdiqləyən sənəd təqdim edilmir.

“Zəfəran Hospital”ın Qafarovla əlaqəsi necə ortaya çıxıb?

“Zəfəran Hospital” da eyni media siyahılarında Qafarovla əlaqələndirilən müəssisələrdən biridir.

Hospitalın öz rəsmi internet səhifəsində “Zəfəran” brendinin yaratdığı geniş profilli özəl tibb mərkəzi kimi təqdim olunur. Hospitalda təcili yardım, laboratoriya, kardiologiya, cərrahiyyə, radiologiya, reanimasiya, ginekologiya, nevrologiya, endokrinologiya və digər tibbi xidmətlərin göstərildiyi bildirilir.

Daha maraqlı məqam isə Azərbaycan Tibb Universitetinin materiallarından birində “AzeriMed”in fəaliyyət sahələri sırasında “Zəfəran” aptek, “Kanon” aptek, “Günəbaxan” aptek və “Zəfəran Hospital”ın birlikdə təqdim edilməsidir. Həmin materialda “Zəfəran Hospital” və aptek şəbəkəsi eyni səhiyyə-kommersiya ekosisteminin hissələri kimi göstərilir.

Bu məlumat “Zəfəran”ın “Azəri Med”lə müəyyən biznes əlaqəsinin olduğunu göstərir.

“Zəfəran” şəbəkəsi nə qədər böyükdür?

“Zəfəran” yalnız bir aptekdən ibarət olmayıb. Açıq mənbələrdə şəbəkənin müxtəlif illərdə bir neçə aptek məntəqəsini əhatə etdiyi, eyni zamanda “Zəfəran Hospital”la birlikdə təqdim edildiyi görünür.

Azərbaycan Tibb Universitetinin yayımladığı materialda “AzeriMed”in fəaliyyət istiqamətləri arasında aptek şəbəkəsi, dərman və tibbi vasitələrin distribusiyası, tibbi avadanlıq, laboratoriya, stasionar xidmət, diaqnostika və “Zəfəran Hospital” qeyd olunur.

Bu isə həmin dövrdə “Zəfəran” adının ayrıca aptek biznesindən daha geniş tibbi-kommersiya strukturu daxilində istifadə edildiyini göstərir.

“Versal Palace” Qafarovun mülküdürmü?

Qafarovla bağlı media materiallarında “Versal Palace” və “Versal” adlı şirkətlərin də adı çəkilir.

2020-ci ildə Baku.ws portalında yayımlanan siyahıda “Versal” MMC və “Versal Palace” MMC Qafarovun biznes şəbəkəsinə daxil olduğu iddia edilən şirkətlər arasında göstərilib.

Bəzi digər media materiallarında isə “Versal Palace”ın qanuni təmsilçisinin Qafarovun qardaşı Cəlaləddin Qafarov olduğu yazılıb.

Qafarovun başqa hansı şirkətləri mediada hallanır?

Müxtəlif illərdə Qafarovla əlaqələndirilən şirkətlərin siyahısı kifayət qədər geniş olub.

Bunların arasında “Azəri Med”, “Azəri Med-MNK”, “Kanon”, “Mega Pharmacy”, “Naturalist”, “AvestaFarm”, “Versal”, “Versal Palace”, “Shafran”, “Zəfəran Hospital” və “Zəfəran” apteklər şəbəkəsinin adları çəkilib.

Lakin bütün bu şirkətlərin eyni hüquqi sahibə məxsus olduğunu göstərən vahid və tam açıq sənəd mövcud deyil.

Qafarovun daşınmaz əmlakı barədə nə məlumdur?

Qafarovun əmlakı barədə də müxtəlif media yazıları dərc olunub. Bəzi nəşrlərdə onun və ailə üzvlərinin müxtəlif daşınmaz əmlaklara, kommersiya obyektlərinə və yaşayış sahələrinə malik olduğu iddia edilir.

Açıq mənbələrdə onun qardaşları Hüsaməddin və Cəlaləddin Qafarovun, həmçinin digər yaxın qohumlarının müxtəlif şirkətlərdə hüquqi təmsilçi və ya təsisçi kimi göstərilməsi barədə məlumatlar var.

Xaricdə əmlak və sərvət barədə iddialar nə qədər əsaslıdır?

Bəzi media materiallarında Qafarovun xaricdə əmlakı və biznes aktivlərinin olduğu barədə də iddialar səsləndirilib.

Açıq mənbələrdə Qafarovun xaricdə biznes aktivləri olması barədə konkret olaraq iki şirkətin adı çəkilir: Gürcüstandakı “Helios Pharma LTD” və Kiprdə qeydiyyatdan keçmiş “Salidont LTD”.

“Helios Pharma” Gürcüstanda həqiqətən mövcud olan və hazırda da fəaliyyət göstərdiyi görünən şirkətdir. Gürcüstanın biznes məlumat bazasında şirkətin qeydiyyat tarixi 12 noyabr 2009-cu il, hüquqi ünvanı isə Tbilisi, Qorqasali küçəsi 41 göstərilir. Fəaliyyət sahəsi dərman vasitələrinin topdan satışı və əczaçılıq anbarlarıdır. Şirkətin statusu “operating” kimi göstərilir.

Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin materiallarında “Helios Pharma”nın 2018-ci ilin mayına qədər Qafarovun qardaşı kimi təqdim edilən Hüsaməddin Qafarovun adına olduğu, daha sonra isə Canilya Qafarovanın adına keçirildiyi iddia olunub. Şirkətin Tbilisidəki Qorqasali küçəsi 41 ünvanı da həmin materiallarda göstərilib.

Cavanşir Həsənlinin 2019-cu ildə yayımlanan araşdırmasına görə, “Salidont LTD” 7 noyabr 2019-cu ildə Kiprin cənubunda, Limassol şəhərində HE403879 qeydiyyat nömrəsi ilə yaradılıb. Şirkətin idarə olunmasının Patricia Stilianou adlı şəxsə həvalə edildiyi bildirilirdi.

Sonrakı media materiallarında da “Salidont LTD” Qafarovun xaricdəki biznes aktivlərindən biri kimi təqdim olunub. Qaynarinfo 2024-cü ildə bu şirkəti Qafarovla əlaqələndirilən xarici şirkətlər arasında göstərib

Qafarov haqqında korrupsiya iddiaları varmı?

Bəli. Müxtəlif media resurslarında Qafarov dövlət satınalmaları, əczaçılıq biznesi və Milli Onkologiya Mərkəzinin tenderləri kontekstində tənqid olunub.

Əsas iddia “Azəri Med”in faktiki sahibinin Qafarov olması və şirkətin onun keçmiş iş yeri olan Milli Onkologiya Mərkəzinin iri tenderlərində ardıcıl qalib olması üzərində qurulur.

Qafarovun plagiat yazılar dərc etməsi ilə bağlı iddialar nədən ibarətdir?

Kamaləddin Qafarovun adı ilə bağlı digər mübahisəli mövzu onun müxtəlif media resurslarında yayımlanan analitik yazılarıdır.

Bəzi media materiallarında Qafarovun adına yayılan siyasi-analitik məqalələrin faktiki müəllifinin özü olmadığı, yazıların başqa şəxslər tərəfindən hazırlandığı və ya başqa mənbələrdən götürüldüyü iddia edilib.

2026-cı ildə savash.media portalında yayımlanan materiallarda Qafarovun çıxış və yazıları ilə bağlı tənqidi fikirlər səsləndirilib və onun adı ilə yayılan yazıların müəllifliyi məsələsi gündəmə gətirilib. Yazıda konkret olaraq belə bir iddia irəli sürülür, Qafarovun mətbuatda yayımlanan siyasi-analitik yazılarının “öz beyninin məhsulu olmadığı” barədə əvvəllər məlumatlar yayıldığı qeyd edilir.

“Qafarov Azərbaycan dilində yaza bilmir” iddiası nə qədər əsaslıdır?

Həmçinin deputatın latın qrafikalı Azərbaycan əlifbası ilə yazıb-oxuya bilmədiyi də iddia edilir.

2026-cı ildə bəzi media resurslarında Qafarovun nitqi və yazı qabiliyyəti ilə bağlı tənqidi materiallar yayılıb. Bu materiallarda onun parlament çıxışları və adına dərc olunan analitik yazılar müqayisə edilərək müxtəlif iddialar irəli sürülüb.

Lakin onun Azərbaycan dilində yaza və ya oxuya bilməməsi barədə açıq mənbələrdə müstəqil ekspertiza və ya rəsmi təsdiq yoxdur.

Qafarovun özü bu iddialara nə cavab verib?

2026-cı ildə AzadlıqRadiosu “Azəri Med”in Qafarovla əlaqəsi barədə ondan mövqe almağa çalışdığını, lakin deputatla əlaqə yarada bilmədiyini yazıb.

Digər mətbu orqanlar da bu günə qədər Kamaləddin Qafarovla bu iddialarla bağlı mövqeyini öyrənə bilməyib.("Poliqon)

“KƏNDAHAR” MMC-yə şübhəli yollarla gəlir əldə etməyə kimlər şərait yaradır? -
Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti Hacıqabul rayonu, Nəvahi qəsəbəsində 17 ədəd fərdi yaşayış evlərinin bərpası üzrə 11.08.2026-cı ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “KƏNDAHAR” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 397.236,17 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 05.10.2026-cı ildə dərc edilib.

Yenixeberorg.biz: İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmada “KƏNDAHAR” MMC barəsində heç bir məlumat əldə edə bilmədik. Şirkətin fəaliyyəti, işçi heyəti, texniki imkanları və həyata keçirdiyi layihələr barədə ictimaiyyətə açıq geniş məlumat yoxdur.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KƏNDAHAR” (VÖEN: 2007800261) Məhdud Məsuliyyətli Cəmiyyətinin 17.01.2023-cü il tarixdə 2 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının ABŞERON RAYONU, QOBU QƏSƏBƏSİ, QOBU QƏSƏBƏSİ, ev.42, m.25, qanuni təmsilçisi kimi isə Paşayeva Mətanət Əlhəmpaşa qızı olduğu qeyd olunub.

“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində yerləşdirilmiş məlumatlara görə MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya 05.05.2025-ci ildə verilib.

Göründüyü kimi MMC dövlət qeydiyyatına alındıqdan cəmi 5 ay sonra müvafiq lisenziya alıb.

Nazirlər Kabinetinin 21.12.2018-ci il tarixli 556 saylı qərarı ilə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müəyyən edilib. Bu bölgüyə əsasən mikro sahibkarlara 1 – 10 nəfər işçisi olub, illik gəliri 200 min manata qədər olan müəssisələr aid edilirlər. Bölgüyə görə 11 – 50 nəfər işçisi olub, illik gəliri 200 min manatdan 3 milyon manatadək olan müəssisələr kiçik sahibkarlıq subyektinə aid edilirlər. Qərara görə 51 – 250 nəfər işçisi olub, illik gəliri 3 milyon manatdan 30 mln. manatadək olan müəssisələr orta sahibkarlıq subyektinə aiddirlər.

“KƏNDAHAR” Məhdud Məsuliyyətli Cəmiyyəti sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına görə kiçik sahibkarlıq kateqoriyasına aiddir. Yəni MMC-nin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi ilə çalışan 11 – 50 nəfər işçisi var.

Maraqlıdır, bu işçi qüvvəsi ilə Hacıqabul rayonu, Nəvahi qəsəbəsində 17 ədəd fərdi yaşayış evlərinin bərpasını nə vaxta həyata keçirəcək?

Qeyd edək ki, MMC bundan əvvəl Ağdam rayon İcra Hakimiyyəti ilə rayon ərazisində subartezian quyularının əsaslı təmiri işləri üzrə 190.000,06 manat dəyərində, rayon ərazisində abadlıq işlərinin görülməsi üzrə 220.494,8 manat dəyərində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə olan Müəssisələr Müdriyyəti ilə Bakı şəhəri ərazisində məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işlərinin satınalınması üzrə 430.610,91 manat dəyərində, sözügedən dövlət qurumunun Mənzil İstismar Departamenti ilə Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmiri üzrə 799.054,11 manat dəyərində satınalma müqavilələri bağlayıb.

Buradan suallar yaranır. Sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına görə kiçik sahibkarlıq kateqoriyasına aid olan bu MMC belə iri həcmli dövlət sifarişlərini yerinə yetirmək iqtidarındadırmı?

MMC-nin belə iri həcmdə işləri həyata keçirmək üçün hansı maddi-texniki bazaya və işçi potensialına malik olduğu isə əlavə suallar yaradır. Belə satınalmaların qalibi seçilərkən sifarişçi dövlət qurumları MMC-nin texniki imkanlarının və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi ilə çalışan profesional işçi qüvvəsini və Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 494 nömrəli Qərarı ilə müəyyən edilmiş uyğunluğun qiymətləndirilməsinin digər meyarlarını necə müəyyən edirlər.

Məsələn, Azərbaycan Memarlıq və İnşaat Universiteti 28.08.2026-cı ildə “KƏNDAHAR” MMC ilə 2026-cı ildə Universiteti bitirmiş tələbələrin xüsusi tədbirinin keçirilməsi üzrə 85.963 manat dəyərində müqavilə bağlayıb.

Sual yaranır. Təmir-tikinti işləri üzrə ixtisaslaşmış bir şirkətin tələbələrin xüsusi tədbirinin keçirilməsi üzrə tenderdə iştirakına necə yol verilib?

Göründüyü kimi, “KƏNDAHAR” MMC yalnız 2026-cı ildə ümumi dəyəri milyon manatdan çox olan bir neçə tenderin qalibi seçilib ki, hamısı şübhəli məqamlarla doludur. Sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına görə kiçik sahibkarlıq kateqoriyasına aid olan bu MMC-yə belə iri həcmli dövlət sifarişlərininin qalibi olmağa kimlər şərait yaradır?

MMC-nin fəaliyyəti, işçi heyəti, texniki imkanları və həyata keçirdiyi layihələr barədə ictimaiyyətə açıq geniş məlumatların olmaması MMC-nin podratçı şirkətlərlə işlədiyini deməyə əsaslar verir. Yəni dövlət qurumlarının keçirdiyi tenderlərdə qalib çıxdıqdan sonra MMC işə başqa ixtisaslaşmış şirkətləri cəlb edir və onlarla subpodrat müqavilələr bağlayır. Nəticədə heç bir iş görmədən dövlət büdcəsindən kifayət qədər ciddi məbləğlərdə gəlirlər əldə edir. Təbii ki, MMC -yə yaradılan bu şəraitin arxasında gizli qüvvələrin olması istisna deyil.(aktualinfo.net)

Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Azərbaycan bank sektorunu silkələyən sensasion araşdırmanın pərdəarxası məqamları üzə çıxır

“Aqrarkredit” ətrafında başlayan irimiqyaslı əməliyyatlar dövlət büdcəsinə vurulan on milyonlarla manatlıq zərərin əsas icraçılarından birinin - Rauf Kazımovun rəhbərlik etdiyi maliyyə zəncirini ifşa edib.

Yenixeberorg.biz: Məlumata görə, hüquq-mühafizə organlarının keçirdiyi genişmiqyaslı əməliyyatlar və redaksiyamıza daxil olan şok faktlar göstərir ki, kənd təsərrüfatına ayrılan dövlət vəsaitlərinin silinməsi yalnız bir BOKT çərçivəsində qalmayıb. Çirkli pulların leqallaşdırılması və izlərin itirilməsi prosesində əsas yükü kommersiya bankçılığı, xüsusən də hazırda “TuranBank”ın Müşahidə Şurasının sədri olan Rauf Kazımovun idarə etdiyi maxinasiya mexanizmi daşıdığı iddia olunur.

Daxil olan məlumatlar Rauf Kazımovun maliyyə sektorundakı mövqeyinin sıradan bir peşəkar karyera deyil, qanunsuz maxinasiyalar üzərində qurulduğunu üzə çıxarır. Rauf Kazımov hələ 2016-cı ildə bankdan 500 min manatlıq 1000 ədəd səhm almaqla qurumun idarəçiliyində birbaşa söz sahibinə çevrilib. Bu addımdan cəmi iki il sonra, 2018-ci ildə onun Müşahidə Şurasının sədri postuna gətirilməsi maliyyə şəbəkəsinin planlı gedişi idi. Lakin maliyyə nəzarət orqanlarının diqqətini yayındırmaq üçün Rauf Kazımov sonradan həmin səhmləri atasının Kazım Kazımovun adına keçirərək kağız üzərində “görünməz” olmağa çalışıb.

Rauf Kazımovun adı həm də dəyəri yüz minlərlə manatla ölçülən dəbdəbəli avtomobil parkının rəsmiləşdirilməsində hallanır. Araşdırmalar göstərir ki, şəbəkə ətrafında hüquqi halqa daraldıqca, bu əmlaklar formal olaraq başqa şəxslərin adına rəsmiləşdirilib. Lakin Kazımov nəzarəti əldən verməmək üçün baş etibarnamə mexanizmindən istifadə edərək lüks avtomobillərin faktiki istifadəsini özündə saxlayıb. Bu, maliyyə cinayətləri zamanı qanunsuz yolla əldə edilmiş varidatın gizlədilməsi üçün istifadə olunan klassik sxemdir. Rauf Kazımovun bank sektorunda yaratdığı “qalxan”la yanaşı, maliyyə şəbəkəsi digər paralel maxinasiya kanallarından da aktiv istifadə edib.

Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən heç bir lisenziya verilməməsinə baxmayaraq, Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi (BAİA) adlı MMC təsis edilib. "Amay" ticarət mərkəzi, "Azərinşaat Servis" və "İnter Tabako" kimi iri müəssisələrdən toplanan gündəlik və aylıq minlərlə manat nağd vəsait rəsmi hesablara deyil, birbaşa bu agentlik üzərindən mənimsənilib. Eyni zamanda, Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı toksik aktivlərinin qaytarılması adı altında dövlət büdcəsindən ayrılan yüz milyonlarla manat Çeçenistandakı şübhəli konsaltinq şirkətlərinə köçürülüb, vəsaitlərin böyük hissəsi "otkat" şəklində geri götürülüb.

Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı Fuad Süleymanov (“Şurabad quşçuluq” MMC), Tofiq Musayev (“Şurabad broyler”) və Fazil Rüstəmov (“Salyansüd” MMC) saxlanılaraq barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 100 milyon manatdan çox güzəştli krediti təyinatı dışı xərcləyərək dövləti mənimsəyən bu dəstənin bank ayağında Rauf Kazımovun oynadığı rol da istintaq qrupunun xüsusi diqqətində olduğu bildirilir.

Qeyd edək ki, bütün bu iddialarla bağlı Poliqon “TuranBank”a sorğu ünvanlayıb. Sorğumuza cavab almasaq da, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(poliqon.info)

Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
İş üzrə qanunsuz qətnamə qəbul edən Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Talışınskini Əsabil Qasımovla hansı qohumluq əlaqəsi bağlayır?

Yenixeberorg.biz: Keçək mətləbə: Azərbaycan Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 85 saylı qərarı ilə “Azər-Tikinti-Şirkəti» MMC-yə Bakı şəhər Nəsimi rayonunun Azadlıq prospekti, Sahib Zeynalov və Mirəli Qaşqay küçələrinin əhatə etdiyi ərazidə köhnə yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada sökülməsi, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış tikintilərinə icazə verilmişdir… Və “Azər-Tikinti» MTK şirkəti də mülkiyyətçilərlə razılaşaraq 21 dekabr 2018-ci il tarixində “Razılaşma” müqaviləsi bağlayaraq Azadlıq prospekti-40 və 42 ünvanlarındakı yaşayış binalarının sökülməsindən sonra həmin binaların yerində tikiləcək coxmərtəbəli yeni binadan 170 kv.m təmirli qeyri-yaşayış sahəsinin və 226 kv.m olan iki təmirli mənzilin açarlarının 24 ay müddətində təqdim edilməsi ilə bağlı mülkiyyətçilər qarşısında öhdəlik götürmüşdür.

Xatırladırıq ki, həmin “Razılaşma” müqaviləsinin 2.1 maddəsinə əsasən, sözügedən əmlaklar (226m2+170 m2) Sahibkarlıq Fondundan dövlət dəstəyi ilə ayrılmış 2 (iki) milyon manat kreditin və 5 il ərzində ona hesablanmış 503 min manat faiz üçün ipoteka ilə yüklü olduğuna görə tərəflər razılığa gəlmişlər ki, Azadlıq prospekti-42 ünvandakı binanın 170 m2 sahəsinin altındakı zirzəmi mərtəbəsində mülkiyyətçiyə məxsus 70.7 m2 və 85 m2 əmlaklar satılır, əldə olunan vəsaitlə Əmanətlərin Sığortalanması Fondunun girovundan 10.03.2019-cu il tarixinədək azad edilsin, sonra söküntü işlərinə başlanılsın.

Sabiq deputatın mənzil fırıldaqçılığı və bu əmələ şərik olan hakimlər…

Beləliklə, ”Azər-Tikinti” MTK alqı-satqının mülkiyətçilərlə aparılması üçün sabiq deputat Əsabil Qasımovun (onun adı Milli Məclisin rəsmi saytında yaxın qohumu, İmişli rayonunun Bərcəvan kənd sakini Əhmədova Könül Cabbar qızını səlahiyyətli şəxs qismində təqdim edilmişdir.

Beləcə, sonradan alqı-satqı zamanı məlum olmuşdur ki, 85 m2 sahə elektron sistemdə yüklü göründüyündən yalnız 70.7m2 sahəsi olan əmlakın alqı-satqısı aparılmış, ona görə də tərəflər 85 m2 sahənin yüklülükdən çıxardıqdan sonra alqı-satqısının aparılacağına razılaşmışdır. Amma 85m2 obyekti yüklülükdən çıxarıb MTK-ya təqdim edənə qədər əmlak üzərində heç bir hüquqları olmadıqları halda, “Azər-Tikinti” MTK ilə sabiq deputatın təqdim etdiyi sevimli nümayəndəsi Əhmədova Könül Cabbar qızı ilə öz aralarında 19.02.2019-cu ildə saxta müqavilə tərtib edilmiş, 85 m2 sahə özbaşına sökülmüşdür.

Bundan sonra görün nə baş vermişdir: sabiq deputata məxsus olan “Azər-Tikinti” MMC-nin İdarə Heyətinin sədri Mətin Rəfail oğlu Əmiraslanov olsa da, Əsabil Qarakişi oğlu Qasımov yaxın qohumu olan və bu məsələlərə heç bir aidiyyəti olmayan Könül Əhmədova ilə birləşərək, hətta 85 m2 sahəli obyektin üzərində heç bir mülkiyyət hüquqları olmadığı bir halda, «Azərtikinti» MMC-nin icraçı direktoru Namiq Xuduş oğlu Umudovla notariusdan keçməyən saxta müqavilə tərtib etmişdir. Beləcə, «sənə güvəndiyim dağlar, sənə də qar yağarmış» məntiqi ilə çətin durumla qarşılaşan mülkiyyətçilər sözügedən 85m2 sahənin özbaşına uçurulması və kirayə haqqının ödənilməməsi ilə bağlı Nəsimi rayon Məhkəməsinə şikayət vermişlər.

Nəsimi rayon Məhkəməsinin 01.06.2022-ci il tarixli №-2(006)-332/2022 saylı qətnaməsi ilə 170 m2 qeyri- yaşayış və 226 m2 yaşayış sahəsinin 2021-ci ilin oktyabr ayından 2022-ci ilin may ayına kimi ödənilməyən kirayə haqlarının, eləcə də ”Azər-Tikinti” MMC-nın heç bir mülkiyyət hüququ olmadan 85 m2 mülkün özbaşına uçurulması ilə bağlı dəymiş ziyanın əvəzi olaraq 394 min 342 manat, kirayə haqqının isə 14 400+9600 manat, səmi-24 min manat ödənilməsi barədə qərar vermişdir.

Həmin qətnamədən 28 gün sonra, yəni 29.06.2022-ci il tarixdə Könül Əhmədova qəsdən mülkiyyətçilərə rəsmi “Təklif” məktubu göndərərək guya 85 m2 və 70 m2 obyektlərin hər ikisinə birlikdə cəmi 155.7 m2 sahə üçün Dövlət qeydiyyatından çıxarış aldığını, guya alqı-satqı zamanı 70.7 m2 üçün verdiyi 328 min manatın təkcə 70.7 m2 üçün deyil, həm də 85m2- -cəmi 155.7 m2 üçün verildiyini, əks təqdirdə həmin mülkü qaytaracağını bildirmişdir.

Əhmədova Könül Cabbar qızı bu dəf daha başqa bir fənd işlədir: Nəsimi rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsindən apellyasiya şikayəti verir. İşə baxan Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Talışıinski Könül Əhmədovanın məhkəməyə təqdim etdiyi iddia ərizəsinə əlavə edilmiş saxta “Təklif” məktubu və “Mülahizələrinə” istinad edərək qiymətləndirmə ekspertizası keçirilməsi barədə qərardad çıxarır.

Diqqət edirsizmi, hətta vəsatət verilərək hakim Fuad Talışınskinin diqqətinə sözügedən 85 m2 və 70 m2 obyektlərin hələ 2016-cı il tarixində- sökülməmişdən əvvəl, “Əmlak Ekspertizası Mərkəzi” adlı qiymətləndirmə şirkətinin ƏEM/i- 04-232 nömrəli,16 saylı ekspert rəyi ilə 85 m2 sahə üçün 360 min manat, 70.7m2 sahə üçün isə 305 min manat, cəmi məbləğ-665 min manat, 155.7 m2 sahənin 1 m2-nin isə qiymətinin 4271 manat olduğu, eləcə də məhkəmə qərarı ilə təyin edilmiş digər və ”Mülkiyyətçi” adlı qiymətləndirmə şirkətinin verdiyi rəyində də 85m2 sahənin 500 min manat, 70.7m2 sahənin isə 450 min manat- səmi 155.7m2 sahəni 950 min manata qiymətləndirərək (950 min:155.7m2=6101.5 manat), zirzəmi mərtəbəsindəki sözügedən sahənin 1m2-nin dəyərinin 6101,5 olduğu barədə rəy olmuşdur.

Ən maraqlısı, həmin qiymətləndirmə rəyləri Bakı Apellyasiya Məhkəməsinin 21.07.2016-cı il tarixli (iş №2(103)-3776-/2016 saylı) qətnaməsi ilə təsdiq edilmişdir… Amma qarşı tərəf bu qətnamədən kassasiya şikayəti verməli olmuşdur.

Kassasiya şikayətinə baxış zamanı Ali Məhkəmə 10 dekabr 2016-cı il tarixli (iş №2(102)-5909/16) saylı qərarı ilə həmin qiymətləndirmə ilə bağlı çıxarılan qətnaməni qüvvədə saxlamışdır. Bu artıq bütün mübahisələrə nöqtə qoymaq demək idi! Beləliklə, 85m2 sahənin 1m2-nin hələ 2016-cı il tarixində 4271 manat və 6101.5 manat orta hesabla (4271+6101.5)=10372,5= 5186,25 manat olması Ali Məhkəmənin qərarı ilə bir daha təsdiqini tapmış olur!

Hakim Fuad Talışınski Azərbaycan MPM-nin tələblərini kobud surətdə necə pozmuşdur???

…Onu da xatırladaq ki, qüvvəsini almış bu qərardan sonra onun mübahisəsinə ehtiyac olmadığı halda, üstəlik, Ali Məhkəmənin 10 dekabr 2016-cı il tarixli (iş №2(102)-5909/16) saylı qərarı iş materiallarına əlavə edilsə də, hakim Fuad Talışınski Azərbaycan MPM-nin tələblərini kobud surətdə pozaraq 12 oktyabr 2022-ci il tarixində təkrar qiymətləndirmə aparılması ilə bağlı qanunsuz qərardad qəbul edir. Bu həm də hakimin qanunlara hörmətsizliyi, ədalət mühakiməsinə inamsızlıq yaratması demək idi!

Bundan sonra görün nə baş vermişdir: hakim Talışınskinin bu dəfə təyin etdiyi iki qiymətləndirmə şirkətindən biri maraqlıdır ki, eyni zamanda təsadüfən 2016-cı ildə olan «Əmlak Ekspertiza Mərkəzi» olmuşdur… Və nəticədə bu dəfə verilən rəy deyil, adi bir vərəqlik qiymətləndirmə arayışı olmaqla (sözügüdən 85m2 sahənin 1m2-nin 2016-cı ildə 4271 manat göstərdiyi halda), 6 il sonra-2022-ci ilin oktyabr tarixinə orta bazar qiymətinə zidd olaraq yenə də anoloji metodla hesablanır, vur-tut 1600 manat olduğu göstərilir, nəticədə, 6101.5 :1600=3,8 dəfə az qiymətləndirmə aparılır!

Yaxşı, hakimin özgə əmlakını bu cür hədəf seçməsi nədən qaynaqlanır? Təkrar edirik, qiymətləndirmə 6 il əvvəlki dəyərindən 3,8 dəfə aşagı göstərilir.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Talışınski qətnamə çıxararkən Ali Məhkəmənin 6 il əvvəl təsdiq etdiyi eyni qiymətləndirmə şirkətinin- ”Əmlak Ekspert Mərkəzinin” rəyi ilə anoloji metodla hesablanmış 1m2 sahənin 4271 manat deyil, 6 il sonra 1 vərəqdən ibarət eyni ekspertin eyni anoloji metodla hesabladığı ekspert arayışına, eləcə də Əhmədova Könül Cabbar qızının mülkiyyətçiyə göndərdiyi 29.06.2022-ci il tarixli «Təklifi»nə(hansı ki, saxta olduğu təsdiqlənmiş və Nəsimi rayon Polis İdarəsində fakt üzrə Azərbaycan CM-nin 186.3, 320.1 və 320.2 maddələri ilə cinayət işi başlanmışdır, istintaq davam edir) və 16.10.2022-ci il tarixli müddəti ötürülmüş iddia ərizəsinə, qanunsuz “Mülahizələrinə” istinad edərək Bakı Apelliyasiya Məhkəməsinin 10.04.2023-cü il tarixli qətnaməsi ilə Əhmədova Könül Cabbar qızının tərəfindən verilmiş apelliyasiya şikayəti təmin edilmiş, Nəsimi rayon Məhkəməsinin qətnaməsində mülkiyətçilərə 85 kvm. sahənin özbaşına uçurulması ilə bağlı dəymiş 394 min 342 manat ziyanın ödənilməsi ləğv edilmişdir( Guya K.Əhmədova 70,7 kvm. sahə üçün alqı-satqı zamanı 328 min manat ödədiyi həmin məbləği həm də 85 kvm. sahə üçün də ödəyib-cəmi 155,7 kvm. üçün ödədiyini əsas tutaraq, hansı ki, Ali Məhkəmənin yuxarıda qeyd etdiyimiz qərarında həmin sahənin orta qiyməti 5186,25 manat dəyərləndirilmiş və tam hüquqi qiymətini almışdır…

QEYD: hakim Fuad Talışınski daha bir özbaşınalıq edərək çıxardığı qətnamənin əsaslandırıcı hissəsində bildirir ki, guya Ali Məhkəmənin 10 dekabr 2016-cı il tarixli (iş №2(102)-5909/16) saylı qərarı ilə təsdiq edilmiş 85 kvm. sahənin qiymətləndirilməsinin hərracla bağlı olduğunu qeyd edir. Halbuki Ali Məhkəmənin qeyd edilən qərarında məhz təyinatı göstərilməklə və qiymətləndiricinin adı belə xüsusi göstərilməklə(«Əmlak Espertiza Mərkəzi») təsdiqini tapmışdır. Hansı bu qiymətləndiricilərin birini elə həmin dövrdə Bakı Apellyasiya Məhkəməsinin məruzəçi hakim Fuad Talışınskinin qərarına uyğun seçilmiş «Əmlak Espertiza Mərkəzi» olmuşdur. Mülkiyyətçilər hakimin şəxsi maraq zəminində qəbul etdiyi ədalətsiz, natamam, qərəzli, ziddiyyətlərlə dolu qanunsuz qətnaməsindən bu dəfə kassasiya şikayəti verirlər. Kassasiya baxışı zamanı işə baxan Kollegiyanın sədri hakim Elşanə Vəliyeva isə lap ağını çıxarır: heç bir araşdırma aparmadan 26 iyul 2023-cü il tarixində iş№(2(102)-3259-2023 ) saylı qərarla F.Taşılinskinin qərəzli qətnaməsini qüvvədə saxlayır.

Hazırda sabiq deputat Əsabil Qasımovun himayəsi və idarəsində olan «Azərtikinti-Şirkəti» MMC ilə bağlı istintaq hərəkətləri davam edir.

Yazı çapa gedərkən məlumat aldıq ki, artıq Əsabil Qasımov da istintaqa cəlb edilib…

(Hələ də Milli Məclisin saytında adı deputat kimi keçir)

Qayıdırıq sabiq deputat Əsabil Qasımovun himayəsində olan «Azərtikinti-şirkəti» MMC-nin məhkəmələrlə iş birliyinə: hüquqları kobud surətdə pozulmuş mülkiyyətçilər bu dəfə 85 m2 obyektin özbaşına uçurulması ilə bağlı polis və prokurorluq orqanlarına da şikayət etmişdir. Belə ki, Nəsimi rayon Polis İdarəsində aparılan istintaq araşdırmaları zamanı Könül Əhmədova ifadəsində bildirmişdir ki, onun adından mülkiyyətçilərə göndərilən “Təklif” və imza ona məxsus deyildir. Həmçinin təhqiqat zamanı Könül Əhmədovadan götürülən imza nümunələri üzrə xüsusi xəttşunaslıq ekspertizası təyin edilmiş, sübut olunmuşdur ki, həqiqətən də ”Təklifdəki” imza Əhmədova Könül Cabbar qızına məxsus deyildir, bu ekspert rəyi ilə də təsdiq edilmişdir.

Ən nəhayət, 04 avqust 2026-cı il tarixində Baş Prokuror Kamran Əliyev Nəsimi rayon Prokrorluğunda vətəndaş qəbulunda olarkən zərərçəkmiş-mülkiyyətçilər bu iş üzrə ərizə ilə müraciət etmiş, qəbul zamanı Baş prokuror Nəsimi rayon prokuroruna 85 m2 sahənin özbaşına söküntüsü ilə bağlı obyektiv araşdırma aparılması tapşırığını vermişdir.

Nəsimi rayon Prokurorluğunda isə işi obyektiv araşdıraraq, faktla bağlı AR CM-nin 186.3 və 320.1 və 320.2 maddələri ilə 85 m2 sahənin özbaşına uçurulması epizodu üzrə № 260070465 saylı cinayət işi başlanmış, hazırda istintaq davam etdirilir.

Hesab edirik ki, Əsabil Qasımov da Azərbaycan CM-nin üç maddəsi ilə istintaq edilən iş üzrə cavabdeh qismində cəlb ediləcək…("Tezadlar")

(Davamı var)

İntiqam Cümşüdovun Xətai rayonunda obyektləri artır -
Rafiq Quliyevlə İntiqam Cümşüdov cütlüyünün Xətai rayonunda qanunsuz tikililəri...

Yenixeberorg.biz: Paytaxın Xətai rayonun qanunsuz tikintilərin çoxluğu ilə seçilən ərazilərdəndir. Məhz Rafiq Quliyev icra başçısı təyin edildikdən sonra Xətai rayonunda qanunsuz tikintilər sürətlə artmağa başladı və bu işdə başçının "makleri" rolunda Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini İntiqam Cümşüdov çıxış edib və hələ də öz rolunu davam etdirməkdəir.

Qeyd edək ki, hər həftə Xətaidə qanunsuz tikililərlə bağlı çoxlu sayda videogörüntü yayılır və bu videogörüntülərdə Xətaidə baş alıb gedən özbaşınalığın, eyni zamanda şəhərin ümumi arxitekturasının necə çirkinləşdirildiyini görürük.

Bu barədə bizə danışan mənbə bildirir ki, bütün bu qanunsuz tikililərin arxasında duran şəxs İntiqam Cümşüdovdur. Daha doğrusu işbazlarla icra başçısı arasında vasitəçi olan şəxsdir. İş o yerə çatıb ki, İntiqam Cümşüdov təhlükəsizlik qaydalarını belə nəzərə almadan bəzi işbazlara binaların üzərində əlavə mərtəbələr tikməyə razılıq verir.

Məlumata görə, İntiqam Cümşüdov özü son beş ildə Xətai rayon ərazisində onlarla obyekt tikdirib və bu obyektlərin böyük hissəsi sənədsizdir. Rafiq Quliyevin ona verdiyi səlahiyyətdən istifadə edən İntiqam Cümşüdov Xətai rayonunda obyektlərinin sayını gündən-günə artırmaqdadır. Yəni bizim hər həftə Xətaidən izlədiyimiz qanunsuz tikililərlə bağlı vidogörüntülərdəki obyektlərin bəziləri elə İntiqam Cümşüdova aiddir. Həmçinin İntiqam Cümşüdovun Biləcəri qəsəbəsində də obyektlərinin olduğu bildirilir.

Qeyd edək ki, Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləyən İntiqam Cümşüdov Xətai rayonunda ən imkanlı məmurlardan biri kimi tanınır. İntiqam Cümşüdov Xətai rayonu Gəncə prospektində çoxsaylı obyektlərə sahibdir. Həmin obyektlərin bu günki bazar qiymət milyonlarla ölçülür.

Xatırladaq ki, İntiqam Cümşüdov bundan əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə ərazi icra nümayəndəsi vəzifəsində işləyib və Rafiq Quliyevlə dostluq münasibətlərinə sahibdir. Rafiq Quliyev Xətaiyə başçı keçdikdən sonra dostunu yanına alaraq, onu Xətai üzrə baş "makler" təyin edib.(azfakt.com)

Binəqədiə Qanunsuz Tikinti Özbaşınalığı: 14 Mərtəbəli Binaların Üstünə Gizlin Mansard Artırılır -
​Ölkədə şəhərsalma qaydalarına riayət olunması, binaların təhlükəsizlik standartlarına cavab verməsi və paytaxtın memarlıq görünüşünün qorunması dövlət səviyyəsində prioritet məsələ kimi önə çəkilir.

Yenixeberorg.biz: Xüsusilə də 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu sahəyə olan diqqəti və tələbkarlığı bir neçə dəfə artırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə yerli icra hakimiyyəti orqanlarına ciddi xəbərdarlıq edərək, qanunsuz tikintilərə, özbaşına artırmalara və şəhərin görkəminə xələl gətirən hallara qətiyyətlə son qoyulmasını tələb edib.
​Lakin təəssüflər olsun ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti dövlət başçısının bu sərt xəbərdarlıqlarına və ölkədə elan olunan xüsusi ilə bağlı tələblərə məhəl qoymamaqda davam edir.

Cəfər Xəndan Küçəsində Nələr Baş Verir?

Nyus.Az redaksiyasına daxil olan özəl məlumatlar və videogörüntülər Binəqədi rayonu ərazisində növbəti qanunsuzluğun baş verdiyini sübut edir. Məlumata görə, rayonun Cəfər Xəndan küçəsi 148 ünvanında yerləşən iki ədəd 14 mərtəbəli yaşayış binasının damında gizli şəkildə əlavə bir mərtəbə — mansard inşasına başlanılıb.

​Redaksiyamıza təqdim olunan videokadrlar aydın şəkildə göstərir ki, hər iki binanın dam hissəsində tikinti işləri hazırda qızğın şəkildə davam etdirilir. Binaların hündürlüyünün və ümumi yükünün icazəsiz artırılması burada yaşayan yüzlərlə sakinin təhlükəsizliyini birbaşa risk altına atır.

Aidiyyəti Qurumların Sükutu Sual Doğurur

Bu mənzərə fonunda ən çox təəccüb və narahatlıq doğuran məqam aidiyyəti dövlət orqanlarının nümayiş etdirdiyi mövqedir:
​Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin sükutu: Paytaxtın mərkəzi küçələrindən birində iki böyük yaşayış binasının üstündə bütöv bir mərtəbənin artırılmasından Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin xəbərsiz olması inandırıcı görünmür. Əgər məlumatları varsa, bu qanunsuzluğa nə üçün göz yumulur?
​Binəqədi Rayon İcra Hakimiyyətinin mövqeyi: Rayon ərazisində gündüz vaxtı aparılan bu genişmiqyaslı tikinti işlərinə RİH tərəfindən müdaxilə olunmaması müəyyən suallar doğurur. Məlum məsələdir ki, yerli icra hakimiyyəti bu özbaşınalığa müxtəlif bəhanələr gətirməyə və "don geyindirməyə" cəhd edəcək.

Məsələ Diqqətimizdədir

Çoxmərtəbəli binaların üzərində qanunsuz artırmaların edilməsi yalnız memarlıq normativlərinin pozulması deyil, eyni zamanda bina sakinləri üçün real həyati təhlükə mənbəyidir.
Bildiririk ki, Cəfər Xəndan küçəsi 148 ünvanındakı qanunsuz mansard tikintisi ilə bağlı məsələni diqqətdə saxlayacağıq. Mövzu ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin və Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin rəsmi mövqeyini işıqlandırmağa hazırıq.(nyus.az)

Məşhur biznesmeni ailəsi ilə hədələyiblər -
Rusiyada yaşayan məşhur iş adamı, “Peton Holding”in həmtəsisçilərindən olan Emin Axundovu şantaj edib 3 milyon dollar pulunu və 10 milyonluq əmlakını ələ keçiriblər.

Yenixeberorg.biz: Əldə etdiyimiz məlumata görə, bir neçə il əvvəl baş verən bu hadisəyə görə indi daha 2 nəfərə cinayət işi açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılan istintaqla təqsirkarlardan biri-Hikmət Vəliyev xaricdə tutularaq ölkəyə gətirilib, barəsində həbs qətimkan tədbiri seçilib. Onunla birgə təqsirləndirilən Ramil Tağıyev isə məhkəməyə qədər azadlıqdadır.

Nə baş verib?

Emin Axundovu əvvəlcə tanışı Ramil Tağıyev aldadıb. O, Axundovu inandırıb ki, rayonlardan birində özünə məxsus torpaq sahəsində istirahət kompleksi tikərək onun adına keçirəcək. Bu məqsədlə Ramil Emin Axundovdan ümumilikdə 870 min manat alıb. Lakin vədinə əməl etməyib, pulu şəxsi ehtiyaclarına xərcləyib.

Lakin məsələ bununla bitməyib. Sonradan biznesmenə qarşı şantaj başlayıb.

Emin Axundovun külli miqdarda pula və çoxsaylı daşınmaz əmlaka sahib olduğunu öyrənən Ramil var-dövləti hədə-qorxu ilə ələ keçirmək qərarına gəlib. Bu məqsədlə o, tanışı Hikmət Vəliyev və Emin Axundovun doğma əmisi oğlu Vüsal Axundovla sövdələşib.

Onlar Emin Axundov haqda şəxsi, ailə və biznes məlumatları toplayaraq onu şantaj etməyə başlayıblar. Üçlük biznesmeni ailə üzvlərinin həyatı ilə hədələyərək ondan 20 milyon dollar pul tələb ediblər. Bu məbləğin 3 milyon dollarını ələ keçirə biliblər. Amma şantaj bununla da bitməyib. Növbəti mərhələdə Emin Axundova məxsus bir neçə daşınmaz əmlak da hədə-qorxu ilə Hikmət Vəliyevin yaxın qohumlarının adlarına keçirilib.

Belə ki, Buzovna qəsəbəsində yerləşən və 3 milyon manat dəyərində olan 2 hektar torpaq sahəsi Hikmət Vəliyevin həyat yoldaşının, 1 milyon 380 min manatlıq torpaq sahəsi isə başqa qohumunun adına keçirilib. Bundan əlavə, Emin Axundovun Çexiyanın Karlovi Vari şəhərində yerləşən, 1,5 milyon manat dəyərindəki torpaq sahəsi, Bakı şəhəri Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən 450 min manat dəyərində torpaq sahəsi və üzərindəki villa da biznesmenin əlindən alınıb.

Ümumilikdə Emin Axundovdan alınan pul və əmlakın ümumi dəyəri 11 milyon manatdan çoxdur.

Bu cinayətdə iştirak edən zərərçəkmişin əmisi oğlu Vüsal Axundov hadisə baş verəndən qısa müddət sonra həbs edilib və 14 il azadlıqdan məhrum olunub.

Bir müddət əvvəl isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi üzrə istintaq yenilənib. Hazırda Hikmət və Ramil məhkəməni gözləyirlər. Təqsirləri sübuta yetirilsə, onları da 14 il həbs cəzası gözləyir.

Qeyd edək ki, zərərçəkmiş iş adamı Emin Axundov vaxtaşırı medianın gündəminə gəlib. Bir neçə il əvvəl onun Rusiyadan Bakıya çamadanlarla pul daşıdığı barədə məlumat yayılıb.("Qafqazinfo")

Sail Ağasəlim

​Elxan Şükürlünün "Strateq.az"ı da Elnur Abdullayevin "Global Media"sına satılıbmış —
Vaxtı ilə politoloq, siyasi şərhçi Elxan Şükürlüyə məxsus olmuş və 2015–2021-ci illərdə fəaliyyət göstərmiş strateq.az xəbər portalının domeni satılıb.

Yenixeberorg.biz: Əldə etdiyimiz məlumata görə, həmin domen də mediada adı saytları və xüsusi domenləri əlində cəmləşdirməkdə hallanan Elnur Abdullayevin rəhbəri olduğu "Global Media Group" MMC tərəfindən alınıb.

Qeyd edək ki, Vaxtı ilə İlahiyyatçı Elşad Miriyə məxsus olan və 2015–2019-cu illər arasında fəaliyyət göstərmiş "A24.az" xəbər portalının domenin də Elnur Abdullayevin rəhbəri olduğu "Global Media Group" MMC tərəfindən alındığı barədə məlumat vermişdik.

Xatırladaq ki, Elxan Şükürlü "Strateq.az" portalının bağlanma səbəbini media sektorundakı qeyri-bərabər və vicdansız rəqabət mühiti, həmçinin Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun təzyiqləri ilə əlaqələndirmişdi. O, saytın tərəfsiz və müstəqil fəaliyyətinin medianı cilovlamaq istəyən rəsmi şəxsləri qane etmədiyini və bu səbəbdən hədəfə alındıqlarını bildirmişdi. Baş redaktor prokurorluq tərəfindən xəbərdarlıq edildiyini, mənzil növbəsindən çıxarıldığını və portalın maddi dəstəkçilərinin "vahid media siyasətinə qarşı çıxmaq" ittihamı ilə şantaj olunduğunu vurğulamışdı. Sonda o, sayta kömək edən dostlarının zərbə almaması və şəxsi prinsiplərindən güzəştə getməmək üçün fəaliyyəti tamamilə dayandırmaq məcburiyyətində qaldığını bəyan etmişdi.

Mətbuat iddialarına görə, keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun yaxın kadrı olmuş Elnur Abdullayevin ilkin idarəçilik fəaliyyəti nazirin oğlu, xalası oğlu Anar Məmmədovun layihələri və media strukturları ilə bağlı olub. Sonradan o, təcrübəsini SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayev və hazırda həbsdə olan sabiq SOCAR rəsmisi Adnan Əhmədzadənin maliyyə-biznes şəbəkəsi ilə ortaklıqda davam etdirib. Bu neft-maliyyə qrupunun dəstəyi ilə "Global Media Group" daxilində "Oxu.Az" portalının idarəçiliyinə gətirilən E.Abdullayevin daha sonra A.Məmmədovla qohumluq münasibətlərini bitirdiyi, A.Əhmədzadənin həbsindən sonra isə onunla biznes və media əlaqələrini tam kəsdiyi bildirilir.(32gun.az)